Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ata qızının ilk sevgisi, oğlunun isə ilk qəhrəmanıdır
Ata qızının ilk sevgisi, oğlunun isə ilk qəhrəmanıdır
Şərhlər: 18
Baxılıb: 769
Səs ver:
"Ata qızının ilk sevgisi, oğlunun isə ilk qəhrəmanıdır”,- deyirlər.
 
Bəlkə də buna görə valideynlər övladları üçün ən böyük örnək hesab olunurlar. Valideynin hər bir davranışı uşaqların yaddaşında qalır və bu onlarda şəxsiyyətin formalaşmasında öz təsirini göstərir. Təbii ki, hər bir valideyn uşağının tərbiyəli, ağıllı, ədəbli olmasını istəyir. Lakin çox zaman ata-ana övladına qarşı həddindən artıq tələbkar olur. Xüsusən, atalar oğlan uşağının yaşından asılı olmayaraq, hər şeyi bilən, dərk edən, düzgün qərarlar verən biri olmasını tələb edirlər. Bəlkə siz də ətrafınıza nəzər salsanız, bu cür insanlara rast gələrsiniz. Məsələn, ailədə bir oğlan, bir qız övladı varsa və onların hər ikisi də dəcəllik edirsə, atalar daha çox oğlunu tənbeh edirlər. Bəs, görəsən, bunun səbəbi nədir? Atalar niyə məhz oğul övladlarına qarşı tələbkardırlar? Bu cür tərbiyə forması düzgündürmü?
 
"Övladlar arasında fərq qoymaq onlarda bir-birinə qarşı qısqanclıq yaradır”
 
Mövzu ilə bağlı "Zaman-Azərbaycan” qəzetinin suallarını psixoloq Anara Baxşəliyeva cavablandırdı. O, bir çox ailələrdə oğlan-qız tərbiyəsində uşaqlar arasında fərq qoyulduğunu bildirdi. Psixoloq hesab edir ki, uşaqlarda 6 yaşına qədər tərbiyədə fərq qoyulmamalıdır: "Uşaqların hər ikisinə yanaşma eyni olmalıdır. Çox vaxt atalar oğlan övladlarına qarşı sevgilərini göstərməkdən çəkinirlər. Burada yanaşma iki cür olur. Bəziləri hesab edirlər ki, oğlana qarşı sevgi göstərməyə ehtiyac yoxdur, "özü hər şeyi bacarmalıdır, öyrənməlidir”. Digər qisim valideynlərdə isə, əksinə, oğul övladı ilə daha çox vaxt keçirir, oyun oynayır və qayğısına daha çox qalırlar. Uşaqlar arasında fərq qoyulduqda bu tərbiyədə də özünü göstərir. Qız və ya oğlan olmağından asılı olmayaraq, birinə daha çox diqqət göstərildikdə onlar arasında qısqanclıq başlayır və vaxt keçdikcə bu daha da şiddətli forma alır”.
 
Özünə diqqət, qayğı görməyən uşaqda valideynə qarşı aqressiya formalaşdığını deyən Anara Baxşəliyeva atanın övladına düzgün model olmasının vacibliyini vurğuladı: "Ata övladına qarşı sərtdirsə, onunla oyunlarda iştirak etmirsə, alış-verişə getmirsə, müxtəlif oyunlar təşkil edib, ona qalibiyyət və məğlubiyyət hisslərinin formalaşmasında yardım etmirsə, oğluna yaxşı model olmur deməkdir. Qeyd edim ki, hər bir uşağın qadın və kişi modeli olur. Qadın-ana, kişi modeli isə atası olur. Əgər bu model ailədə tamamlanmırsa, uşaq bunu başqa yerdə axtarmağa başlayır. Tapmadıqda onun nə məktəb, nə universitet, nə şəxsi, nə də ailə həyatı uğurlu alınmır. Ailədaxili münasibətlərdə qırıqlıq yaranır. Ailədə istədiyini tapmayan uşaq bunu kənarda axtarmağa başlayır. Onların kənarda axtardıqları model çox vaxt mənfi nəticələr verir. Belə ki, onun örnək olaraq qəbul etdiyi insanlar övladınızı səhv yollara çəkə bilər. Buna görə də ata uşaqları ilə daha yaxın münasibət qurmalı, övladına güvən hissi aşılamalıdır. Uşaqda valideynlərinə qarşı güvən formalaşdıqdan sonra onun hər hansı bir səhv addım atması, ata-anasını incidəcək hallar, demək olar ki, yaşanmır”.
 
"Ana ata ilə uşaqlar arasında körpü rolunu oynayır”
 
Ana ailənin onurğa sütunu hesab olunur. Hər kəsi birləşdirən, bir arada saxlayan əsas gücdür ana. Ana, ata ilə uşaqlar arasında bir növ körpü rolunu oynayır. Lakin bəzən analar bu "rolunda” müəyyən səhvlərə yol verirlər. Psixoloq bəzi hallarda anaların uşağı qorxutmaq üçün atanın mövqeyindən istifadə etdiklərini dedi: "Çox hallarda ata uşağa "pis polis” kimi təqdim edilir. Bunun səbəbkarı isə analar olurlar. Evdə hər hansı səhv addım atan uşağa anası tərəfindən "indi görərsən, atan gələndə deyəcəyəm” xəbərdarlığı gəlir. Bu da uşaqda ataya qarşı qorxu hissi yaradır. Valideynlərə hər zaman məsləhət görülür ki, uşağı qorxutmaq əvəzinə, ona qarşı anlayışlı davransınlar. Valideyndən qorxan uşaq böyüdükcə ona özünü sübut etmək istəyir və atasının sevmədiyi şeyləri etməyə başlayır. Nəzərə almaq lazımdır ki, qorxu hissi müəyyən müddətdə təsirli ola bilər. Daha sonra nəticəsi mənfi hallara gətirib çıxarır”.
 
Bildiyiniz kimi, ana ailədə mühüm funksiyanı yerinə yetirir. Onun ata ilə uşaqlar arasında münasibətin qurulmasında əhəmiyyətli yeri var. Adi bir dialoqu misal göstərək:
 
- Ana, mən qırmızı oyuncaq avtomobil istəyirəm?
 
- Doğrudan? Elə mən də sənə qırmızı avtomobil almaq istəyirdim. Amma ata gələndə onunla da məsləhətləşək, görək o nə deyir.
 
Psixoloq A. Baxşəliyeva hər iki valideynin uşağa qarşı düzgün davranış forması seçməsinin vacibliyindən bəhs etdi. O, uşağın həyatının hər dövründə valideynlərin birgə iştirakının önəmli olduğunu dedi: "Ana uşağın istəyini ataya demədən də yerinə yetirə bilər. Lakin bu, doğru addım olmaz. Ana atanın da gəlməsini gözləməli və bunu birlikdə müzakirə etməlidirlər. Hətta ata uşaqdan həmin oyuncağı niyə istədiyini, onunla hansı oyunlar oynayacağı haqda maraqlanmalıdır. Bu həm ailədaxili münasibətləri möhkəmləndirir, həm də uşaqda etdiyi və edəcəyi hər hansı məsələdə məsləhətləşmək xüsusiyyəti formalaşdırır. Uşaq böyüdükcə ana onun istəklərini atasına özünün deməsi üçün şərait yaratmalıdır. Valideynlərin hər ikisi uşağın bütün yaş dövrlərində fəal iştirak etməklə, onun gələcəyi üçün sağlam zəmin yaradır”


Şərhlər: 18
Baxılıb: 769
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Luna-90
Atasi oglumun heqiqetende qehremanidi olur atasi ucun hamini atasiyla hedeliyir .menimde ele atam olsa mende ele ederem .
26 iyun 2015 21:49
# 18
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Miss_Angel
hemiwe uwaqlardan soruwursan boyuyende kime oxwamaq isteyirsen qiz anama deyir oglan atama sor boyuyende coxunun ikri deyiwir.mesel ucun biri men hemiwe anam deyirdi allah bexdini menimkine oxwadmasin .deyirdim menim qizim olacaq ve men deyecem ki allah menim kimi bexd yazisin qizima .ama zaman geldi indi evlensen mende qizima onu deyecem ki bexdin menim bexdime oxwamasin mecburam uje
26 iyun 2015 01:29
# 17
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
sadecə mən
Valideynlər həmişə uşağlarını düsünərək hərəkət etməlidir.Xüsusilə də atalar şiddət,söyüş kimi vərdişlərdən uzaq dormalıdır.Unutmamalıdılar ki,uşaqlıq ömrün ən çox yada salınan ,xatırlanan hissəsidir.Qoy uşağlarınız onu gözəl xatirələrlə yad etsin.
25 iyun 2015 21:21
# 16
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
Tomris Müslümova
Uşaga paltar və yemək almaq valideyinlik borcunu yerine yetirmek deyil
25 iyun 2015 17:50
# 15
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
vipbetul
menim atam menim aldiqim nefesimdi valideyinlerimi Rebbim bizim basimizin uzerinden hec vaxt eksik etmesunler insallah,onlar kimi gozel valideyin men inanmiramki kimse ola bilsun
25 iyun 2015 15:27
# 14
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
GünƏşimƏ_AiD_
Canim atam menim her sheyimdi.nefes aliram onla arxa dayaqim ..en vacibi ise esl dostum....utanmadan cekinmeden .her derdimi

Bolishurem onla...anam qardashimi atamsa meni daha cox sevir amma bizim ikimizide cox isteyirler bu deqiqdi
25 iyun 2015 02:55
# 13
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
ayka95
ferq qoymaq lazim deyil ikisinede eyni gozle baxmalidir
24 iyun 2015 23:46
# 12
Melissa
sadece onu deye bileremki ferg qoymaq hecde duz deyil ... usaq onda pis olur
24 iyun 2015 21:31
# 11
ulduz
menim eltim dehset ferq qoyur ..qizini sevir oglunu yox ..doyur hemise ozude pis ...ferq qoymamaq lazimdi..eyni boyudub .zulum cekirsen niye ferq qoyursan

menim eltim dehset ferq qoyur ..qizini sevir oglunu yox ..doyur hemise ozude pis ...ferq qoymamaq lazimdi..eyni boyudub .zulum cekirsen niye ferq qoyursan
24 iyun 2015 20:41
# 10
yaz_yamuru
Usaq terbiye ederken ana ve ataya boyuk mesuliyet dusur calismaq lazimdir ki usaqlari terbiye ederken onlara yaxin davranilsin ve usaqlar arasinda ferq qoyulmasin (bezi "valideynler" qizlari ile oglanlari arasinda ferq qoyur)
24 iyun 2015 20:14
# 9
aliceWOnDer
Usagin terbiyesi esas anada gelir. Ata ve ana usaqda ferq qoymamalidi.
24 iyun 2015 19:32
# 8
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Nergizz
uwaq evin guzgusudu,,bunu yersiz yere demeyibler,,beli burda yazlan ana ata ile uwaq arasinda korpu omalidi,twkkur lazimli xeber idi,
24 iyun 2015 19:29
# 7
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
BARBI
Ana ve ataya terbiye vereken cox yuk dusur. Her zaman hereketine danisigina diqqet yetirmelidir ovladlar arasinda ferq qoymamalidir
24 iyun 2015 19:25
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
tek umidim sen
Uss fondaki usaq ne sirindi 126
24 iyun 2015 19:23
# 5
Kadın derin ama adam yüzme bilmiyor...
teri meri
ailədə uşaqlar arasında ayrıseçkilik olmamalıdır mənim ətrafımda olanlardan bir nəfər ata qızını daha çox əzizləyirdi oğluna baxdıqda isə onun pis olduğunu anlamaq olurdu yəni uşaqlar arasında qısqanclıq olmasa da həmin vaxt uşaq pis olur
24 iyun 2015 19:11
# 4
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Fialka
Ailədə uşaqların tərbiyəsində valideynlərin rolu vacibdir. Ataya olan münasibətdə ana mühüm rol oynayır, ümumiyyətlə həm ana, həm də ata öz hərəkətləriylə bilmədən uşağı tərbiyələndirir ona görə dildə olan tərbiyəni əməldə də göstərmək lazımdır.
24 iyun 2015 19:10
# 3
yarpaq33
Ailede evladlar arasinda ayriseckilik olmamalidi
24 iyun 2015 19:04
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Canavar sevgisi
Allah valideyinlerimizin canina deymesin. Amin.
24 iyun 2015 19:02
# 1
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz