Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yeniyetməlik yaşının ümumi xarakteristikası
Yeniyetməlik yaşının ümumi xarakteristikası
Göndərən: Nazlı_qız
Şərhlər: 15
Baxılıb: 763
Səs ver:
Yeniyetmə yaşı 10-11 yaşdan 14-15 yaşa qədər olan vaxtı əhatə edir. Bu dövr bir il tez və ya gec başlaya və qurtara bilər. Bu dövrdə həmyaşıdları ilə intim-şəxsi ünsiy­­yət yeniyetmələrin aparıcı fəaliyyəti olur.  Bu dövrdə aparıcı fəaliyyətlə yanaşı olaraq təlim, ictimai-təşkilati, idman, bədii, əmək fəaliyyəti də özünə xüsusi yer tutur. Həmin ictimai-faydalı fəaliyyət növlə­rindən istifadə etməklə yeniyetmələrdə sosial cəhətdən əhəmiyyətli işlərdə şüurlu şəkildə iştirak etmək meyli baş qaldırır. Onlar müxtəlif qruplarda qəbul olunmuş qarşılıqlı münasibət normalarına uyğun ünsiyyət yaratmağı öyrənir, öz «mən»lərini qiymətləndirmək bacarığına yiyələnirlər.

Yeniyetməlik dövrünü "keçid”, "təhlükəli”, "dö­nüş” və s. dövrü də adlandırırlar. Həmin dövrdə oğlan və qızların fiziki və psixi inkişafında müxtəlif keyfiyyət dəyişmələri baş verir.  Bununla əlaqədar olaraq uşaqlıqdan yaşlılığa keçid həmin dövrün əsasını təşkil edir.

Bu yaş dövründə uşaq orqanizminin bioloji yetkin­ləşməsi yolunda əsaslı dəyişiklik baş verir. Bədənin yuxarı və aşağı ətraf sahələrində sümüklər əzələlərə nisbətən uzununa daha sürətlə inkişaf edir. Ona görə də yeni­yetmənin xarici görkəmi çox qəribə olur. Bədənin ətraf hissələri gövdəyə nisbətən mütənasibliyini itirir, daha uzun görünür. Boy artımı çox sürətlə gedir, bəzən bir il ərzində 8-10 sm artır. Məlum olduğu kimi kiçik yaşlı məktəblilərdə boyun və çəkinin artması əsasən uyğun şəkildə gedir. Düzgün həyat və qidalanma şəraitində yaşayan kiçik məktəbli nə kök, nə də arıq görünmür. Lakin yeniyetməlik yaşının başlanğıcından (10-11yaş) bu mütənasiblik kəskin şəkildə dəyişir. Yeniyetmənin çəkisinin və boyunun artmasında sıçrayış baş verir. Mövcud ədəbiyyatdan məlum olduğu kimi, 9-10 yaş arasında oğlanlarda boy artımı təxminən 4,4 sm olduğu halda, 11 yaşında bu artım 5,3 sm, 12 yaşında – 6,1 sm-ə, 13 yaşında — 4,7 sm-ə, 14 yaşında – 7,2 sm-ə, 15 yaşında – 6,2 sm-ə çatır. Rəqəmlərdən göründüyü kimi, oğlanlarda ən yüksək boy artımı 13-14 yaş arasında baş verir. Qızlarda isə boyun artımı daha tez başlayır və həmin artım tez də aşağı düşür. 9 yaşlı qızlarda boy artımı 3,8 sm, 10 yaşda – 6,21 sm, 11 yaşda – 7,17 sm, 12 yaşda – 5,43 sm,  13 yaşında təxminən 6 sm-ə çatır. Bu zaman artım əvvəlki illərə nisbətən az olsa da qənaətbəxşdir. 14 yaşında boy artımı 3,7 sm-ə, 15 yaşında isə 2,3 sm-ə enir. Rəqəmlərdən göründüyü kimi, boy artımı qızlarda oğlanlara nisbətən tez başlasa da, sonradan əsaslı şəkildə aşağı düşür. Çəkinin artmasına gəldikdə bu dövrdə o boyun artmasından geri qalır. 9 yaşlı oğlanların çəkisi orta hesabla 26,3 kq, 10 yaşda – 29,0 kq (artım 2,7 kq), 11 yaşda – 32,1 kq (artım 3,1 kq), 12 yaşda – 36,0 kq (artım – 3,9 kq), 13 yaşda – 39,2 kq (artım – 3,2 kq), 14 yaşda – 45,5 kq (artım – 6,3 kq), 15 yaşda – 51,9 kq (artım – 5,4 kq) olur. Rəqəmlərdən göründüyü kimi, yeniyetməlik dövründə oğlanlarda çəkinin artması qeyri-bərabər şəkildə gedir. 13 yaşında çəkinin artımı aşağı düşür. Qızlarda da çəkinin artması təxminən eyni şəkildə gedir. 9 yaşlı qızların çəkisi təxminən 25,28 kq, 10 yaşda – 28,3 kq, 11 yaşda – 32,0 kq, 12 yaşda – 36,97 kq, 13 yaşda – 41,9 kq, 14 yaşda – 47,5 kq, 15 yaşda – 50,6 kq-a bərabər olur. Qızlarda çəkinin ən az artımı 10 və 11 yaşda özünü göstərir.  Bu dəyişiklik xüsusilə cinsi yetişmənin baş­lanmasında özünü göstərir. Uşaqlara nisbətən yeniyet­mələrin siması dəyişir, böyüklərə yaxınlaşmış olur. Əzələ kütləsi və əzələ gücü artır, nəticədə yeniyet­­mənin fiziki imkanı da artır. Yeniyetməyə elə gəlir ki, onun hər bir şeyə gücü çatar. Yeniyetmənin psixoseksual inkişafında xüsusi dəyişiklik baş verir. Bu dövrdə cinsi yetişmənin başlanması bir növ cinsi yetkinlik üçün başlanğıc rolunu oynayır. Bununla yanaşı olaraq psixoloji yetkinliyin, eləcə də sosial yetkinliyin baş verməsi üçün müvafiq şərait yaratmış olur. Yeniyetmələrdə sərvət sistemi dəyişir: ailə, məktəb, həm­yaşıdları yeni məna və əhəmiyyət kəsb etməyə başlayır.


Şərhlər: 15
Baxılıb: 763
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
sadecə mən
Yeniyətmə olsamda yeniyətmələr kimi bəzi mənasız davranışlarım heç vaxt olmayıb.Maraqlı xəbər idi.Təşəkkürlər.
21 avqust 2015 20:34
# 15
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
AZURA
coxsaqol baci lazimli xeber idi
21 avqust 2015 16:56
# 14
aliceWOnDer
Sitat: ♥ KaMa ♥
16 yaşım var 17 e keçecem inşAllah. yeniyetməlik bilmədim heç necə keçdi 23

Aynen...Hec vaxt yeniyetme hereketlerin etmemisem...
21 avqust 2015 15:39
# 13
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
vipbetul
artiq yeniyetmelik dovrunu atlamishiq
21 avqust 2015 14:28
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Mrs.Pianist
15 yasim var cekim 13 yasindakinin cekisidi boyum 160di ama 23 40 kqyam.Neme boyuyurukde
21 avqust 2015 14:18
# 11
Acısı çox olan qizların guluşu gozel olur.!
♥ KaMa ♥
16 yaşım var 17 e keçecem inşAllah. yeniyetməlik bilmədim heç necə keçdi 23
21 avqust 2015 11:20
# 10
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
Dosta_inam
Menim yeniyetmelik vaxtim coxdan kecib. O vaxtlarda valideyn ovladina ciddi nezaret etmelidir.
21 avqust 2015 07:45
# 9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Meleknur
men 13 yawli yeniyetmenin cekisindeymiwem ki (( oktyabrin 7 si İn wa Allah 17 tamamlayib 18 kececem ) amma uwag xasiyetliyem
21 avqust 2015 01:41
# 8
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Golden rose
Maraqli melumatlar idi. Biliklendirdiyinizcun tesekkurler
21 avqust 2015 01:40
# 7
Catwoman666
16 yaşım var. 1 il sonra yeniyetməlikdən çıxacam))

...666...
21 avqust 2015 00:28
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
Little girl
Mən də yeniyetmə sayılıram əslində(16 yaş)Məndə yeniyetməlik xarekteriskalarim 13-14 yaşda başlayıb,onun üçün də 16 yaşım olmasına baxmayaraq yenə də yeniyetməlik xaraskeriktam var.Ən çox da əsəbdə biruzə verir.
21 avqust 2015 00:11
# 5
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
aLoNe AnGeL
ben daha yeniyetmeyem amma ozumu 80 yasinda adam kimi hiss edirem :))
20 avqust 2015 23:47
# 4
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
Bebiw
mende yeniywtmeyem 15 yawim var mamam agilli ol deyir ve men agilliyam her weye baw qowmuram ne sevgili ne biwey sadece yawima uygun hereket etmeye caliwiram Allahin komekliyi ile
20 avqust 2015 23:28
# 3
sowu
...AdaDunyam``
men de yeniyetmeyem...
20 avqust 2015 23:15
# 2
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
BARBI
Yeni yetmelik usaqlarin en pis ve tehlukeli dovlerdir. Usaqlar pozulmaga pis verdislere meyilli olur. Her zaman nezaret altinda saxlamaq lazimdi
20 avqust 2015 23:02
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz