Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Valideynlərə bir neçə məsləhət
Valideynlərə bir neçə məsləhət
Göndərən: Fialka
Şərhlər: 9
Baxılıb: 866
Səs ver:
1. Əgər uşağınız yıxılıbsa ilk öncə ondan ağrıdığını yoxsa qorxduğunu soruşun. Çünki çox zaman uşaqlar yıxıldığı zaman ağrı hiss etməsələr də ya qorxurlar ya da utanırlar. Başqalarının yanında pərt olduqlarını düşünürlər. Bu zaman siz ona ya özünüzün ya da atasının da belə bir zaman yıxıldığı haqda bir hekayə danışın. O zaman o özünü güvəndə hiss edəcək.

2. Əgər siz uşaqlarınızla təyyarə ilə səyahətə çıxmısınızsa müxtəlif sıralardan yer seçim edin. Valideynlərdən biri uşaqların yanında o biri isə başqa sırada əyləşsin. Hər 2 saatdan bir yerinizi dəyişin. Və bu iki saat ərzində sizdə yaranan təəssüratlardan danışın. İnanın belə səyahət daha maraqlı olacaq.

3. Əgər siz süfrə arxasında və ya başqa yerdə uşaqların diqqətini özünüzə çəkmək istəsəniz belə cümlədən başlaya bilərsiniz" Mən nə vaxtsa sizə bunu danışmışam?" və davam edin.

4. Uşaqlara asan heyvan və ya oyuncaq, təyyarə və s. çəkməyə çalışın. Onlar bunu sizdən təkrar-təkrar xahiş edəcəklər. Və sonda artıq özləri bunu etmək istəyəcək və onlarda şəkil çəkməyə maraq oyanacaq.

5. Saniyyə ölçən çihaz sizə uşaqlarınıza nə istəsəniz etdirəcək. Məsələn: uşaqlar oyuncaqlarını yığmağı, yemək yeməyi heç sevmirlər. Lakin "gəlin görək neçə dəqiqəyə oyuncaqları yığacaqsınız?" desəniz bu uşaqlarda oyun xarakteri alacaq və onlar həvəslə oyuncaqlarını yığacaqlar.

6. Çox zaman uşaqlara şirniyyat, şokoladlar və müxtəlif konfetlər vermirik. Bu onlarda olan allergiya və ya başqa səbəblərdən ola bilər. Lakin "xeyir, sənə konfet olmaz" demək əvəzinə həftənin bir gününü şirniyyat günü seçin. Məsələn: Çərşənbə günü sizin şirniyyat yemə gününüz olsun. Və "Axı bilirsən, bizim şirniyyat günümüz çərşənbə günüdür. Gözlə, həmin gün sənə nə qədər istəsən, konfet verəcəm", deyib həm uşağınızı bu sevincdən məhrum etməzsiniz, həm də uşaqda dözümlülük hissini daha da gücləndirmiş olursunuz.

7.Çox zaman uşaqlar məktəbəqədər olan baxça kimi müəssisələrə getmək istəmirlər. Bütün yolu "ana mən səninlə qalmaq istəyirəm, baxçanı sevmirəm, getmirəm" kimi sözləri ilə sizi özünüzdən çıxara bilərlər. Lakin bunu da əyləncəli etmək olar. Uşağınızın ən çox sevdiyi şəkilli kitabı özünüzlə götürün. Yolda gedərkən avtobusda və ya metroda onunla bu şəkillər üzrə müzakirələr edin. Yolun nə vaxt bitdiyini hiss etməyəcəksiniz.

8. Müasir zamanda demək olar ki 80% ailələrdə hər iki valideyn işləyir. Siz işdən gec və yorğun gələ bilərsiniz. Lakin uşaq sizin yorğun və ya kefsiz olduğunuzu anlamır, o sadəcə sizi və onunla keçirəcəyiniz vaxtı istəyir. Siz ev işləri edərkən onunla edə bilər, yeməyi onun köməyi ilə bişirə bilərsiniz. Beləliklə həm işlərinizi edəcəksiniz, həm də uşağınızla vaxt keçirmiş olacaqsınız.

9. Uşaqların ən sevmədiyi prosedurlardan biri diş yumaqdır. Bunu əyləncəli etmək üçün ona bildiyi bir mahnını oxumağı təklif edin dişini yuyarkən. Və beləliklə onun başı mahnı oxumağa qarışacaq və bu zaman ərzində dişlərini yuyacaq.

10. Uşaqlarınızın doğum günü mərasimi daha gözəl və əyləncəli keçməsini istəyirsinizsə daha çox onun həmyaşıdlarını və dostlarını dəvət edin. İnanın ki, bu onlar üçün unudulmaz doğum günü olacaq.

11. Uşaqlar üçün hər zaman məktəb və ya baxçaya gedərkən ilk günlər çətin keçir. Onlar üçün dost tapmaq çətin olur. Siz ilk günlər evdən 2 ədəd oyuncaq götürün və uşaqlara verin. Onlar beləliklə birlikdə oynamağı öyrənəcəklər. Və həmişə uşaqdan ayrılarkən sağ ol deyin.


Şərhlər: 9
Baxılıb: 866
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
usaqlari zaten sevmirem amma oz usagim olsa da mukemmel sekilde terbuyelendirecem! mesuliyyetsiz vaideynler kimi yox!
29 may 2015 14:45
# 9
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
valideyinler oxusun lazimli melumatdi
29 may 2015 14:32
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Melissa
cox sebrsizem ve esebi olmusam usaga qarsi...
29 may 2015 12:10
# 7
gulka azeri
deyerli meslehetlerdi insallah zamani gelende isdifade ederem oglum hele balacadi tezelikce 3defe yixilib colde 1ci defe ayagi yaralanib herdefe gosderir bubu deyir.
29 may 2015 02:12
# 6
FISTIK
Bunlarin bir coxunu emel edirem calisiram oglumu her bir ise maraqla yanassin mecburi ve ya davayla yox maraqli seylerle diqetini cekirem.
29 may 2015 01:07
# 5
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
Antikvar
Böyük oğlum yıxıldıqda utanmaq əvəzinə elə səs telləri çıxardırki,küçədə olanlar tamaşa qalır görəsən uşaq belə bərkmi zərbə alıb)Mən əksinə ah vuh eləmirəm,özü yıxılan ağlamaz məsəli bəzi məqamlarda öz nəticəsini göstərir)Qaçmayardın,diqqətli olardın yeridiyin zaman deməklə gələn dəfə etdiyi səhfi təkrarlamamaq üçün..
İkinci bildirişdə təyyarədə hər insanın oturacaq yeri kağızda qeyd edilir,uşaqlarımı özümdən ayıra bilmərəm və bununla bəraabər təyyarənin işçiləri belə imkan verməz,özbaşınalıq edib nəsə artıq hərəkər etməyə oynaya bilərlər yoxsa ordan bura burdan oraa oturub sadəəcə özünlə bərabər cəmiyyətidə narahat etmiş olarsan.
Şkoladı çox sevirlər,çoxdaa versən yenədə doymazlar))Bu səbəbdən hansısa həfttəni seçib o vaxtacan dözün deməyim işə yaramaz,yenədə yoxlamaqa dəyər.
Bir çox yazıları qəbul edirəm,etdiklərimdə olur etmədiklərimdə,hər ailədə uşaqın xarakterinə uyğun bir qayda,tərbiyə növü formalaşdırırsan özlüyündə.Məndə uşaqlarımın xarakterinə uyğun özümə məxsus şəkildə tərbiyəm var.Şükür narazıçılığım və narazıçılıq yoxdu.İnşallah bundan sonrada bu qayda ilə davam edər.
Tşk faydalı məsləhətlər oldu)
29 may 2015 00:28
# 4
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
BARBI
Valideynler usaga xususi diqqetle sebrle yanasmalidir. Onlari dinlemeli onlarla mesgul olmalidir
28 may 2015 23:35
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Aynuray
cox saqolun
28 may 2015 23:27
# 2
SEN MENIM SADELIYIME BAXMA MUREKKEBIMDE BATARSAN
Tomris Müslümova
men hemise demisemki valideyinler usaqlara qarsi sebirle yanasmalidilar.bu onlarin terbiyesinde mustesna rol oynuyur qisqirib bagirmaq;a doymekle terbiye vermis olmursuz!! 11 meslehetde ne qeder boyuk komek var valideyinlere tesekkurler ;)
28 may 2015 23:02
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz