Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanda atalıq məzuniyyətinə münasibət necədir?
Azərbaycanda atalıq məzuniyyətinə münasibət necədir?
Şərhlər: 8
Baxılıb: 717
Səs ver:
Azərbaycanda qadın və kişilər arasında iqtisadi, siyasi, təhsil və səhiyyə sahəsində fərqlərin aradan qaldırılması - gender bərabərliyinin təmin olunması dövlət siyasətinin prioritetlərindəndir və bir sıra dövlət qurumları tərəfindən bu istiqamətdə mühüm işlər görülüb. Azərbaycanda hələ 2006-ci ildə "Gender bərabərliyinin təminatları haqqında” qanun qəbul olunub. Amma gəlin görək gender bərabərliyi dedikdə yalnız ictimai həyatdakı bərabərlikmi nəzərdə tutulur? Sözügedən qanunun 2-ci maddəsinə əsasən, gender bərabərliyi dedikdə qadın və kişilərin hüquq bərabərliyi və bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanlar və onların cəmiyyətdə bərabər sosial vəziyyəti nəzərdə tutulur. Cəmiyyətdəki sosial bərabərlik isə əlbəttə, ailədən gəlir.

Kəpəz TV-nin (Region TV) əməkdaşı Vəfa Şairova ailədə uşaqlara münasibətdə gender bərabərliyinin vəziyyətindən danışacaq. Bir az da dəqiqləşdirsək, ailələrdə uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətlərdən analarla yanaşı, ataların da istifadə-edib etmədiyini biləcəyik.

Sual təəccüblü görünə bilər. Amma atalıq məzuniyyəti anlayışı realdır. Termin kimi qulağımıza yad gəlsə də, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 127.1-ci maddəsində atalıq məzuniyyəti adlandırdığımız məsələyə toxunulub. Qismən ödənişli sosial məzuniyyət hüququ və ondan istifadə qaydalarını nəzərdə tutan həmin maddədə qeyd olunur ki, uşağa bilavasitə qulluq edən valideynlərdən biri - indiki halda eləcə də ata, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər.

Babək Həmidov - vəkil: "Ümumiyyətlə, qadınların əmək hüquqlarında kişilərə münasibətdə fərqlilik var. Yəni kişilərdən fərqli olaraq qadınların az ağır işlərdə işləmələri və s. nəzərdə tutulub. O cümlədən də qadınların hamiləliyə və doğuşa görə məzuniyyətləri nəzərdə tutulmuşdur. Ancaq kişilərlə bərabərlik hüquqları məhz yeni doğulmuş uşağın üç yaşına qədər ona qulluq edilməsi ilə bağlı qismən ödənişli sosial məzuniyyət hüququndadır. Bundan atalar da qanunda nəzərdə tutulduğu hallarda - yəni əmək müqaviləsi bağlandığı şəraitdə və yeni doğulmuş uşaq olduqda uşağın üç yaşına qədər istifadə edə bilərlər. Və bu, qismən ödənişli şəkildə həyata keçirilir”. Musa Quliyev - Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini: "Bəzi ailələr olur ki, doğrudan da ananın maaşı yüksəkdir və işə uzun müddət ara verilməsi həmin insanın peşəkarlığına və öz peşəsini inkişaf etdirməyə mane olur. Belə hallarda ola bilər ata da məzuniyyət götürər, uşağına baxar və müavinət də alar”. Bunun üçün ata əmək müqaviləsi bağladığı hüquqi şəxslə - təşkilatla, şirkətlə əmək müqaviləsindən və Əmək Məcəlləsindən irəli gələn qismən ödənişli sosial məzuniyyəti tələb edə bilər. İşəgötürənin də vəzifəsidir ki, həmin ataya uşağının üç yaşına qədər ona qulluq göstərməsi üçün qismən ödənişli sosial məzuniyyət versin. Babək Həmidov - vəkil: "Şəxsin bu hüquqlarının həyata keçirilməsi ilə bağlı aidiyyəti suallar yarandıqda, yəni qismən ona ödənilən məbləğdən narazı qaldıqda əmək hüquqlarının müdafiəsi üzrə aidiyyəti orqan ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətidir. Ora müraciət edə bilərlər”. Azərbaycan Respublikası Prezidentinin "Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında” 2013-cü il 23 avqust tarixli Sərəncamı ilə həmin ilin 1 sentyabr tarixindən etibarən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 30 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 15 manat miqdarında müəyyən edilib. Lakin bu məbləğin artırılması təklif edilir. Musa Quliyev– Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini: "Orada müavinətin məbləğindən söhbət gedə bilər, ola bilər ki, müavinətin məbləği 50-60 manata, yaxud da yaşayış minimumuna qaldırılsın, ola bilər ki, minimum əməkhaqqı səviyyəsinə çatdırılsın. Məsələn minimum əməkhaqqı bizdə 100 manatdır, yaşayış minimumu 131 manatdır. Yəni, onların təklifləri ola bilər. Bunlar madiyyata, büdcəyə bağlı məsələlərdir. Bunlar da təbii ki, ölçülüb-biçilməlidir. Amma dünyanın əksər ölkələrində uşağın 1,5-3 yaşına qədər qulluğa görə müavinət nəzərdə tutulmayıb”. Statistikaya əsasən, Azərbaycanda atalıq məzuniyyətindən istifadə edən kişilərin sayı olduqca azdır. Bölgələrdə isə buna demək olar ki, ümumiyyətlə, rast gəlinmir. DSMF-nin Gəncə şəhər Nizami və Kəpəz rayon şöbələrindən aldığımız məlumata görə, indiyədək onlara qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə ilə bağlı heç bir ata müraciət etməyib. Bəs görəsən ailə başçılarının bu hüquqlarından istifadəyə ümumiyyətlə maraq göstərməməsinin səbəbi nədir? Tərlan Babayeva - psixoloq: "Bu, bir tərəfdən bizim milli mentalitetimizlə bağlıdır. Çünki müsəlman aləmində, o cümlədən Azərbaycanda da ailənin bütün qayğıları, övladla məşğul olmaq ancaq ananın payına düşür. İkinci bir tərəfdən, hər bir ailə özü ikinci dövlətdir. Hər bir ailənin özünəməxsus qayda-qanunları var. Və bizim gözəl-göyçək, nurlu nənələrimiz var ki, bəzən görürsüz ki, bu problemlərdə anaya kömək olur. Yəni atanın burada iştirakı elə də vacib olmur”. Musa Quliyev - Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini: "Yalnız Bakı şəhərində belə müraciətlər olur. Bu da qadında əməkhaqqının daha yüksək olması ilə bağlıdır. O da nadir hallarda. Yəni Azərbaycan mentalitetinə bir qədər uyğun olmayan bir məsələdir ki, uşağı körpə yaşlarında anası tərbiyə edir və ev işləri ilə də ana məşğul olduğuna görə, ata əsasən qazanc gətirmək funksiyasını yerinə yetirir. Buna görə də bizdə hələlik tətbiq olunmur. Amma gələcək illərdə ola bilər. Çünki differensiasiya gedir”. Millət vəkilinin fikrincə, qadınlarımızın peşəkarlığının, təhsil səviyyəsinin, işgüzarlığının getdikcə artması gələcəkdə ataların bu sosial məzuniyyətdən daha çox istifadə etməsinə gətirib çıxaracaq. Ailə başçılarının bu hüquqlarından demək olar ki, istifadə etməmələrinin bir səbəbini də bu barədə məlumatsızlıqla bağlamaq olar. Amma problem həqiqətən də mentalitetdən irəli gələn kompleksdirsə, buna ancaq təəssüflənmək olar. Çünki söhbət ailənin, eləcə də bütün cəmiyyətin gələcəyi olan övladlardan gedir. Əgər ananın əməkhaqqı daha yüksək, karyerası daha uğurlu olarsa, körpə uşaqlara məhz atanın qulluq göstərməsi təqdirəlayiq olardı.


Şərhlər: 8
Baxılıb: 717
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Analıq məzuniyyəti bilirdim, atalıq yox. Amma atalıq məzuniyyətinə də normal baxıram mən.

...666...
11 avqust 2015 17:38
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
bu cox normal haldir tebiki atada usaq olduqdan sonra anaya komek ucun mezuniyyete cixa biler
11 avqust 2015 12:56
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aLoNe AnGeL
ataliq mezuniyyetide varmis shok
11 avqust 2015 11:39
# 6
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
Dosta_inam
Ataliq mezuniyyetini ilk defe oyrendim, maraqlidir yavas yavas ireli gedirik deyesen.
11 avqust 2015 06:37
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
AGHAYEVA
"Ataliq mezuniyyeti" teessufler olsun ki,AR-da hal-hazirda oz hesabina mezuniyyet olaraq verilir,bu da ailenin kecimi ucun bir cox ailelere serfeli deyil.Eger "analiq mezuniyyeti" kimi odeniwli olmuw olsaydi yeqin ki,bir cox muessiselerde ata olan kadrlar bundan yararlanardi.
11 avqust 2015 01:25
# 4
VIP
15manat gülməyim gəldi.Elə o qədər verərlər bizimkilər.Rusiyada öz vətəndaşlarına 3 uşagdan sonra torpag,ev verirlər,özüdəki Rusiya cox malı başqa ölkədən alır.Bizimkilər ataya məzuniyyətə ayda 15manat verirlər.Gülüncdü
11 avqust 2015 01:12
# 3
Başımın üstündə Allah,yanımda ailəm olsun.
İnci
Emek mecellsinde ataliq mezuniyeti deyiıen anlayis var ama cemi 14gun nezerde tutulub.bunu butun muhasibler vekiller ve de o ixtisas uzre oxuyanlar bilir ama ilk esidildikde gulus doguran 1 mövzudur
11 avqust 2015 00:28
# 2
Her gulusun arxasında bır keder vardır
BARBI
Ataliq mezuniyyetini ilk defe esitim. Bize yad termindir. Gozel fikirdi anayla birge ata da mezuniyete ayrilsa korpesiyle vaxt kecirse
10 avqust 2015 23:01
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz