Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlarda yaşa görə ideal boy və çəki
Uşaqlarda yaşa görə ideal boy və çəki
Göndərən: Nazlı_qız
Şərhlər: 6
Baxılıb: 2454
Səs ver:
Uşaqlarda yaşa görə ideal boy və çəki necə olmalıdır?
Doğumla birlikdə başlayan böyümənin izlənilməsi, uşaqlıq dövrü boyunca diqqət mərkəzində saxlanılması vacib olan bir prosesdir. Uşaq sağlamlığı təqibində heç laqeydlik göstərilməməli olan böyümənin izlənilməsinə: uşağın çəki, boy və baş ətrafı ölçülərinin (körpəlik dövründə daha tez-tez olmaq üzrə ) müəyyən aralıqlarla standart böyümə cədvəlinə uyğun gəlməsi böyük əhəmiyyət daşıyar. Uşağın sağlamlığına mənfi təsir edən problemlər ilk olaraq böyüməyə təsir edər. Bunu nəzərə alan mütəxəssislər aşağıdakı məsləhətləri verirlər:
"Böyümə dayanması olaraq adlandırılan vəziyyət: uşağın eyni yaş , cins və cəmiyyətdəki yaşıdlarına görə gözlənilən böyüməyi göstərə bilmədikdə təyin olunar. Erkən diaqnoz və müalicə ilə böyümədə geriliyə səbəb olan problemlər necə həllini tapmalıdır: lazımi müalicələrin verilməsiylə, uşağın gözlənilən böyüməyə və genetik boy potensialına çatması ilə.
 
Uşağın yaşına görə normal çəkisi neçə olmalıdır?
Böyümənin müşahidəsində, körpənin bədən çəkisi, boy və baş ətrafının ölçüsü diqqətlə izlənilməlidir. Bədən ağırlığını ölçərkən, körpənin bütün paltarları çıxardılmalıdır. Yeni doğulan bir körpənin ağırlığı ortalama 2500-3500 qr qədərdir. Doğumu izləyən ilk 7-10 gündə isə kilosunun 5%-8%-ni itirər, buna "fizioloji çəki itkisi” deyilir. 10-14 günlük doğum ağırlığına çatan körpənin bədən çəkisi, ilk üç ayda 30 gr/gün, ikinci üç ayda 20 gr/gün, üçüncü üç ayda 15 q/gün, dördüncü üç ayda isə 12 qr/gün artar. Körpə 4-5 aylıq olduğunda doğum ağırlığının iki qatına , 1 yaşında üç qatına , 2 yaşında isə dörd qatına çatmış olar. Bədən çəkisi qısa zaman aralıqlarında çox böyük dəyişikliklər göstərə bildiyi üçün, südlə qidalandığı dövrdə böyümənin izlənilməsinə bütün ölçmələr daha həssasdır və ilk yaşda ayda bir ölçülməlidir. 1-2 yaş arasında 3 ayda bir, irəli yaşlarda isə 6 ayda bir ölçülməsi məsləhətdir .

Uşağın yaşına görə normal boyu neçə olmalıdır?
Yeni doğan bir körpənin boyu ortalama 50 sm ətrafındadır. Körpənin boyu ilk 3 ayda 3.5 sm/ay, ikinci üç ayda 2 sm/ay, üçüncü üç ayda 1.5 sm/ay, dördüncü üç ayda isə 1.2 sm/ay uzanaraq bir yaşında doğum boyunun 1.5 qatına çatmış olar. Uşaq dörd yaşına gəldiyində doğum boyunun 2 qatına, 12 yaşında isə 3 qatına çatır. Boy ölçmələri , qeyri-kafi bəslənmə və akut ( qısa dövr ) infeksiya keçirilməsi kimi dəyişikliklərə həssas deyil. Xroniki (uzun dövr ) xəstəlik və qidalanma zəifliyi, boya təsir etməsi üçün ən azı altı aylıq bir müddət keçməsi lazımdır. Boy qısalığı , uzun və davamlı qidalanma qeyri-kafiliyinə və ya xroniki bir xəstəliyə işarə edər və erkən fərq edilməsi, irəli dövrdə ola biləcək boy qısalığının qarşısını almaq baxımından əhəmiyyətlidir.

Körpənin baş ətrafı ölçüsü neçə santimetr normaldır ?
Baş ətrafı isə, beynin böyüməsini göstərən bir parametrə daxildir və 0-3 yaş arasındakı uşaqlarda nizamlı olaraq izlənilməlidir. Doğumda 35 sm olan baş ətrafı, ilk iki ayda ortalama 2 sm/ay, 2-6 aylarda 1 sm/ay, 6-12 aylarda isə 0.5 sm/ay böyüyər. Doğumdan etibarən normaldan böyük baş ətrafı, qanama və ya beyin boşluqlarında genişlənmə kimi əhəmiyyətli xəstəliklərin erkən tapıntısı ola bilər. Daha sonradan baş ətrafında gözləniləndən az böyümə isə, beyin inkişafındakı geriliyi göstərə bilən bir tapıntıdır.


Şərhlər: 6
Baxılıb: 2454
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Vuska I-va
Menim qizim ama boydan balacadi oda mene oxwuyur.
17 avqust 2015 00:29
# 6
Bəzən Ana'ya, bəzən Ata'ya, bəzən də 1 parça çörəyə
həsrət qalar insan...
vipbetul
ALlah butun usaqlari saqlam inkishaf versun insallah
14 avqust 2015 15:02
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Cox sukur men dunen yoxlatdim qizlarimin yasina gore boylari da cekisi de yaxsidir.
14 avqust 2015 11:39
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnci
Menim oglusmun boyu yacsidi normadan artiqdi ama cekisi azdi masallah yaxsi da yeyir ama kokelmir ancaq dişe saca dirnaga verir
14 avqust 2015 00:43
# 3
Her gulusun arxasında bır keder vardır
BARBI
Usaga cox yedirtmek olmaz. Medesi genislener obezite xesteliyi yaranar. Yasa gore duzgun ceki hesablanilmalidir
14 avqust 2015 00:14
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
emis
Uşaqdan uşağa fərq var ne qeder düzgün qidalanan uşaq olsada yaşına boyuna görə çəkisi düzgün olmur xırda uşaq var iri uşaq var bizim emisinde boyu balacadı həmdə ariqdi ama həkim deyir yaxşidi narahat olmayın.
14 avqust 2015 00:04
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz