Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sünnət üçün ideal yaş
Sünnət üçün ideal yaş
Göndərən: aliceWOnDer
Şərhlər: 18
Baxılıb: 1627
Səs ver:
Sünnət oğlan uşaqlarında cinsiyyət orqanının başını örtən dərinin müəyyən bir formada və ölçüdə kəsilməsidir. Bizim cəmiyyətimizdə, ümumiyyətlə, dini səbəblərlə və bəzən də tibbi səbəblərlə tətbiq edilir. Müalicə məqsədi ilə olmadığı halda bütün cərrahi əməliyyatlar arasında ən çox sünnət ilk sıranı tutur. Sünnətin bir tibbi müdaxilə olduğu unudulmamalı və uyğun şərtlərdə edilməsi təmin olunmalıdır.
 
Əvvəllər yalnız dini öhdəlik olaraq edilən sünnətin bir çox tibbi faydaları bizə məlumdur.
* Sünnətli oğlan uşaqlarında sidik yolu infeksiyaları daha az olur;
* Kişi cinsiyyət xərçəngi  sünnət olmayan kişilərdə daha çox müşahidə edilir;
* Yoluxucu xəstəliklərə sünnət olmayan kişilərdə daha çox rast gəlinir;
* Sünnət olmayan uşaqlarda Balanitis (cinsiyyət başı iltihabı) başlayır;
* Balano postitis (cinsiyyət başı və dərisinin iltihabı) xəstəliyi meydana gəlir;
* Fimozis (sünnət dərisinin cinsiyyət başına yapışıq) olması sünnəti tibbi zərurət halına gətirmişdir.

Bəs sünnət hansı yaşda edilməlidir? Hisar Intercontinental Hospitalının həkimi Saleh Somuncu sünnət üçün ən uyğun dövrlərinin 6-15 ay, 2-4 yaş və 7-10 yaş arası olduğunu bildirib.

Saleh Somuncu "Sünnət cərrahi bir müdaxilə olsa da uşağın inkişafında əhəmiyyətlidir. Xüsusilə müəyyən yaş qrupları arasında edilməsi uşağın zehni inkişafı üçün əhəmiyyətlidir. 4-6 yaş dövründə oğlan uşaqlarının ruhi-cinsi inkişafı baxımından kritik bir dövrdür. Uşağın xəsarət almadan ruhi-cinsi inkişafını tamamlaya bilməsi üçün tibbi cəhətdən zərurət olmadıqca  4-6 yaş arasında sünnət edilməməsi məsləhətdir" deyib. Bu dövrdə sünnəti atası tərəfindən cəzalandırılma və sanki kişilik orqanının kəsilməsi kimi qəbul edə bilər.

Ailələr üçün sünnət bir qürur qaynağıdır. Sünnət həm də cəmiyyətimizdə uşaqların kişiliyə ilk addımı atdıqları gün kimi qəbul edilir.

Sünnət evdə deyil, xəstəxanada edilməlidir
Sünnət ciddi bir cərrahi əməliyyat olmadığı üçün hər hansı bir keyləşdiricidən və yaxud narkozdan istifadə edilmədiyini deyən Somuncu "Keyləşdirici altında sünnət edilən uşağın ağrı hiss etməsi mümkün deyildir. Üstəlik, bunlardan istifadə edilməzsə, uşaq narahatlıq və qorxu yaşaya bilər. Bundan əlavə, uşağın narahatlığı və reaksiyalarından təsirlənən cərrah işinu tələsik görməyə cəhd göstərir və bu da səhv riskini artırır. Bu məsələdə həkimlərin də səhvi var. Buna görə də əvvəlcə həkim seçiminə ciddi yanaşılmalıdır. Sünnət digər əməliyyatlarından daha asan bir əməliyyat deyil. Səhv edildikdə səbəb ola biləcəyi mənfiliklər uşağın bütün həyatına təsir edə bilər. Bütün valideynlərin arzusu övladının sağlam olmasıdır. Valideynlər diqqətli olmalıdır, adi bir səhv övladını bədbəxt edə bilər" deyə bildirib.

Saleh Somuncu sünnətin tibbi faydalarını belə sıralayıb:

*Cinsiyyət orqanının ucunun təmizliyinin təmin edilməsi;

* Təkrarlanan iltihabların qarşısının alınması;

* Uşaq təzə anadan olmuşsa, sidik yolu iltihabının daha az baş verməsi;

* Cinsi yolla keçən xəstəliklərin azalması;

* Sünnətli kişilərin cinsi təmasda olduqları qadınlarda uşaqlıq ağzı (serviks) xərçəngi riskinin azalması;

* Cinsiyyət orqanı başı xərçəngi riskinin azalması.


Şərhlər: 18
Baxılıb: 1627
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
aliceWOnDer
mence bunu 3-4 yaslarinda etmeyleri meqsede yugundu
4 iyun 2015 12:56
# 18
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Catwoman666
sunnetin bele faydalarini indi bildim. menim dayim nevesini de texmini 1yas ya da 1yasa yaxin sunnet eletdirmisdiler
2 iyun 2015 23:39
# 17
"All men must die, but we are not men"

Daenerys Targaryen
Baharim ol
Menim xalamin nevesini dogulanda 3-4 gun sonra eletdirdiler.
2 iyun 2015 11:39
# 16
Ama yenede
gulka azeri
menimde balama aprelde 1yas yariminda sunnet etdik balnisada hekim etdi.narkosla.of hemin gun gozumun onune geldi yene dehset o qeder aglamisdim usagi narkoslu halsuz usdelik orasi qanli nasilkada gorende dunya basima ucdu sankki ....sukur sonra axsama uje yavas yavas gezirdi oynuyurdu.Allah butun balalari qorusun
2 iyun 2015 02:14
# 15
Miss_Oxatan
Demeli 5,6il evvel dayimin kecmiw esger yoldawi zeng vurduki flan vaxt oglumun sunnetidi kirvesi sensen.bunlarda bir birlerini esgerlikden sonra gorubler uwaqlarini yox.dayimda dedi yeqin 1,2de oxuyar getdiler paltar zad aldilar xirda xirda.duwduler yola,ozde bawqa rayondu hardasa 300-400km yoldu.gediblerki toy bawliyib,sunnetide orda edirler,dayim deyir gordum bey gelir deyirler hekimde durub hazir,yaxinlawanda gordum uwaq ozum boyda,belke 170 boy,gombul,hundur oglan.uwaq 7de oxuyur ozde hundur gombul)))))deyir dedim lucwe gedim,menden buna kirve olmaz,bu tutar meni)))))sen deme gede indiye kimi qorxurmuw.zulmle deyir 4,5 yekeper kiwi tutub,qacirmiw yenede.helede daniwir )))))
2 iyun 2015 02:03
# 14
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
FISTIK
Menimde iki oglum var ikiside olunmalidi yaman qorxuram usaqlara yazigim gelir nece olacaq hec dusunmek istemirem insallah asad olar.
2 iyun 2015 01:23
# 13
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
emis
Balacaliqdan qardaşıma mən baxdığım üçün məndə bir valideyn kimi oxudum lazımlı məlumat idi həqiqətən. .oğlunun kiçik toyunu görmək hər bir ananın arzusudur. Böyük toylarina ya qismət qalalar qalmayalar . eminin hələ 6 yaşı var ama sunet olunmayıb deyirlər yaşı keçmir ha Allahın köməkliyilə ya bu il ya gələn il edəcəyik həm yaşından balaca görünür adamin yazigi gelir həmdə kirvesi gəlsin edərik. Indi hamı narkozla elətdirir anaların ürəyi götürmür uşağın ağlamağını ama bu narkozla olmaq nə qədər düzgündür bilmirəm allah eləməsin uşaq ayilmayada biler atam birinə kirve durmuşdu yalan olmasın oğlan 8 ci sinifdə oxuyurdu sef eləmirəmsə)) gülünc vəziyyət idi. Təşəkkür məlumat üçün. .
2 iyun 2015 00:51
# 12
Meleknur
wekilde ki uwag ne wirinde :) dogulanda eletdirmey mence yaxwi olar
2 iyun 2015 00:32
# 11
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Elizade_Gunay
Menim qaradawimi evde etmiweiler yaxwi olmamiwdi hekim helede qorxu qalib geceler yatanda sayiqlayir. Cildaqda etdirmiwik bir iki gun etmedi yene bawladi daniwmaga. Ona gore ehtiyatli olun
2 iyun 2015 00:08
# 10
Luna-90
Bizde 4 yasda etdirdik klinikada lazerle

Hec bir agri olmadi seher vabse normal oldu.
1 iyun 2015 23:43
# 9
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Melissa
tskrler helelik oglum yoxdu)
1 iyun 2015 23:36
# 8
Fialka
Hər bir müsəlman ailəsində oğlan uşaqları sünnət olunmadır. Və nəqədər gənc yaşda olsa o qədər yaxşı olar , bəzi ailələr məktəbə qədər etdirir bəziləridə 3 günlük , həftəlik olan kimi xəstəxana da etdirir. Bacım oğlunu 1 aylığında etdilər xəstəxanada cərrahın köməkliyi ilə şükür hər şey qaydasındadır. Allah bütün balaca oğlan uşaqlarına əsl müsəlman olmağı nəsib etsin amin.
1 iyun 2015 23:32
# 7
ell.nell
Men oğlumu 7yaşında cerrahiye emeliyyatı olarken etdirdim.
1 iyun 2015 23:18
# 6
yarpaq33
Men oglanlarimin ikisini bir eletdirdim birinin 7 -o birsinin 5 yawi var idi boyuk tez sagaldi balaca bir az eziyyet cekdi wukur her wey yaxwi oldu Allah haminin balasina komey olsun
1 iyun 2015 23:18
# 5
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Mrs.Pianist
Ovladini muselman etdirmek her bir atanin borcudu. Mencede usaq yaslarinda olunmasi daha meqsede uygundur cunki yaw artiqca usaq utana biler.. Menim emim oglunun 6 yawi var bu il 1 ci sinife gedecey onu eletdirdiler may ayinda. :) Butun bebiwlerimize(oglan) muselman olmaqi aruzlayiram))
1 iyun 2015 23:08
# 4
Acısı çox olan qizların guluşu gozel olur.!
ayka95
menim oglumun 3 yasi var Allah qismet etse bu yaxinlarda ederik sunnet insAllah
1 iyun 2015 23:07
# 3
vipbetul
oqul valideyinleriycin lazimli melumatdi
1 iyun 2015 23:06
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Sunnet menim zennice ne qeder kicik yasda olsa o qeder yaxsidir. Cunki daha az agri verir. Sunnetsiz kisiye muselman demerem
1 iyun 2015 23:01
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz