Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Valideynlərə təcili kömək - (1. hissə)
Valideynlərə təcili kömək - (1. hissə)
Şərhlər: 12
Baxılıb: 534
Səs ver:
"Altı yaşındakı Arzu özündən çıxmış halda idi. Hirsləndiyi zaman biləyini qanayanacan dişləyir, bağırır, söyüş söyür, əsəbindən anasını vurur, qapılara, divarlara çırpırdı. Ancaq öz bildiyini etməkdə inad göstərirdi.

Bir dəfə bir alış-veriş mərkəzindəykən ana-atası işlərini bitirib qayıtmaq istədiklərində, Arzu onlarla gəlmək istəmədi. Park etmiş maşınların arasında və yolda qaçmağa başladı, ana-atası da ardınca sürətlə qaçmaq məcburiyyətində qaldı. Şiddətli danlaqlar və döyülmələr onu "xırçın" davranışlarından qurtarmaq üçün işə yaramırdı. Arzu söz dinləmək istəmirdi."

Yəqin ki, belə hallarla bir çox valideyn qarşılaşmışdır. Problemi həll etmək üçün psixoloji biliklərdən və doğru tərbiyə üsullarından xəbərsiz şəkildə "özbaşına" tərbiyə üsulları tətbiq edən valideynlər də az deyil. Nəticədə elə bir vəziyyət yaranır ki, "qaş düzəltdikləri yerdə vurub gözü də çıxarırlar". Bu cür xoşagəlməz halların və yanlış tərbiyə üsullarının qarşısını almaq və düzəltmək üçün nə etmək lazımdır?

Aşağıda sayt istifadəçilərimiz üçün valideynlərin qarşılaşdığı bir neçə nümunə problem yazacam. Həmin problemlərə gələn şərhlərə əsasən mövzunu maarifləndirmə məqsədilə davam edəcəyik.

Ana və ataların qarşılaşdıqları problemlər:

1. Üç yaşındakı uşağınız istədiyini etmədikdə sizi vurur. Onu danlamağı və hətta döyməyi yoxladınız, amma davranışı yaxşılaşmaq əvəzinə daha da pisləşdi.

2. On yaşındakı qızınızdan sadə bir iş görməsini istədiyinizdə sizə verdiyi cavaba kədərlənir və əsəbləşirsiniz. Ana-ataya bu cür kobud cavab verməyin nə qədər pis davranış olduğunu ona izah etməyə çalışdığınızda ağzını-burnunu bükərək sizi ələ salır.

3. Həftə sonu 12 yaşındakı uşağınızla 8 yaşındakı uşağınız səhər TV izləyərkən dalaşmağa başlayırlar. Buna son qoymalarını təkrar-təkrar söyləsəniz də, dinləmirlər və siz bu durumda aciz qalırsınız.

4. Beş yaşındakı uşağınız əsəb tutmalarına yaxalanmışdır. Qonaq getdiyiniz dostlarınızın evində belə əsəb tutmaları nümayiş etdirir. Onun bu davranışlarına görə ətrafınızdakılardan üzr istəməkdən yorulmusunuz. Bu səbəbdən özünüzü çarəsiz hiss edirsiniz.

Qeyd: Milli xüsusiyyətlərimizə uyğun olaraq xəbəri oxuduqdan sonra ağlınıza gələn ilk fikir bu ola bilər ki: "Uşaq nə karədir ki, bu cür davransın, onun canını alaram" - deyə bilərsiz. Ancaq unutmayaq ki, müasir dövrümüzdə, valideynlərin ailəni dolandırmaq üçün iş, karyera düşünmələri övladlara lazımi zaman ayırmalarına mane olur və onlarla doğru rəftar üsullarını oxuyub öyrənməyə də macal tapmırlar. Övladlarınızla bağlı yaşadığınız problemləri şərhlərdə bildirin, əlimizdən gələn köməyi edək.

Linn Klark "SOS! Ana-atalara kömək"

Tərcümə: Ceylan Mumoglu


Şərhlər: 12
Baxılıb: 534
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Melissa
cetindi
14 iyul 2015 17:43
# 12
aliceWOnDer
Cox cetindi usaga baxmaq...
14 iyul 2015 14:56
# 11
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
vipbetul
heyqetende indiki usaqlar cox inadkardir isdediklerini hokmen aldirmali eletdirmelidirler
14 iyul 2015 13:35
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
masha
bizim problemimiz men ogluma ne deyiremse ancaq oooooffffff sozu esidirem hetda xos deyende o sozu deyir.\oglum yemek vaxtidi -ooooffff,oglum yatmaq vaxtidi - ooofff,və s\
14 iyul 2015 09:52
# 9
Dosta_inam
Cox sukur heleki menim qizlarim istediyim terbiyede gedir, arada oz aralarinda dalasirlar, sonra cox cekmir barisirlar, tesekkur.

Cox sukur heleki menim qizlarim istediyim terbiyede gedir, arada oz aralarinda dalasirlar, sonra cox cekmir barisirlar, tesekkur.
14 iyul 2015 05:36
# 8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
aziz a
De mek olarki, menimde yasadigim bir problemdi bu..qizim 7 yasinim icindedi, olurki sozume baxmir, sakit dilnende, esebi halda da hetta vurmaq derecesine catacaq bir halda da ba sa salamaq istemisemsede netice yaxsi alinmayib, alinibsa da ozumun esebi, evdekilerin qanqaracilugina, usagin ozunun aglamasi bahasina basa gelib..Tebii ki, men ilk once sakit dilde basa salmaga calisiram, ama tessuf ki, usaq menim bu cagirisima hemin o sakit dilde cagirdigim an cavab vermir, hansiki men ses tonumu artirim, qisqirim, yaxud guya onu vuracagammis kimi ayaga qalxim ondada oda aglaya aglaya menim dediyimi edecek..netice ise belli:qanqaracilig, pesmanliq, ehval ruhiyye sifir..
Yani men fikrimi cox yaza bilerem,, tebiiki, amma mence fikrimi aydin izah ede bildimm.onceden tesekkurler.
14 iyul 2015 05:07
# 7
Qelbim doludu !!!!
Nergız33
Menim uşaqlarım bir biri ile yola gedmirler nece edim ki onlar mehriban olsun
14 iyul 2015 03:50
# 6
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
xeyalperest
O 3 yaşli uşaq bizde qohumda da var cox maraqlidi onu nece terbiyelendirmek olar.amma bunun cvb yazilmayib tesuf
14 iyul 2015 02:50
# 5
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Canavar sevgisi
Tek bildiyim wey var tekce uwagi deyil hec kimi vurmaq olmaz .bu sinirlere cox pis tesir edir. Xususen uze vurmaq dahada pis ve tehlukelidir
13 iyul 2015 23:28
# 4
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
guler19
Uşaqlar etiraz etsələrdə sözə qulaq asmasalarda onların, uyğun gələ biləcəkləri və gündəlik həyat axışlarını tənzimləmələrinə köməkçi olacaq qaydalara çox ehtiyacları vardır.Ana atalar bu baxımdan uşaqlarına nümunə olmalı və həyatdakı davranışlarıyla uşaqlara necə doğru davranılacağını göstərməlidir. Valideynlər dəqiq qaydalar qoymazsa, uşaqlar etibarsızlaşar və ümumiyyətlə istədikləri olmadığında hirsli davranışlarla reaksiya verər.Hirsli davranışlar olan uşaqlara sevgi dolu bir kömək təqdim edə bilmək üçün, ana ataların hər iki tərəfin də uyğun gələ biləcəyi və uyğun gəlmək məcburiyyətində olduğu, qəti qaydalar qoyması lazımdır.
13 iyul 2015 23:18
# 3
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
yaz_yamuru
Usaqlari doyerek ve ya tehqir ederek terbiyelendirmeyin terefdari deylem) eger usaq her hansi yaxsi olmuyan hereketi edirse bu usagin deyil valideynlerin sehvleridi
13 iyul 2015 23:07
# 2
BARBI
Her zaman usaqlarla xos dille danismaq reftar etmek lazimdir.
13 iyul 2015 23:01
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz