Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
O dəhşətli xəbəri gətirən uşağa...
O dəhşətli xəbəri gətirən uşağa...
Göndərən: Qlamurr
Şərhlər: 17
Baxılıb: 775
Səs ver:
Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu, həkim-psixiatr Orxan Fərəclinin məqaləsini təqdim edir. Məqalədə cinsi istismara məruz qalan uşaqların psixoloji durumu təsvir olunub, eləcə də övladlarını cinsi təcavüzdən qorumaq üçün bəzi valideynlərə tövsiyələr verilib.

Təxminən 2 il əvvəl bölgələrin birində yaşayan 28 yaşlı xanımın müraciətini heç unutmuram. Xanım 10 ildən çoxdur davam edən isterik tutmalardan şikayətlənirdi. Bilməyənlər üçün xatırladım ki, isterik (konversion) tutmalar zamanı qıcolmalar, bayılmalar, özündən getmə halları, bəzən isə epilepsiyalı xəstəni xatırladacaq "dil qatlanması” yaşanır. Epilepsiyadan fərqli olaraq, isterik tutma zamanı şəxsin huşu aydın olur, ətrafda olan-bitən hər şeyi eşitsə də, cavablandıra bilmir və epilepsiya xəstəliyində olduğu kimi, beyində heç bir patoloji ocaq aşkar olunmur. Terapevtik görüşlərin birində xanım pasiyent həyatını dəyişdirəcək psixi travmaları anlatmağa başladı.

İlk dəfə 10 yaşında o vaxt hələ uşaq ağlı ilə anlaya bilmədiyi halla qarşılaşır. Bibisi oğlu dərslərini hazırlamağa kömək edərkən telefonunda ona erotik videolar göstərir, otaqda tək olmalarından istifadə edərək qızcığazın əlindən rahat şəkildə tutaraq cinsi orqanına toxundurur və bunu heç kimə deməməsi barədə xəbərdarlıq edir. Bundan qorxan qız bu məsələdə özünü günahkar hiss edərək, ən doğmalarına belə heç bir şey demir. Yeniyetməlik yaşında isə müəllimlər otağına jurnal gətirmək məqsədilə girdiyində gənc müəllimi tərəfindən zorlanmaya cəhd edilən qız bu dəfə də birtəhər canını xilas edə bilir.

Həmin dövrdən sonra kişilərə qarşı patoloji nifrəti yaranan bu xanım dərin depressiya ilə bərabər, yuxarıda qeyd etdiyimiz kimi, ağır isterik tutmalara da düçar olur.

Düzdür, aparılan uzun müddətli dərman və psixoterapiya nəticəsində həmin xanım yenidən həyata qayıdır, özgüvəni formalaşır. Amma əmin olun ki, Azərbaycanda bu cür qadınların sayı olduqca çoxdur.

Daha çox erkən yaşlarda yaşanan bu cür travmalar uşaqlığın verdiyi saflıq və qorxu səbəbilə heç kimə deyilmir. Bəzən də adi qarşılanan bu cür hallar böyüdükcə çox ciddi utanc və qorxu mənbəyinə çevrilir.

Azərbaycan Cinayət Məcəlləsində "zorlama” ifadəsi ilə bərabər "seksual xarakterli hərəkətlər” ifadəsi də vardır. Hüquqda bu əməllərin törədilməsinə görə nəzərdə tutulan cəzalar fərqli olsa da, insan psixikasına vurduğu zərər eynidir.

Cinsi istismara məruz qalmış uşaqların ilkin müayinəsində əksər hallarda bir problem aşkarlanmasa da, sonrakı 1 il ərzində və yaxın gələcəkdə problemlər baş qaldırmağa başlayır. Cinsi istismara məruz qalan insanlar əksər hallarda depressivdirlər, yeni tanış olduqları insanlara qarşı hədsiz güvənsiz olub, aqressiv rəftar edirlər. Oğlan uşaqlarında daha çox narkotik maddə istifadəsi və aqressiv davranış, qızlarda özgüvənsizlik və özünəqəsd (biləkləri kəsmək və sair) halları müşahidə olunur.

Yetkin yaşlarında isə qeyri-ənənəvi cinsi əlaqələrə meyl, həyəcan, qorxu hissi, serial tipli qeyri-müəyyən yuxular görmək, tez-tez dəyişən əhval-ruhiyyə, psixoloji ağrılar, insanlara güvənməmək kimi sosial həyata təsir edən çox ciddi problemlər yaranır.

Övladlarımızı cinsi təcavüzlərdən qorumaq üçün onları bu barədə mütləq məlumatlandırmaq lazımdır:

- Cinsiyyət orqanlarının onların həssas yerləri olduğunu bildirin;

- Tualetdə olarkən və ya paltarlarını soyunarkən kimsə baxırsa, buna icazə verməməsini tapşırın;

- Hər hansı bir şəxs cinsi orqanlarına toxunursa, oyun oynamaq təklif edirsə, bunu mütləq valideynlərinə xəbər etməsini tapşırın;

Əgər uşağınız sizə bu barədə məlumat veribsə, soyuqqanlılığınızı qoruyaraq, onun sözlərini ciddiyə alın. Və bununla bağlı mütləq polisə müraciət edin.

Cinsi təcavüzə məruz qalmış uşaqların həm özləri, həm də valideynləri ciddi reabilitasiya tədbirləri keçməli, uşağın itirilmiş özgüvəni bərpa edilməli, yaranan qorxu, həyəcan hissi peşəkar müdaxilə ilə aradan qaldırılmalıdır.


Şərhlər: 17
Baxılıb: 775
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Mrs.Pianist
Allah uzaq etsin

12 iyul 2015 11:41
# 17
Acısı çox olan qizların guluşu gozel olur.!
Catwoman666
qiz valideynleri hemise bu movzuda cooooooox diqqetli olmalidir!!! indi sapik, kopuk, zir -zibil her yerde doludur
12 iyul 2015 03:00
# 16
"All men must die, but we are not men"

Daenerys Targaryen
lelos
Allah uzaq elesin
10 iyul 2015 14:53
# 15
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
xeyalperest
İyrenclikdi sadece.Allah qorusu
10 iyul 2015 11:27
# 14
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Bebiw
Balaca Vaxti mamam menim
oglanlardan oynamaga qoymurdu Bir vaxti uwaq iidim Qizdar dediler sen gelin ol bu oglanda bey toy edek Mende hecne demedim qanmirdim aci oyun bilirdim Mamam bunu gorende eseblewdi qiwqirdiki olmaz Indi bildimki niye mama meni ohlanlarfan uzaq tutirmuw
10 iyul 2015 10:59
# 13
sowu
Nergizz
hec bilmirem ne yazim,,bele weyler cox olur,,bizim qonwuda uwaqlar coxu oglan idimamam hecvaxt qoymazdi onlarla oynamaga,onlardan nese almaga ya vermeye,,o qeder bizi bawa salirdiki,,indi de beynimde fikrlewremki heqiqeten beledi,mende qizlarimi mamam dedyi kimi edrdim,,ALLAH balalarmizi qorusun,,biz bura teze kocende,oglan oglana tecavuz etmiwdi,qonwular,ele etdiki hemin adam kocdu getdi,,ama bu il ewitdiykitecavuz eden oglan avarya duwub olub,.cox cetindi ister oglan ister qiz,,indi oglan uwaqlarida pis olub gerek oglanida hec gozden qoymayasan,,twkur xeber ucun,,
10 iyul 2015 07:49
# 12
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Dosta_inam
Allah uzaq etsin,Allah qız balalarımızı özü qorusun,bele çirkin emellerden,Amin.
10 iyul 2015 05:54
# 11
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
KRALİCEM
Allah uzaq elwain qizimi goz onumden hecara qoymuram
10 iyul 2015 04:06
# 10
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
aliceWOnDer
Allah uzaq elesin, qorxdum..
10 iyul 2015 03:16
# 9
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
yarpaq33
Men oz uwaqlarima bele weyleri bawa salmiwam hemde qeqiqliyiyle
10 iyul 2015 01:05
# 8
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
MODABAZ
Allah hec kome elr sey gostermesin
10 iyul 2015 00:42
# 7
Heyata daim gulmek lazimdii
ell.nell
Adam oxuduqca öz uşaqlarını az qalır belə iyrenc cemiyyetden tecrid etsin.amma mumkunmu????
10 iyul 2015 00:23
# 6
aziz a
Ay Allah geyatda gor neler nas verir..Ya Rebb sen ozun qoru balalarimizi...
10 iyul 2015 00:07
# 5
Qelbim doludu !!!!
Nur k-off
Allah uzaq etsin
9 iyul 2015 23:59
# 4
SVETA
GünƏşimƏ_AiD_
Allah gostermesin..blle hallarda qiz olduqu uchun qorxuram...
Allah butun qizlarmizi qorusun
9 iyul 2015 23:24
# 3
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
BARBI
usaqlara bu hallari ustu qapali anlatmaq ve qoruma usullarini basa salmaq lazimdir
9 iyul 2015 23:09
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
Allah uzaq elesin ele qohumlardanda muellimlerdende cemiyyetdende
9 iyul 2015 23:07
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz