Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yeniyetmə övladı olan valideynlər, OXUYUN!
Yeniyetmə övladı olan valideynlər, OXUYUN!
Şərhlər: 12
Baxılıb: 846
Səs ver:
Niyə uşaqlar valideyninə "sənə nifrət edirəm!” deyir?

Frances E.Jensen yeniyetmələrin psixologiyası haqqında yeni kitab yazıb. Bu kitab yeniyetmələrin niyə və necə fərqli düşündüyünü izah edib. Eyni zamanda uşaqların ruh halı dəyişikliklərinin onların günahı olmadığını, bunun beyinlə əlaqəli bir hal olduğunu ortaya çıxarıb. Övladınızı ilk dəfə qucağınıza aldığınız andan məktəbə gedənə kimi onun dünyasının mərkəzində olursuz. Yeniyetməlik dövründə yaşanan bütün dəyişikliklər isə sizdən ayrılıb müstəqilliyə atıldığı andan başlayır. Kitabda valideyn olaraq övladınıza bu keşməkeşli dövründə necə dəstək ola biləcəyinizlə bağlı tövsiyələr də verilib.  Onu şirin, sevimli uşaqdan mağara canavarına çevirən nədir? Ən əsas dəyişiklik testesteron, progesteron və esterogen hormonları ilə bağlı olur. Oğlanlarda üzün tüklənməsi, səsin kobudlaşması, qızlarda döşlərin böyüməsi və menstruasiyanın başlaması ilə biruzə verən bir haldır. Yeniyetmələr bu hormonlarla yeni tanış olur və bunlar beynin emosional bölməsi olan limbik sistemində daha da aktiv olur. Valideynlər övladının hər hərəkətinə reaksiya vermədən əvvəl 10-a kimi saymalıdır. Niyə bütün gecə oyaq qalıb gündüzlər yatırlar? Səbəbi bizə "artıq yatmaq vaxtıdır” siqnalını göndərən melatonin hormonunun bu siqnalı yeniyetmə beyinlərinə iki saat gec ötürməsidir. Gündüzlər məktəbə getmək vaxtında isə melatonin ifrazı hələ də davam etdiyindən oyanmaq çətinləşir. Yeniyetmələrin bu yaşda çox az yatması uşaq cinayətləri, depressiya, öyrənmə çətinliyi, yüksək təzyiq, piylənmə və ürək xəstəliklərinə səbəb olur. Valideyn olaraq gecə yatmadan 2 saat əvvəl televizor, kompüter, telefona qadağa qoyun. Beyni yoran fiziki işlərlə məşğul etdirin, qızartma yemək, şirniyyat və kofein qəbulunu azaldın.  Niyə onlar bu cür axmaq şeylər etməyə məcburdur? Dərsdən qaçmaq, mənasız şəkillərini internetdə paylaşmaq yeniyetmənin axmaq davranışlarındandır. Müəllifin fikrincə, bu hərəkətlər övladların valideynlərindən ayrılıb müstəqil həyat yaşamaq çabalarıdır. Çünki yeniyetmələrdə yanlış hərəkətlərə görə məsuliyyət hissini dərk edən beyin bölməsi hələ tam formalaşmayıb və davranışlarının nə ilə nəticələnəcəyini və ya səhv olduğunu anlamaqda çətinlik çəkirlər. Nəyin nə olduğunu və nəyə icazə verilmədiyini ona xatırladın.  Onlar niyə unutqandır? Yeniyetmələrin 20 yaşı tamam olana kimi yaddaşı idarə edən beyin bölməsi inkişafını tam bitirmiş olmur. Buna görə unutqan olan yeniyetmələr hər işlərində valideynlərinə güvənirlər. Nəyisə edəndə siz də ona kömək edin. Bununla da eyni hərəkəti növbəti dəfə necə etməli olduğunu unutmayacaq. Məktəbə gedərkən, ya evdən çıxarkən nə etməli olduğunun siyahısını tutub ona verin. Bu yolla işlərini sizin köməyiniz olmadan etməyi öyrənəcək. Smart telefonlar onlara ziyandırmı? Yeniyetmə olsalar da, kompüter, planşet, smart telefonların istifadəsini qəbul etmirsiz. Onların bu yaşdakı məcburi ehtiyacı iki formada (davranış və biokimyəvi şəkildə) özünü göstərən digital əlaqədə olmaqdır. Yetkinlərin seks, içki, narkotik maddədən aldığı dopamin zövqünü yeniyetmələr smart telefonlarına gələn mesaj, zəngdən alır. Ancaq oyun asılılığı onlarda qərar vermə bacarığı və öyrənmə keyfiyyətinə zərər verir. Yaşanan depressiya, zəif akademik göstərici və bacarıqsızlıq "online”da keçirilən vaxtla əlaqələndirilir. Yeniyetmələr virtual zamanda keçirdiyi vaxta limit qoymağı mümkünsüz hesab edir. Siz bir valideyn olaraq buna məhdudiyyət qoyub, bir, ya iki saat vaxt təyin edin. Daha çox real aləmlə ünsiyyətdə olması üçün bir şeylər etməyi tapşırın. Yeniyetməlik imtahanlar üçün ən yaxşı vaxtdır? Sinif yoldaşları ilə mübahisə, hər səhər yataqdan qalxmaq əzabı, uşaqlıqdan məhrum edilmə hissi də üstünə gəlincə çətin dövr olaraq xarakterizə edilən yeniyetməlik, imtahanlarda uğur qazanmaq üçün ən uyğun dövr hesab olunur. Yeniyetmənin beyni səmərəliliyi ilə fərqlənir. Xatirələr yaddaşa daha asan həkk olunur və uzun müddət qalır. Dil öyrənmək və hansısa alətdə çalmağı öyrənməyin bundan yaxşı vaxtı yoxdur. Ancaq acı haldır ki , təhsil bu vaxtı yeniyetmə həyatında ən əhəmiyyətsiz yerdə durur. Valideyn olaraq evdə dərsini hazırlaya bilmək üçün məkan hazırlayın. Dərsini öyrənib təkrarlamasına nəzarət edin. Axşam erkəndən dərslərini hazırlayıb gecə biliklərini möhkəmləndirmək üçün vaxtında yatmasına çalışın.  Niyə seçilmiş hiss edirlər? Müəllimlərinin onları nümunə gətirməsi, ədalətli olmayan valideynlər, onları tərk edən qondarma dostlar yeniyetməyə özünü "seçilmiş, təcrid olunmuş” hiss etdirir. Çünki bu yaşda onların həyatını idarə edən emosional qaydalar və məsuliyyət hansısa səbəblə deyil, hisslərlə idarə olunur. Yaşanan neqativ hisslər "tetrahidro” hormonu ilə əlaqədardır və "əsəbi pələng” kimi davranmasına səbəb olur. Uşağınızda baş verən dəyişiklikləri (depressiya, yemək yeməmə kimi) nəzarətdə saxlayın. Həmişə onun yanında olub dinləyin. Qız və oğlanlar fərqlidirmi? Yeniyetmə qızlar həyatında baş verənlərə dramatik şərh versələr də, oğlanlar monosillabik həyat yaşamağa çalışırlar. Səbəb isə qızların yalnız şifahi deyil, həm də yazı və oxuda oğlanlardan üstün olmasıdır. Oğlunuz bir işi bacarmırsa, onu rəfiqənizin qızı ilə müqayisə etməyin. Unutmayın ki, qız və oğlanlar bu yaşda fərqli olurlar. Əgər onlar da "palaza bürün, ellə sürün” məsəlinə əməl edərək yanlış davranışlar edər, sizdən gizli siqaret çəkər, içki içərsə, sərhədlər seçin və cəzalar tətbiq edin. Elektron cihazlarını müsadirə edin. Onlar nə zaman böyüyəcək? Yenidən sizi qucaqlayan, sevimli övladınız kimi davranması üçün darıxmısız? Bir neçə ildən sonra bu münasibətlər yenidən geri qayıdacaq. Möhkəm və səbrli olun.


Şərhlər: 12
Baxılıb: 846
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Little girl
Sitat: GünƏşimƏ_AiD_
Sitat: Little girl (Humka1)

Tebiki canim hamida stres var men korpelikden ele hecde uz achan yerde boyumemishem.amma her shey ozumuzden baglidi.hemde insan guclu olmalidi bu heyatda zeif oldunsa seni yeyecek.sovuracaq.ugurlar insaAllah yaxshi olar.yeniyetmelik siltaqlimizdi gozel zamanlardi)
Sitat: Catwoman666

sen hecde sen delisen yeniyetmeliyinde ele delicesine kecir)))

Çox sağ ol,canım.Düz deyirsən.İnşallah yaxşı olar.
29 avqust 2015 10:13
# 12
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
vipbetul
valideyinden cox sey aslidir esasende yeniyetme olduqda usaqlara diqqet etmek vagibdir
28 avqust 2015 19:39
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
meni_gozle
belə bir söz demək valideynə bu əslində yeniyetmənin-insanın xrarkterindən və yaşadıqlarından asılıdır
28 avqust 2015 10:37
# 10
GünƏşimƏ_AiD_
Sitat: Little girl (Humka1)

Tebiki canim hamida stres var men korpelikden ele hecde uz achan yerde boyumemishem.amma her shey ozumuzden baglidi.hemde insan guclu olmalidi bu heyatda zeif oldunsa seni yeyecek.sovuracaq.ugurlar insaAllah yaxshi olar.yeniyetmelik siltaqlimizdi gozel zamanlardi)
Sitat: Catwoman666

sen hecde sen delisen yeniyetmeliyinde ele delicesine kecir)))
28 avqust 2015 04:32
# 9
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Meleknur
Az qalib bitmeyine yeniyetmelik dovrumun amma valideynlerime size nifret edirem dememiwem dee bilmerem olerem men :(( o sozu desem cox pis olaram amma eseb gerginlik kompleksli stressli aqressiv ozume qapanig davakar biriyem amma durdug yere de dava cixarmiram yeni sozumu deyirem
28 avqust 2015 02:43
# 8
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Mrs.Pianist
Hal hazirda yeniyetmelik dovrundeyem.Mende sadece geceler gec yatiram gunduz gec dururam bu olur hee birde tez eseblesirem baska hecne.Aileme hec vaxt size nifret edirem dememisem nede olerem demerem.Axi omlar menim canlarimdii.Qardasim ustume cox gelir bunuda deyim ozunu n19 yasi var menim yasda olanda dehset olub indi mene iliwir) anamda deyir sen kime deyirsen? Yas dovrudu ilisme qiza.) Yeni pis kecirtmirem amma 'heleki'
28 avqust 2015 01:15
# 7
Acısı çox olan qizların guluşu gozel olur.!
BARBI
Menim de yeniyetmelik dovrum deli dolu kecib. Ele mehz bu dovrde usaga diqqet yetirmek onu islemek lazimdir. Pis verdislerden pis dostlardan uzaq tutmaq mutleqdir
27 avqust 2015 23:58
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Little girl
Hələ də yeniyetməlik dövründəyəm və çox bərbad keçirirəm.Gün ərzində bəlkə 20 dəfə əsəbiləşirəm.Hətta bəlkə də ürəyimdə də problem var.Bu qədər hikkəyə,əsəbə nə dözər ki?!Yenə əsəbləşib unutsan nə var ki?!Əsəbləşəndən ən az 2 saat sonraya qədər yenə deyinib əsəbləşirəm.Son 1-2 aydır ki,vapşe dəhşət olmuşam.Özüm özümü tanıya bilmirəm.Sanki o insan deyiləm.
Sitat: GünƏşimƏ_AiD_
mende yeniyetme olmusham hetda indiyene qederde eleyem 17 yashim var amma bir defede nifret sozzun aqizma almamaishamee.men nifret sozu menim soz leksikalogiyamda cox boyuk sozdu..gor ne derecede berbad bir shey olmalidii en ona nifret edim..men deye bileremki beyenmirem xoshlanmiram.hele hele valdeyinime(baxmiyaraqkki menim ushaqliqim yeniyetmelik dovrum hecde xosh acan sheyler olmuyub)dememishemki size nifret edirem.

Mən də elə deyirdim,amma,son 1-2 ayda bir neçə dəfə demişəm.Əslində problemlərim var.Onun üçün beləyəm.Stresə düşmüşəm.Stresin səbəbini isə malesef bilsəm də,həll edə bilmirəm.Məncə həll edə bilməyəcəm də.Heç düşmanıma da mənim vəziyyətimə düşməsini arzulamıram.Yalnız Allaha dua edendə,ona dərdlərimi deyəndə rahatlaşıram.Mənim tək ümidim Allahadır.

Özüm əsəbi insanam,amma,bu yeniyetməlik,plus da problemlər vapşe dəli edir məni.Stres olmasaydı heç vecimə də almazdım.İnşallah Allah dualarımı qəbul edər də yaxşı olaram.
27 avqust 2015 23:56
# 5
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
Bebiw
Sitat: Catwoman666
Sitat: GünƏşimƏ_AiD_
mende yeniyetme olmusham hetda indiyene qederde eleyem 17 yashim var amma bir defede nifret sozzun aqizma almamaishamee.men nifret sozu menim soz leksikalogiyamda cox boyuk sozdu..gor ne derecede berbad bir shey olmalidii en ona nifret edim..men deye bileremki beyenmirem xoshlanmiram.hele hele valdeyinime(baxmiyaraqkki menim ushaqliqim yeniyetmelik dovrum hecde xosh acan sheyler olmuyub)dememishemki size nifret edire
m.

hami yeniyetme olub jale 23
amma men her an her deqiqe her kese ve yer sheye nifret etdiyimi deyirem! en sevimli sozumdur "nifret".

nccc olmaz 666 nifret sozu Iwleden insani Allah xowlamir ve onu bendesi kimi saymir meslehetim o sozu cox iwdetme baci kimi
27 avqust 2015 23:46
# 4
sowu
Catwoman666
Sitat: GünƏşimƏ_AiD_
mende yeniyetme olmusham hetda indiyene qederde eleyem 17 yashim var amma bir defede nifret sozzun aqizma almamaishamee.men nifret sozu menim soz leksikalogiyamda cox boyuk sozdu..gor ne derecede berbad bir shey olmalidii en ona nifret edim..men deye bileremki beyenmirem xoshlanmiram.hele hele valdeyinime(baxmiyaraqkki menim ushaqliqim yeniyetmelik dovrum hecde xosh acan sheyler olmuyub)dememishemki size nifret edire
m.

hami yeniyetme olub jale 23
amma men her an her deqiqe her kese ve yer sheye nifret etdiyimi deyirem! en sevimli sozumdur "nifret".
27 avqust 2015 23:18
# 3
"All men must die, but we are not men"

Daenerys Targaryen
yarpaq33
Yeniyetmelik dovru uwaqlarin heyatinda cox cetin bir donemdi cox esebi olurlar
27 avqust 2015 23:12
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
GünƏşimƏ_AiD_
mende yeniyetme olmusham hetda indiyene qederde eleyem 17 yashim var amma bir defede nifret sozzun aqizma almamaishamee.men nifret sozu menim soz leksikalogiyamda cox boyuk sozdu..gor ne derecede berbad bir shey olmalidii en ona nifret edim..men deye bileremki beyenmirem xoshlanmiram.hele hele valdeyinime(baxmiyaraqkki menim ushaqliqim yeniyetmelik dovrum hecde xosh acan sheyler olmuyub)dememishemki size nifret edirem.
27 avqust 2015 23:10
# 1
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz