Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ana və qız arasında konflikt: necə davranmalı?
Ana və qız arasında konflikt: necə davranmalı?
Göndərən: Narınc Rüstəmova
Şərhlər: 21
Baxılıb: 2186
Səs ver:
Təəssüf ki, çox ailələrdə ana və qız arasında münasibətlər düzgün qurulmur. Mənim fikrimcə, bunun ən əsas səbəblərindən biri hər iki tərəfin bir-birinin mövqeyini başa düşməməsidir.

Ana düşünür ki, onun çox böyuk həyat təcrübəsi vardır və qızına nə lazım olduğunu o, daha yaxşı bilir. Qız isə kifayət qədər boyüdüyünü və necə hərəkət edəcəyini hamıdan yaxşı bildiyini düşünür.

O ailələrdə ki, ana qızının hər atdığı addımı onunla məsləhətləşmək məcburiyyətində olmadığını başa düşür, qız isə ananın narahatçılıq keçirdiyini və onun üçün hər şeyin ən yaxşısını istədiyini anlayır.

Ananın məsləhətlərinə qulaq asmaq lazım olduğuna inanır, bu ailədə qarşılıqlı anlaşmanın olduğunu iddia etmək mümkündür. Elə çalışmaq lazımdır ki, münasibətlərin bu cür qurulması təmin edilsin.

Ailədə ana və qız arasında baş verən münaqişələrin ən geniş yayılmış səbəbləri aşağıdakılardır:

— Ana daim kömək etmək istəyir

Qız isə hər şeyi ozü bacaracağını düşünür. Bu, tez-tez qarşılaşdıgımız bir vəziyyətdir. Ana niyə belə edir? Təbii ki, xoş niyyətlə. Ana qızını bir sıra qayğılardan azad etmək,  həmişə xeyirxah və ehtiyac olunan şəxs kimi olmaq istəyir. İcazə verin, o, bunu etsin və sonra təşəkkür etməyi unutmayın. Onda siz ananızın necə sevindiyini görəcəksiniz, məgər siz elə bunu istəmirsiz?

Analar isə düşünməlidilər ki, qızlarına məxsus bütün qayğıları öz üzərlərinə götürməməli, onların da bu işlərin öhdəsindən gəlmələrinə şərait yaratmalı və sərbəstlik verməlıdırlər.

— Ana hər zaman nəyin daha yaxşı olduğunu bilir

Qızları artıq böyüsə də, onları daima öyrətməyə çalışırlar. Əslində, bu, çox normaldır. Valideyn üçün övladları həmişə uşaq olaraq qalır. Ona görə də qıcıqlanmaq yox, ananın məsləhətlərinə qulaq asmaq və necə düzgün sayırsansa, elə də hərəkət etmək lazımdır. Onu yadda saxlayın ki, analar pis məsləhət verə bilməz.

Anaların isə narahatlığına ehtiyac yoxdur, çünki onların qızları uşaqlıqda necə tərbiyə alıblarsa, özlərini elə də aparacaqlar və hər şey yaxşı olacaq.

— Ana öz qızına aşırı dərəcədə qayğı göstərir

Yeniyetmə qızlar analarına davranışları ilə göstərməlidilər ki, artıq bu cür qayğıya ehtiyacları yoxdur. Qızlar bunu analarına dəstək olmaqla, kömək etməklə sübut edə bilərlər. Çünki ana başa düşdükdə ki, qızı nəinki özünün, hətta onun da qayğısını çəkməyi bacarır, o, bu qayğını böyük məmnuniyyətlə qəbul edib sevinəcəkdir.

Anaya isə o qalır ki, ağıllı və özünü sərbəst idarə edən yeniyetmə qızı ilə qürur duyaraq, qayğısını artıq ona yox, digər ehtiyac duyulan başqa istiqamətlərə yönəltsin.

— Ana münaqişənin yaranmasına təhrik edir

Əgər siz görsəz ki, ananız sizi başa düşmək istəmir, qulaq asmır, belə hallarda ən yaxşısı söhbəti dayandırmaqdır. Ara sakitləşdikdən sonra uyğun bir vaxt tapıb söhbəti davam etdirmək lazımdır. Sizin sakitləşmənizə isə qarşınızdakının sizin ananız olduğunu və ondan doğma sizə heç kəsin olmadığını dərk etmək kömək edəcəkdir. Əslində ana da daima sizin əzab-əziyyətlərinizə dözmüş, ancaq sevgi və müdrikliyi bu hissləri biruzə verməyə qoymamışdır. Ana həyatda yeganə varlıqdır ki, qızının hər bir elədiyi hərəkətdə ona dayaq dura bilər, çünki sən onun övladısan və o, səni sonsuz məhəbbətlə sevir.

Bütün analara sadəcə onu dərk etmək qalır ki, artıq onların qizlarının həyat təcrübəsi var və onlar sərbəst insanlardır. Məgər siz onları tərbiyə etməklə elə buna nail olmaq istəmirdinizmi?

Əgər qızınızla münaqişə yaranmasını istəmirsizsə, daim onunla yaxın olmalı, tək ana yox, həm də rəfiqə olmalısınız. Yaddan cıxarmayın ki, qızlar həmişə anadan nümünə götürürlər. Müdriklər demişlər ki, kiməsə nəsə vermək istəyirsənsə, o, səndə olmalıdır. Ona görə qızınızın xoşbəxt olmasını istəyirsinizsə, birinci növbədə özünüz xoşbəxt olmalısınız. Belə halda qızınız da hər zaman xoşbəxt olmağa çalışacaq. Çünki uşaqlar valideynlərin güzgüsüdür. Valideynlərin uşaqlara məsləhət verməkdən çox öz müsbət hərəkətləri ilə nümünə olması daha lazımlıdır.

"Narınc” Uşaq Psixologiya Mərkəzinin klinik psixoloqu Gültəkin Qurbanova


Şərhlər: 21
Baxılıb: 2186
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
yaz_yamuru
Allah bütün analari qorusun hec bir ana övladinin pisliyini istemez ele ona göre de her atdigimiz addimda bize kömek etmek isteyirler ki ziyan görmeyek
13 aprel 2015 18:55
# 21
sona
Anama qurban olum. Allah menim omrumnen kesib anama versin inweAllah. Her weyde meslehet verib hemiwe yaxin olub mene destek olub mene. Canimdi o menim
13 aprel 2015 00:24
# 20
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
aziz a
Mamami cox cox isteyirem, amma tam ozumle sexsi lap sexsi sozlerimi mamama demeye utanmisam..ananin ana yeri var...nebilim men bele dusunurem.
12 aprel 2015 22:05
# 19
Qelbim doludu !!!!
ayan97
Anam menim her seyimdir . Evveler acig deyildim.amma daha ele deylem. Duzdu perdeni aradan qaldirmirwm amma ne basima gelir deyrem. Duzgun meslehet o verir mend...
12 aprel 2015 22:04
# 18
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
cinqosh
Heyatda ozumden cox anama guvenirem.ela movzudu.tesekkurler.
12 aprel 2015 21:56
# 17
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
tek umidim sen
Bacardıqca hər şeyi anama deyiram. Amma elə şeylər olurki demək olmur... -_-
12 aprel 2015 21:07
# 16
Kadın derin ama adam yüzme bilmiyor...
Melisa
Bacimda var. Amma bacimdan çox anamla yaxınam.
12 aprel 2015 20:54
# 15
Qlamurr
Hər bir qızın rəfiqəsi,sirdaşı anası olmalıdır,ana da yeri gələndə qızının üstünə çox getməməli,anlayış göstərməlidir,nəyisə başa salacaqsada məcburiyyətlə deyil,nəvazişlə,sevgi ilə etməlidir,ən çox problem yeniyetmələrdə olur,odur ki,bu məqamda ana səbirli davranmalıdır))qaldı mənə anam hər şeyimdi,sirdaşımdı,ən əsası bizi anamızdan çox heç kim istəmir odur ki,onları dinləməkdə fayda var.
12 aprel 2015 19:30
# 14
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Fialka
Maraqlı mövzudu, ana qız münasibətləri hər ailədə bir cür qurulub , mənlə anam arasında münasibətlər çox normaldı, bir - birimizlə məsləhətləşirik hansısa mübahisəli durumlarda, mənim sirdaşım, dostum bu dünyada bir tək ona kaprizlərim olur)) o da bilir ki, tək ona beləyəm, məni anlayanımdı və fikir ayrılıqları da olur əlbətdə oda olanda isə söhbət edib məsələni həll edirik)) Allah valideynlərimizi bizə çox görməsin onlara sağlam uzun ömürlər versin amin.
12 aprel 2015 18:39
# 13
Zeynep_Fatih
Menim en yaxin dostum anamdir.Anam hemiwe deyir ki,sirrini menden bawqasina hec vaxt deme.Her zaman nese olanda DA anama deyirem.Allah butun analari qorusun menim anam DA onlarin icinde)
12 aprel 2015 18:27
# 12
emis
ana ve qizin cox yaxin olmasinnan xosum gelmir. men mamami opende ayda ilde bir defe opende mama deyir ki ne isteyirsen sen meni bosuna opmezsen))) ele ana ve qiz taniyram ki aralarinda perde qalmayib utanmaq deyilen birsey ama men tanidiqlarim iki yasid kimi bir sohbetler edirler ki men oz ozume utaniram ki anaynan bele sohbet danismaq mi olar men pis baxiram..belkede men mamamnan yaxin deyilem deye mene xos gelmir yaxinliq men heckimle danismiram ele hemise ureyimde saxlayiram ozumle bolusurem ele icimi sixan seyler olur ki hec onu en yaxin dostuma bele demirem. tesekkurler
12 aprel 2015 17:51
# 11
Dosta_inam
anamla aram yaxşidir onu yatadana ma gönderene şükün ha çaşdim deyesen,ama indi çox darixiram onun üçün,Allah bütün analari var etsin,Anasina bax qizini al deyirler.ana qizina her sahede dost olmalidir mence.
12 aprel 2015 17:38
# 10
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
aliceWOnDer
Ana ilə qız dost olmalıdı, amma elə analar var ki, qızı ilə maraqlanmır, nə tərbiyəsi ilə , nə də ki, təsili ilə.. Mənim ətrafımda bəzi qızlar var ki, anası ondan xəbəri oxdu qız istədiyin edir ananın xəbəri yoxdu..Qız anasından başqa hec kimə sirrin deməz..
Təşəkkurlər
12 aprel 2015 17:05
# 9
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Nergizz
ana ile qiz arasinda perde olmamalidi,yeni qizla ana ne qeder yaxin olarsa o qeder yaxwi olar,qizlarimla hem dost,hem boyuk kicik,hemde bir psixoloq kimi davranram ama geyim aliw veriwile onlarin zovqunde aliram,ne yaxwi qizlarim var.herkese qiz ovladi nesib etsin,qiz olmayan analari elebilrem yetim uwaq kimi olar,twk xeber ucun
12 aprel 2015 16:59
# 8
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
qanadli melek
Anamla dostuq birden deyrem biz ana bala yox padruqayiq cunki herweyi deyirem daniwiram anama
12 aprel 2015 16:54
# 7
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Menim balam
Qızım yoxdur 09 ama ele istiyirem qızım olsun ! Inşallah qismet olar.
Ana ve qız arasında perde olmalıdır. Menim özümden böyük bacılarım olduğuna göre anamla açiq olmamışam indi de eleyem.
12 aprel 2015 16:50
# 6
Nur k-off
Menim en yaxin dostum Anamdir cunki xainliyimi cekmeyen yegane dostumdur
12 aprel 2015 16:50
# 5
SVETA
vipbetul
ana qizina meslehetlerinide vermelidi hemde qizini ozgurde buraxmalidiki qizda fikir yurude bilsin dushunce sahibi olubda ozunu tekmillesdirsin
12 aprel 2015 16:49
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Tomris Müslümova
oyy mamami opmekden day onu temiz bezdirmisem...aram eladi 07
12 aprel 2015 16:48
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Nezka
Anamla aram yaxşıdı arada zarafarlaşıb adınnan da çağırıram
12 aprel 2015 16:46
# 2
İçimi görsən mənə aptek alarsan.
BARBI
Anamla aramdaki konfilkt cox yaxsidir her zaman yaxsiyi pisi oyredir . Qizin pis xasiyyet olmasinda ananin cox gunahi var. qiz var 25 yasi di hec ne is bilmir ana oyretmir bunda gunah anadadir.
12 aprel 2015 16:34
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz