Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqları sevirikmi?
Uşaqları sevirikmi?
Şərhlər: 9
Baxılıb: 499
Səs ver:
Hər bir valideyn üçün onun öz canından bir parça dünyanın ən qiymətlisidir. Övladına sonsuz sevgi bəsləyən hər bir ana-ata qarşılıq gözləmədən onları sevgi ilə böyüdür, sevgi ilə bəsləyir. Başqa uşağa olan sevgi və qayğı öz körpəmizə bəxş etdiyimiz və ya edə biləcəyimiz sevgi və qayğıdan fərqlənir. Düzdür elə valideyn vardır ki, övladına lazımı sevgini göstərmir və uşaq bu sevgiyə ehtiyac içində böyüyür. Qəlbinin hansısa bir hissəsində o ehtiyacın doldurulmasını gözləyir. Övlad sevgisi mövzusunda bir çox psixoloqların yazılarını oxusam da, həmfikir sahibini tapmaq olduqca qəliz olmuşdu. Ta ki, uşaq təlim-tərbiyəçisi Şahnaz Arasın yazıları ilə tanış olanadək. Məhz bu xəbərimdə sizə Şahnaz Arasın övlad sevgisi ilə bağlı olan düşüncələrini təqdim edirəm.
 Övladımıza sevgimizi ifadə formalarımız hansılardır? Başqalarının uşaqlarını sevsək də, öz uşağımız qədər sevmirik? Öz uşağımızın fiziki quruluşu daha gözəl olmasa da, onu daha çox sevərik, nə üçün?

Sevgi…

Sevginin ifadə şəkli...

Sevginin səbəbi?

Sevgi olmasaydı deyə, düşünə bilərikmi? Qəribədir, bəlkə, amma düşünə bilmərik!

Müasir şərtlər «iki könül bir olunca samanlıq seyran olar!» sözünü bəlkə mənasızlaşdırır. Ancaq bu, sevgisiz yaşana biləcəyi mənasına da gəlmir, gələ bilməz. Çünki sevgi ümumilikdə bütün canlılar, xüsusi ilə də biz insanlar üçün hava kimi, su kimidir. Çünki sevgisizlik ağıl gücünün işləməməsi, digər mənada insanın xüsusi mövqeyinin itirilməsidir. Nəhayət, insan dünyada malik  olduğu xüsusi mövqeyi sevərək atdığı addımlarla müvəffəqiyyətə çevirərək və əbədiyyət portretində ölümsüz əsərlərə köçürərək qoruyur. Bir sözlə, sevgi yoxsa, bunların heç birinin mövcudluğu mümkün ola bilməz.

Sevgi, bəli, əgər hər şey sevgi ilə olursa bunların başında da uşaq gəlir, elə deyilmi?

 «Uşaqları sevmirəm, onların varlığına dözə bilmirəm…», - deyə mənfi cümlələrlə özlərini ifadə edənlər belə mütləq həyatlarının bir yerində bir uşağı sevərlər. Çünki onların uşaqları sevməməsi uşaqlardan deyil, özlərinin xüsusi vəziyyətlərindən  qaynaqlanır. Bu xüsusi vəziyyətlərini bir gün bir yerdə bir uşaq mütləq dağıdar və o şəxsə uşaq sevgisinin içində mövcudluğu həqiqətini göstərər. Bu uşaq bəzən küçədə salfet satan olur… Bəzən güllələr altında məsumanə can verən bir şəklin görüntüsündə olur… Bəzən məscidin həyətinə qoyulub gedilən bir qundaqda olur… Bəzən… bəzən... bəzən… amma mütləq həyatın bir yerində bir şəkildə olur.

Bir sözlə, bizlər uşaqları sevərik. Çünki onlar sevginin əsəridirlər.

Təbii olaraq öz uşağımızı hər şeydən və hər kəsdən daha çox sevərik. Çünki onlar bizlərin əbədiyyət portretindəki ən böyük əsərimiz olmağa namizəddirlər. Bunu da isbatlamaq üçün nə lazımdırsa, edərik. İsbatlamaq deyilincə o dəqiqə ağlımıza maddiyatla edilən hərəkətlər gəlir. Ona aldıqlarımız, ona verdiyimiz həyat, imkanlar, onun üçün yaşadığımız yoxsulluqlar, verdiyimiz cəhdlər… Daha doğulmadan aldığımız bahalı uşaq paltarları… uşaq maşınları... oyuncaqlar… illər sonra o körpə yeniyetmə olduqda da «Bahalı firma malları geyinir, geyiminə yetişdirə bilmirik… Nədir bu gənclərdən çəkdiyimiz?», - deyə eşidilən şikayətlər…  

Daha doğulmadan ona bahalı uşaq paltarı alan bizlər onları nə üçün alırdıq? Sevgimizin isbatı üçün! O zaman maddi gücümüz, bəlkə, vardı, bəlkə də, yox. Amma bu gün yetmir. Geyimləri biz almışdıq, indi o istəyir. Aradakı fərq nədir?  Qərarın artıq bizim olmamağı… Bizlər sevgimizin ifadə şəklini maddiyatla ölçdüksə, bir gün onun da bu tərzdə bizdən davamını istəyəcəyi həqiqətini gözləməli  deyildikmi? Unutmayaq, o artıq bizim əbədi portretə qoyduğumuz qələmin ilk izi olan nöqtədən fərqli bir mövqedədir. Özünü inkişaf etdirdi, qələm olma yolunda və artıq bir müddət sonra o da o portretə qələm olaraq bir iz qoymaq üçün. Əlbəttə, bizim qərarlarımızın xaricində qərarları olacaq. Bizim ona işıq olaraq göstərdiyimiz yolu, bəlkə, sözbəsöz təqib edəcək, bəlkə, yetərsiz sayacaq, bəlkə də, o işıq ona çox belə gələcək… amma nəticədə o, artıq ayrı bir şəxsdir. Bizdən də sadəcə sevgimizi və yanında olduğumuzu hiss etdirməyimizi gözləyir. Əlbəttə ki, bizdən alacaq daha çox şeyi var və o bunların fərqində deyil. Bizə düşən onun bu məlumatsızlığını unutmamaq və onu qırmadan, qorxutmadan, incitmədən diqqətli davrana bilməkdir.

- Bəs uşaqlarımızın məktəbdəki mərasimlərdə ən gözəl, ən diqqət çəkici, ən bəyənilən uşaq olması üçün çalışmaq,

- Girdiyi imtahanlarda ən yaxşı nəticə göstərən uşaq olması üçün onu yarış atı kimi hazırlamaq,

- Qatıldığı idman yarışlarında mütləq udmasını gözləmək,… və s… və ilaxır...

Bu nəticələri gözləmək əslində təbii və sevgimizin, ona ən gözəlini yaraşdırdığımızın və onu ən gözəl yerlərdə görmək istəyimizin təzahürüdür və zahirdə pis deyildir. Ancaq təməlinə baxdıqda bizim əsərimiz olan uşağımıza əbədiyyət portretində ən gözəl yeri vermək istəyimizin bizi daha çox xoşbəxt etdiyini görürük. Bu nəticə əldə edildikdə uşağımızın da xoşbəxt olmayacağı mənasını vermir, əlbəttə ki, o da ən az bizim qədər xoşbəxt olur və olacaqdır. Burada bizlərin unutmaması lazım olan vəziyyət; udsa da, uduzsa da, bizlərin ona eyni təbəssüm və sevgi ilə yaxınlaşmalı, onu öpərək təbrik etməliyik. Sevgi bəzən gözlərdən, bəzən ürəkdən hiss edilir… Bu, bəzən kağızdan düzəldilən bir gəmidə… bəzən əllə hörülən adi bir sviterdə… bəzən bir gülümsəmədə… bəzən gözdən axan bir damla yaşdadır…

Bu sətirləri oxuyan hər bir valideynin bu sevgini uşaqlarına bəslədiyindən sübhəm yoxdur. Ancaq bu sevgini uşaqlarımıza göstərmə formamızda yanlışlarımız olmadığı mənasını da vermir, təbii. Lütfən uşaqlarımıza bu saf sevgimizi onlara göstərmə yolu olaraq mübaliğəli vəziyyətlər düşünməyək. Bilək ki, buna gərək yoxdur. Uşaqlar bizlər kimi mürəkkəb deyillər. Dolayısı ilə düşüncələri də, məntiqləri da mürəkkəb deyildir. Bu da onların sadə düşündüyü, sadə hərəkətlərdən xoşlandığı mənasını verir. Özümüzü, sevgimizi isbatlamaq kimi gərəksiz bir yarışa girməyək. Sadəcə seviriksə, bunu söyləməkdən və onları qucaqlamaqdan çəkinməyək…


Şərhlər: 9
Baxılıb: 499
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Mənim əsəsblərimlə oynayan, dəcəllik edən uşaqlara nifrət edirəm! Uşaqlarla aram heç yaxşı deyil.

...666...
18 avqust 2015 19:22
# 9
"All men must die, but we are not men"

Daenerys Targaryen
ALESSANDRA
coooox sevirem cocuklarii love
18 avqust 2015 18:55
# 8
Don't trust anyone ∆
vipbetul
her kesin oz usaqi ozune sirindi her kesde oz usaqini cox isdeyer
18 avqust 2015 13:47
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Usaqlari sevmemek olarmi?
Onlar bizim geleceyimizdir.
Iki qizim var Allah onlari mene cox go4mesin,Allah butun balacalari qorusun Amin Insaallah.
18 avqust 2015 08:29
# 6
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnci
Usagi sevmemek esla bu sozu dile getirmek bele duzgun deyil baladan otru candan keciler 1 az oksursun az qalirsan butun apteki usaga icizdiresen 1az hava souq olsun onu az qalisan ki paltarinin altina salasan adi qəbizlik olsun az qalirsan onun yerine sen gucenesen.seher saat 7de o balaca gozlerini acib sene sirin sirin baxisi var a onu nece sevmemek olar aglayanda hec kime yox ozunu senin ustune honkurtu ile atmasina nece dayanmaq olar ?! Usaq evin neşesidir .
18 avqust 2015 00:29
# 5
Her gulusun arxasında bır keder vardır
WiRiN BaLaM
insan evladını sevməyə bilər heç hər bir valideyin üçün evladı ona dünyada hər şeydən dəyərlidir ...
bir deyim vare Bala baldan şirindir həqiqətəndə belədir bunu valideyin olduqdan sonra daha deqiq anlayr insan )))
18 avqust 2015 00:19
# 4
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Meleknur
Men uwag seven deyildim ama xala olduqdan sonra sevmeye bawladim o da baxir nece uwglari)
17 avqust 2015 23:44
# 3
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
VIP
Uşaglar ananı atanı incitsələrdə,hirsləndirsələrdə biraz azarlı olsun ya əli kəsilsin,valideyinin ürəyi partlayır.
17 avqust 2015 23:19
# 2
Başımın üstündə Allah,yanımda ailəm olsun.
BARBI
Usaqlari sevmeliyik. Onlar bizim geleceyimizdir. Usaqlarda musbet enerji var insani xosbext edir
17 avqust 2015 23:05
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz