Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əkizlər haqqında 12 fakt - analarımız oxusun
Əkizlər haqqında 12 fakt - analarımız oxusun
Göndərən: ayka
Şərhlər: 13
Baxılıb: 1608
Səs ver:
Onlar dünyaya cüt gəlirlər, digərlərindən əsas fərqləri də elə bundadır. Öz tayları ilə oxşarlıqları isə çoxdur. Bu yazımda əkizlərin həyatından heç yerdə oxumadığınız 12 faktla tanış olacaqsınız.

1. Əkizlər nə vaxt dünyaya gəlir?
Əkizlərin dünyaya gəlməsində yaş cox böyük rol oynayır. Valideynlərin 40 yaşı olanda onların dünyaya əkiz ovlad gətirmək ehtimalı varsa, daha sonra bu göstərici aşağı düşür. Bu da bədəndəki gen daşıyıcı hormonlar ilə əlaqədardır. Statistika göstərir ki, sonsuzluqdan əziyyət çəkənlər müalicədən sonra əkiz uşaqlar dünyaya gətirirlər. Əkizlərin nəsildən asılı olaraq dünyaya gəlməsi fikri isə əfsanədən başqa bir şey deyil. Genetik qabiliyyət buna təsir göstərə bilsə də, əkizlərin doğulma halınınirsən keçməsi düzgün mülahizə deyil.

2. Məkakın əkizlərə təsiri varmı?
Dünyanın hər yerində əkizlər doğula bilər. Cəmiyyətin əkizlərin doğulmasına hər hansı bir təsiri olduğu da əsassız ehtimaldır. Amma maraqlı faktlar da az deyil. Hindistanın Kandallurlun adlı kiçik yaşayış məntəqəsini "Əkizlər kəndi" adlandırırlar. Burada 70 cüt əkiz yaşayır. Onların sayı ilbəilartır. Yerli ənənələrə görə, əkizlər eyni geyinməlidirlər.

3. Əkizlər şəhərciyi
ABŞ-ın Ohaya ştatındakı Trinzburq adlı yerdə hər il əkizlər üçün xüsusi bayram keçirilir və hər yaşdan olan əkizlər burada iştirak etmək imkanı qazanırlar.

4. Hər ikisi iki
Biologiyanın qanunlarına əsaslanıb demək olar ki, əkizlər iki və bir hüceyrəli ola bilərlər. İki hüceyrəlilər iki toxumluğun birdən döllənməsinə, monohüceyrə isə bir toxumluğun döllənməsinə və sonra onun iki hissəyə bölünməsinə deyilir. Monohüceyrəlilərdə bu oxşarlıq tam olsa da iki hüceyrəlilərdə bu eynilik 50 faiz təşkil edir.

5. Siam əkizləri
Monohüceyrəli əkizlərdə sonradan bölünmə baş verdiyi üçün bəzən onlar bitişik halda doğulurlar. Bitişmələr isə müxtəlif cür olur. Ya dəri, ya da sümük bitişik ola bilər.

6. Əkiz üsulu
İlk dəfə elm əkizlərlə XIX əsrdə maraqlanmağa başlayıb. 1876-cı ildə ingilis alimi F.Qalton "Əkizlərin nisbi təsiredici kriteriyasının tarixi" adlı elmi məqalə yazıb. Monoziqotlu əkizlərin ayrılması haqqında ən etibarlı mənbə isə 1992-ci ildə ABŞ-da çap olunub. Cessika və Besi adlı əkizlər anadan olduğu dövrdən ayrı-ayrı ailələrə verilir. Bacı əkizlərin ilk görüşü isə onların 18 yaşına təsadüf edir. Onlar müxtəlif cəmiyyətlərdə, müxtəlif ailələrdə yaşamalarına və fərqli təhsil almalarına baxmayaraq bir-birini çox gözəl başa düşürdülər. Sözü gedən əkizlər eyni kitabları oxuyur, sevir, eyni əyləncələr ilə məşğul olurdular. Hətta eyni xəstəlikdən - vərəmdən əziyyət cəkirdilər.

7. Zəif əkizlər
Əkizlərin hamiləlik dövrü çox ağır və çətin keçir. Hamiləliyin əksəriyyəti isə vaxtından qabaq doğuşla başa çatır. Onların çəkisi az olmaqla yanaşı, müxtəlif infeksion xəstəliklərlə dünyaya gəlirlər. Bu da çox döllük yumurta ilə bağlıdır.

8. Böyük və kiçik, güclü və zəif
Belə bir mifologiya mövcuddur ki, guya böyük əkiz daha güclü olur və liderə çevrilir. Kiçik əkiz isə zəif olduğundan böyüyə tabedir. Bu isə təbii ki, valideynlərin mülahizəsidir. Beləliklə, kiçiyin zəif və gücsüz olması haqqında fikirlər özünə yer edir.

9. Oxşarlıqlarına səbəb
Əkizlərin öz oxşarlıqlarına münasibəti çox zaman ətrafdakıların təsirindən doğur. Onlar eyni geyinir, oxşar adlar daşıyır. Təbii ki, onların uzun müddət bir yerdə vaxt keçirməsi də mühüm rol oynayır.

10. Əkizlər və onların ailə həyatı
Yeniyetməlik dövründə bəzən onlar oxşar geyindiklərinə görə narazılıq edirlər. Böyüyəndə isə onların münasibəti təbii ki, əkizlərin monohüceyrəli və ya iki hüceyrəli olması ilə əlaqədardır. Müşahidələr göstərir ki, iki hüceyrəli əkizlər böyüyəndə bir-birindən ayrılırlar. Onlar müxtəlif sənətləri seçirlər. Ətrafdakılarla münasibətdə bir-birindən fərqli olurlar. Monohüceyrəli əkizlərdə isə münasibətlər tam fərqlidir. Onların arasından, necə deyərlər, su belə keçmir. Ailə həyatı qurduqdan sonra isə onlar öz yaşayış tərzindən heç də razı qalmırlar.

11. Hissiyyatlı əkizlər
Əkizlərin hissiyyatlı olması artıq sirr deyil. Bu haqda mətbuatda kifayət qədər yazılıb. Elə filmlər də bundan yan kecməyib. Birinin ayağı sınanda o birinin gün ərzində ayağının ağrımasının dəflərlə şahidi olmuşuq. Onların eşitmə qabiliyyəti də çox güclü olur.

12. Əkizlər arasında özünə qəsd
Danimarkada 1870-1930-cu illər ərzində 21653 əkizin həyatı müşahidə edilib. Və məlum olub ki, onların 28 faizi özünə qəsd edib. Alimlərin fikrincə, bu hal psixoloji xəstəliklərlə bağlıdır.


Şərhlər: 13
Baxılıb: 1608
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ayka
sinfimizde ekiz qizlar oxuyur menim muellimemin nevesi olmurdu sonra da ekiz nevesi oldu Allah uzune guldu
16 may 2015 23:37
# 13
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
Luna-90
Hec usagim olmasaydi 1qiz 1oglan ekiz isterdim .ancaq indi yox istemirem cox usaq cox derdi cox problemdi oz heyatini rahat yasamaq ucun usagina yaxsi heyat yasatmaq ucun 2usaq besdi.
16 may 2015 01:25
# 12
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
ALESSANDRA
mənə elə bildim bürc ekizleir deyir ))) mənim bacimda ekiz olub ama tersliyden tayi ölüb((((( gələcəydə əkiz yoxe 5üz uşağımın olmasını çoox istərdimm quc

bizim sinifdə əkiz qızlar oxuyur:Aydan və Fidan birbirlərinə heeeç bənzəmirlərrr heç bacıyada oxsamırlar)))
15 may 2015 20:15
# 11
Don't trust anyone ∆
lelos
xoşum gelir ekiz uşaqlardan
15 may 2015 13:15
# 10
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
cinqosh
Allahın möcüzəsi kimi baxıram əkizlərə.
15 may 2015 11:40
# 9
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Miss_Oxatan
Ekizler bir-birine tocna oxwayanda xowum gelir.duzdur valideynler,esasda analar hemiwe ekizleri eyni geydirer,eyni sac duzumu eder,ancaq menim ekizlerim olsa secimi ozlerine buraxaram,hecvaxt mecbur etmerem.belke biri bawqa geyim isteyir?belke de buna gore ekizlerin biri hem fiziki hemde psixoloji cehetden zeif olur.uwaq vaxtindan ana etrafa maraqli tesir bagiwlasin deye uwaqlari eyni geyindirir,istemiyeni de mecbur edir,o qeder mecburiyyet ve xeyal qiriqligi yawiyir ki,ona gore de bir tayi boyuyende zeif xarakterli olur.bele disiplinlerin elehineyem.wekildeki ctrl+c,ctrl+v cox xowuma geldi,maraqli ideyadir hemde gulmeli)))remse Allah seni guldursun kecel ekizler nedi az?))))
15 may 2015 08:57
# 8
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
vipbetul
ekiz usaqlar maraqli gorunur
15 may 2015 02:12
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Ayselina
Əkizləri çox sevirəm. .monohüceyrəli yəni bir birinə daha çox bənzəyən əkizləri sevirm
15 may 2015 01:37
# 6
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
Fialka
Əkiz uşaqları çox sevirəm əsasda oxşar olmayanları , oxşar olanda isə çox vaxt eyni geyindirilir belə sevmirəm çünki onlar oxşar olsada hərəsi bir şəxsiyyətdi və fərqli düşünədə bilərlər, əkizlər haqqında olan faktlarda maraqlı idi, ən çox əkizlər kəndi və şəhərciyi) görəsən bir - birlərini necə tanıya bilirlər:)
15 may 2015 00:46
# 5
rəmsə
shokƏkizlər kəndi?70 cüt əkiz?Adam psix olaree orda,hara baxsan əkiz.
Mənim də papaşam əkizdi.Maraqlısı isə budurki,ikisinin də saçı tökülüb)),hal-hazırda keçəl əkizdilər)))booboo
15 may 2015 00:16
# 4
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
BARBI
Ekiz usaqlari cox sevirem heqiqetende allah mocuzesidir. Ama ekiz usaqlarin baximi cox cetindir

Ekiz usaqlari cox sevirem heqiqetende allah mocuzesidir. Ama ekiz usaqlarin baximi cox cetindir
15 may 2015 00:05
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nergız33
Ekiz uşaqlardan xoşum gelir esasda biri qız biri oğlan olanda. Meni atam da emimnen ekizdi birbirlerine cox oxşayırlar. Biz uşaq olanda atam Moskvaya gedmişdi emi bize geldi bacım sevine- sevine qışqırdıki papa geldi . Sonra yaxınlaşanda gördü ki emimdi. İkisinide dünyalar qeder isteyirem
14 may 2015 23:34
# 2
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
Tomris Müslümova
ekziler dogurdanda allahin bir movuzesidi ve olara her baxdiginda bunu bir daha yada salmis olursan.tanidigim iki baci var ekizdiler..bir-birlerine nece benziyirler gormesez inanmazsiz!! cox sevinerdim ama ekiz tayim olsaydi :))
14 may 2015 23:06
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz