Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpə haqqında doğru bildiyimiz 10 yanlış
Körpə haqqında doğru bildiyimiz 10 yanlış
Şərhlər: 8
Baxılıb: 1160
Səs ver:
1. İlk gün süd gəlmədi, körpəm ac qalır
Yeni doğulan körpənin ilk gün hər döş əmdiyi zaman qəbul etdiyi südün miqdarı təxminən bir çay qaşığı qədərdir. Südün az olduğunu düşünərək narahatlıq yaşamaq ana və körpədə stresə səbəb ola bilər.

Doğumdan dərhal sonra ananın yanına verilən körpə əmmə refleksinə malikdir. İlk gələn süd miqdarı körpənin ehtiyacı qədərdir. İlk günlərdə hər döş veriləndə bir çay qaşığı qədər süd gələ bilər. Hər əmizdirmədə ana südü artar. Südün çox gəlməsini istəyərək narahatlıq yaşamaq ana və körpədə stresə səbəb ola bilər.
 
2. Davamlı əmizdirməməli
Yeni doğulan körpə bir -iki gün sonra təxminən 2 saatdan bir əmizdirilməlidir. İlk həftələrdə bu, həm yarana biləcək fizioloji sarılığın tez keçməsi, həm də südün körpənin ehtiyacı qədər artması üçün əhəmiyyətlidir. Daha sonrakı günlərdə körpənin davamlı döşdə qalması südün yığılmasına mane olur, bu da körpənin doymamasına, sinə uclarının yara olmasına səbəb olur və körpə qidalanma problemi yaşaya bilər.
 
3. Evdəki pişik və ya iti uzaqlaşdırmayın
 İnsanlar, xüsusilə də körpələr həyat şərtlərinə görə anticisimləri inkişaf etdirərək immunitet qazanırlar. Həyat şərtlərinizi dəyişmək körpəni steril böyütmək mənasını verər. Buna görə də ailələr körpəyə görə deyil, körpələr ailəyə görə yaşamalıdır. Bu səbəblə heyvanları uzaqlaşdırmağa ehtiyac yoxdur.

4. Körpəni yatarkən yırğalamaq zərərli deyil
Körpələr ana bətnində yırğalanırlar. Yelləmə əməliyyatı orta qulaqdakı vestibulyar sistemin qıcıqlanmasına səbəb olduğu üçün tarazlıq qabiliyyətinin inkişafına köməkçi olar. Yüngül və kiçik ritmlərlə körpəni yırğalamaq olar.
 
5. Qaranlıqda və səssizlikdə yatsın
Körpə kifayət qədər əmibsə və köpü yoxdursa, yuxu problemi yaşamaz. Yeni doğulmuş körpənin gündəlik yuxu müddəti təxminən 20 saatdır. Gecə böyümə hormonu ifraz olunduğu üçün gecə lampası işığında yatması məsləhətdir. Doğulan gündən etibarən pərdələr açılmalı, hətta otaq havalandırılmalıdır. Gündüz aydınlıqda, gün işığında və səs-küydə yata bilər.
 
6. Körpəmə soyuqdur, əlcək taxaq
Körpələr olduqları mühitə görə immunitet qazanır və uyğunlaşır. Orta hesabla 20-22 dərəcə istilik körpələr üçün uyğundur. Bədənlərinin ən uc nöqtələri olan əl və ayaqlarındakı periferik qan sistemləri doğulduqdan sonra inkişaf edir. Buna görə əlləri və ayaqları normaldan daha soyuq ola bilər. Çəkisi 2500 qramda az olan körpələr bədən istiliklərini qorumaqda çətinlik çəkəcəkləri üçün daha isti saxlanmalıdır.

7. Yeni doğulmuş körpədə köp yoxdur
Südün çoxalması üçün tez-tez əmizdirilən körpələr süd əmərkən hava da  uda bilərlər. Buna görə ilk günlərdə belə körpə əmmə əməliyyatından sonra dik tutularaq qazı çıxarılmalıdır.
 
8. Böyük bayıra çox çıxır və nəcisi yaşıl rəngdədir, körpəni soyuğa verdik
Yeni doğulan bir körpənin hər altı açılanda nəcis varsa, demək, körpə yaxşı qidalanır. Yeni doğulan körpə gündə 4-9 dəfə nəcis çıxara bilər. Bu yoxdursa, qidalanma problemi ola bilər. Doğru və nizamlı əmən bir körpənin nəcisi sarı və hissəciklidir. Yaşıl nəcis körpənin çox əmdiyini göstərir. Bağırsaqlarda işlənmiş nəcis sarıdır. Yaşıl nəcis südün bağırsaqlarda işlənmədən atıldığını göstərir. Bunun soyuqdəyməylə hər hansı əlaqəsi yoxdur.
 
9. Körpəni hər açanda krem çəkməliyəm
Bişməcəyə qarşı kremlər çox qatıdır. Həmin bölgəni tamamilə steril edir və hava almadan qoruyur. Buna görə də həmin bölgənin müqaviməti də azalacaq. İrəliləyən dövrdə yeni bir maddəylə qarşılaşanda infeksiya və ya şiddətli bişməcə riski yaranacaq. Kremlər bişməcə olduqda sürtülməli və az istifadə edilməlidir. Bişməcə olmaması üçün diqqət ediləcək ən əhəmiyyətli nöqtələrdən biri də körpənin yanlarının tam quru olmasıdır. Körpənin yanları nəm olarsa, hava keçirməyən bezlər bişməcə yarada bilər.

10. Körpəni bələmək zərərlidir
Körpənin ana bətnindəki hərəkətləri məhduddur. Məsələn, qollarını uzadanda ana qarnının imkan verdiyi qədər uzada bilər və özünü etibarda hiss edər. Doğulanda istəksiz etdiyi əl-qol hərəkətləriylə özünü qorxudar. Buna görə də ilk həftələrdə onu beldən aşağı bələmək körpənin özünü qorxutmamasını və daha asan yatmasını təmin edər


Şərhlər: 8
Baxılıb: 1160
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
WiRiN BaLaM
mən bələməmişəm.... uşağı çox sıxır bələk ..
7 avqust 2015 16:35
# 8
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
ALESSANDRA
yeni ana olmuş xanimlarcun faydali meslehetlerdir
tsk)))
5 avqust 2015 18:43
# 7
Don't trust anyone ∆
lelos
Korpe usaqi ve yaxud da hamile qizlarimiz oxusunlar faydali meslehetlerdi
5 avqust 2015 00:25
# 6
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Catwoman666
valideynlər üçün çox gözəl və lazımlı məsləhətlərdir. Subaylar da indidən öyrənsin ))

...666...


məsləhətlərdir- məlumatlardır*
4 avqust 2015 19:51
# 5
"All men must die, but we are not men"

Daenerys Targaryen
Dosta_inam
Maraqli melumatlardi, ancaq bunlari bilirdim, yenede tesekkur.
4 avqust 2015 05:24
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Ayselina
Cox maraqli məlumat idi..bilmədiklrmi öyrənmiş oldum
4 avqust 2015 01:01
# 3
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
vipbetul
Annelercın lazımlı melumatdı
4 avqust 2015 00:46
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Korpe baximi cox cetindir. Bu mesuliyyeti goturmek cetin ve sebr teleb eden isdir
4 avqust 2015 00:16
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz