Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qonaq gəlmişik olmaz, sakit ol!
Qonaq gəlmişik olmaz, sakit ol!
Göndərən: Qlamurr
Şərhlər: 23
Baxılıb: 1123
Səs ver:
— "Mama..

— Qonaq gəlmişik olmaz, sakit ol!.. "

Bəli, əksər uşaqlar ailəsi ilə qonaq getdikləri evlərdə bu kimi qadağalarla üz-üzə qalırlar. Belə reaksiyaların uşağa nə dərəcə təsir etdiyini həmin an onun üz ifadəsindən də anlamaq mümkündür. Getdiyi evdə oynaya biləcəyi yaşıdları belə olsa qızarmış, tutulmuş, utancaq üz ifadəsi olur…."quzu kimi”… Hələ bir də özünü əsl tərbiyə edici valideyn qismindən sayan ana-atası oldusa, uşağı digər otağa və ya hamama aparıb "anladığı dildən” izah edib geri gətirir.

Əksər halda isə sadəcə uşaq olduğunun günahını yaşayan balacanın üzündə barmaq izləri belə bir çox suala cavab verir. Bəzən valideynlər qonaq getdikləri evlərdə uşaqları o dərəcədə sıxa bilərlər ki, hətta uşaq ayaqyolu istəyi olduqda belə bunu dilə gətirə bilmir. Çox gümanki ana da əvvəlcədən ayıbdı deyə uşağı yetərincə tənbehləmişdir. Halbuki qapıdan çıxan kimi həyətdə münasib bir yerə bunu etmək yetərincə düzgün olmayan hərəkətdi…

Dəfələrlə qarşılaşdığım bu kimi durumlara zaman keçdikcə məna verməyə çalışmışam. Gedilən evdə hələ qapını döyməmiş uşağa bir-bir kimə nə demək lazım olduğunu əzbərlədən valideynlər… Çox gümanki uşağın bu cür böyük kimi, yaşına uyğun olmayan şəkildə salamlaşması, hal- əhval soruşması heç də təbii və isti münasibət olmur. Əslində uşaq dediklərinin çoxunun mənasını belə bilməyə bilər.

Bunların bir neçəsiylə qarşılaşmış bir uşaqlığım olub, eləcə də çoxumuzun, və bunun nə dərəcədə düzgün olub-olmadığını anlaya biləcək qədər məlumatımız vardır. Məncə, belə yanlış rəftarların yerinə evdə uşaqla keçirilən vaxtı düzgün qiymətləndirmək olar, məsələn: "evcik-evcik” deyə bildiyimiz oyun, qız-oğlan fərq etməz, çoxumuzun uşaqlıqda ən sevimli oyunlarından biri olub, kimi ata, kimi ana, kimi isə körpə və s. rolunda olurdu. Valideyn bu oyunlar vasitəsilə uşaqlarına qonaqlıq, qonaq gələndə, qonaq gedərkən rəftar davranışlarını düzgün mənimsədə bilər. Eləcə də evə qonaq gələrkən uşaqla bərabər vaxt keçirtmək, süfrəni birgə hazırlamaq, yığışdırmaq, oyunda rollar yaradaraq öz oyuncaqlarını və otağını qonaq gələn uşaq ilə paylaşmaq və s. kimi məşğuliyyətlərlə daha yaxşı anlatmaq olar. Tam tərsi gedilən evə çatana kimi yolda uşağa qayda-qanun dərsi vermək yerinə, onun düzgün davranışları özü tərəfindən başa düşülməsini həyata keçirtmək lazımdı. Əlbətdə ki, maskalamaq uşağı tərbiyəli etmək mənasına gəlməz. Normal olaraq hər bir uşaq getdiyi yerdə acıya da bilər, susaya da bilər, yata da bilər, yaşıdı yoxdursa, evdən apardığı gəlinciyi və ya maşını ilə vaxtını keçirdə bilər. Bunun əvəzinə böyüklərin böyük söhbətlərinə qulaq asmaq məcburiyyətində olmamalıdır.

Ancaq bəzən valideynlər qonaq getdikləri yerlərdə və ya evlərinə qonaq gəldikləri zaman onların yanında pis vəziyyətdə qalmamaq üçün uşağın hər istədiyini edirlər, bu da getdikcə uşağın daha çox istəklərinin yaranmasına gətirib çıxarır. Belə ki onlar artıq qonaqdan sui-istifadə edə bilərlər. Bu cür valideynlərin əksər hallarda şikayətlənərək işlətdiyi söz… ”uşağımız evdə bir cür, qonaq gələndə ya gedəndə başqa cür olur…”

Təbii ki, cəmiyyətimiz tərəfindən kobud şəkildə "ipini qırmış” deyə adlandırılan hiperaktiv xarakterli və ya tamhiperaktiv uşaqlar var. Getdikləri yerlərdə və ya öz evlərində hərəkətləri ilə daim diqqət çəkə bilərlər. Yenə də bu onların günahı deyil. Valideyn yetərincə düzgün tərbiyə, nəzarət etmək bacarığına malik deyilsə, döymək-danlamaqla heçnə əldə edə bilmədikləri halda belə buna davam edirlər. Bunun yerinə uşaq rəftarı ilə bağlı düzgün biliklərə malik insanlara müraciət etmək lazımdır, onlar uzaqda deyil. Hal-hazırda cəmiyyətimizdə ən çox tələbatlardan biri olan uşaq psixoloqlarına müraciət etmək həm uşaq, həm də valideyn üçün daha düzgün bir addımdır.

Tez-tez rast gəlinən hallardan biri də, yaşıdları olan evdən qayıdarkən uşaqda ona aid olmayan əşyalar ola bilməsidir. Bu zaman valideyn inanmadığını bildirib araşdırmalıdır, uşağa isə "bilirəm bunlar sənin deyil, ona görə məndə qalacaq” deyib, almaq lazımdır. Yetərli bir müddət edildiyində uşaq bu xasiyyətindən uzaqlaşacaq.

Evə qonaq gələrkən, bəzən valideynlərdən əlavə uşaqları da narahat edən bir durum ortaya çıxır. Hazırlıqlar etməyə başı qarışmış ana-ata uşağa "indi işim var, otağına get oyuncağınla oyna!” deyərək ona mane olan bir şəxs kimi rəftar etməməlidir. Belə bir rəftar uşağı qonaqlara qarşı soyuda bilər. Qonağı, anasını ondan ayıran insan kimi görməyə başlayar. Halbuki daha əvvəl də qeyd etdiyim kimi, süfrənin hazırlanmasında, başqa yüngül işlərin icrasında uşağın da köməyindən istifadə edilərsə, həm valideyn, həm də uşaq üçün cansıxıcı bir durum meydana gəlməz. Eləcə də öyrənmənin bir hissəsi həyata keçirilər.

Mən, Aytən Cavadzadə 4-cü kurs Psixologiya ixtisası tələbəsi olaraq və Uşaq Psixoloqu olmaq məqsədli araşdırmalarımda, müşahidə etdiyim durumlarda diqqətimi çəkən önəmli saydığım bir mövzuya toxunmaq istədim, bu məqaləmin uşaqlara münasibətlə bağlı daha az bilgilərə, hətta yanlış bilgilərə malik olan valideynləri qismən də olsa doğru istiqamətləndirəcəyinə ümid edirəm…

Aytən Cavadzadə

Xəzər Universiteti, psixologiya fakültəsinin 4-cü kurs tələbəsi


Şərhlər: 23
Baxılıb: 1123
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
GünƏşimƏ_AiD_
Qonaq gelende bize ushaq en cox kamputeree bashini sxoureebyada planshetdee aydaa cin vururda tepemee ushaqlarlaa aram yoxdu mene yapishmayan ushaqqaa hec vaxt uzune gule bilmeremdee..
17 iyun 2015 22:08
# 23
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Antikvar
Heç Sevmirəm uşaq özünü qonaqlıqda nadinc aparanda,sabahı getdiyim evdə (ora bax valdeyn öz uşağına tərbiyə belə verməyib ac kimi aparır)deməklərinə niyə fürsət yaradım?Uşaqı uşaqlıqda tərbiyə edirsən,mən özümdə uşaqlarımı bir yerə apardıqda tapşırığımı verirəm sonra aoarıram,niyədə etməyim?Bugun öz yerini bilməyən sabahı heç bilməz,yeməklərinidı yedizdirirəm,ən sevdiklərinidə evdə verirəm,hələ üstəlik ciplərinə konfetdə salıram ,gedib başqa yerdə aclıq rolu numayiş etdirməsin.Mənə maraqlı deyil psixoluqların sözü əsas mə öz uşaqlarımı öz düzgün bildiyim tərzdə böyüdüm.Belə pis hərəkətlərinə görə vurmaram ,sadəcə bir daha getməmək ilə cəzalandıraram.Qoy səhfi ikimci dəfə təkrarlamasın.Elə ana varki,uşaqını görür qaznan,toknan oynayır heç dinmir bax elə ananı qəşəgə danlamağım gəlir ,sonra bıçaqla oynamaq istəyir evimə gələn kriminalnı ailəyik?))Bu bilirsinizmi nədəndi?tərbiyəni düzgün verməməkdən,bir yerdə etdiyi səhfi uşaqda tutmadığı üçün.Psixoluq özüm ))başqa psixoluq sözlərin ehtiyac yox)
15 iyun 2015 23:49
# 22
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
birdane
menim usaqlarimi ne cox sixiram nede cox ozbasina buraxiram usaqlarimla herden boyuk kimi herden ise usaq kimi refdar edirem faydali xebere gore tesekkurler size
15 iyun 2015 17:25
# 21
...heyat cox sade ve gozel ola bilerdi....
eger men her seyi bu qeder cox ureyime salmasaydim...
gulka azeri
tesekkurler
15 iyun 2015 03:40
# 20
aliceWOnDer
ne qonaq gedmeyi nede bize qonaq gelmey sevmirem
14 iyun 2015 23:18
# 19
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Golden rose
Qonagj sevirem amma sakid oldugu surece
14 iyun 2015 23:17
# 18
ALESSANDRA
qonaq gedende sakit durmamışam heç vaxt elə indidə dəclliyimdən qalmıranm..valideynlər uşaqların asərbəstliy versə yaxşı olar mence) tşk
14 iyun 2015 18:53
# 17
Don't trust anyone ∆
Dosta_inam
Mende yszilanlarla raziyam,ama men qizlarima heçne demirem qonaq gederken qonaq geldiyinde,elede dağidan töken uşaqlar deyil,serbest olmalarini isteyirem,özleri artiq bilir ki,o olmaz bu olmaz,teşekkür maraqli yazi idi.
14 iyun 2015 16:59
# 16
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Catwoman666
tebii ki valideynler fikir vermelidir qonaqliqda ya da qonaq gedende usaqlarin ozlerini decel aparib aparmamagina. amma sakit dur hec ne eleme demek duzgun deyil. amma bir is de var ki qonaqliqda ozunu aparmagi bilmeyen usaqlari az qaliram ele men cirpim dv
14 iyun 2015 14:30
# 15
"All men must die, but we are not men"

Daenerys Targaryen
roksi1995
coxu hec usaqi qonaq gedende dinc qalmir deye hec yere aparmir
14 iyun 2015 14:17
# 14
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
SENSİZ
MENIM USAQLARIM OZUME OXSAYIBLAR COX SAKITDILER .
14 iyun 2015 00:53
# 13
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
vipbetul
doqru yazidir usaqi kucultmek olmaz ne qeder gozumuzde usaq olsalarda bir o qeder onlarda anlayirlar neyin ne olduqunu bu ise o usaqlarin formalashmasinda boyuk tesirli olur
13 iyun 2015 23:38
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
cinqosh
Men de usaq vaxti qonaq gedende sufrede oturmamaliydim.elimi hec neye uzatmamaliydim.mal kimi oturmaliydim.bildiyimiz robot.evvelceden proqramlasdurilmis robot.ama indi oz ovladima bele davranmamaga calisiram.elimden geldiyi qeder.tesirli yazi idi.cox sag olun.
13 iyun 2015 23:02
# 11
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
konka84
mən həmişə deyirəm qızıma.ağıllı ol
13 iyun 2015 22:11
# 10
Ayten666
Heeee esl menim movzum...qisqirmaqdan bu deqiqede bogazim agriyir...normal dilde basa dusmurler.ikidiler onagore.tek olanda ele bil usaq yoxdu evde
13 iyun 2015 21:57
# 9
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
BARBI
Valideynler usaqlara qadaga qoymalidir raziyam. Bezen usaqlar qonaq gedende ana deyir hec ne yeme dinme yerinde otur danisma . Bu hec dogru deyil usaqda psixoloji problem ve ozune qapaniqliq yaranir. Qoy usaqlar ozunu serbest aparsin
13 iyun 2015 21:42
# 8
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Mubariz Ve Men
duzu aciqlaniram :Ne vaxt aboyu yazanda sindirib dagidanda mecbur olub aciqlaniram
13 iyun 2015 21:37
# 7
)))....................................................
Nergizz
ele uwaqda varki getdyi evi dagidir,ama an bir kelme demir a bala biraz sakit ol,indiki uwaqlardaki mawwallah,maraqli xeber idi,,uwaqlari valideyinler bele oyretse ,cox yaxwi olar,,
13 iyun 2015 21:34
# 6
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
tek umidim sen
Maraqli oldu oxumaq... tesekkurler..
13 iyun 2015 21:30
# 5
Kadın derin ama adam yüzme bilmiyor...
Tomris Müslümova
sakit muhitde boyuyen usaqlar adeten sakit olur.ve cemiyyetde de ozlerini normla apara bilirler.cetin terbiye olan usaqlar istisna olmaqla..
13 iyun 2015 21:03
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
Uşaqların özünü cəmiyyət içərisində aparmaları onları tərbiyə edən valideynlərdən asılıdır. Tərbiyə düzgün şəkildə əzəldən verilsə onda uşaq özünü hiperaktiv və ya yaşından böyük aparmaz əksinə yaşına uyğun, yerini bilən olar. Düşünürəm ki, bu yazı bəzi valideynləri daha da maarifləndirici rol oynayar, beləcə düzgün davranış qaydalarını tətbiq etmək üçün bəzi şeyləri öyrənmiş olarlar.
13 iyun 2015 20:35
# 3
yarpaq33
Beli bu yazilanlarla tam raziyam uwaqla davraniwinda bir heddi olmalidi ele valideyinler var ki qonaq gederken uwaq ne isyese edir demey olarki acilan sufreni darmadagin edir ve valideyin bunu adi hal kimi qarwilayir elesi de var ki loru dilde desek uwagi gozu qipiq edir her iki hal yalniwdi uwaga her weyi bawa salmaq lazimdi bawa duwduyu dilde wukur Allaha oz uwaqlarimla bele hallarla uzlewmemiwem qonaq gedendede gelendede ozlerini agilli apariblar
13 iyun 2015 19:46
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
ulduz
anamda hara gedirdik dinmiyyin.inanin yemek yemirdik ...bazara gedirdik duxumuz neydi ana bunu al demeye.anamciddi insansdi pahooo
13 iyun 2015 19:37
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz