Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yeniyetmə övladı olan valideynlər - Oxuyun
Yeniyetmə övladı olan valideynlər - Oxuyun
Göndərən: Qlamurr
Şərhlər: 6
Baxılıb: 636
Səs ver:
Niyə uşaqlar valideyninə "sənə nifrət edirəm!” deyir?
Frances E.Jensen yeniyetmələrin psixologiyası haqqında yeni kitab yazıb. Bu kitab yeniyetmələrin niyə və necə fərqli düşündüyünü izah edib. Eyni zamanda uşaqların ruh halı dəyişikliklərinin onların günahı olmadığını, bunun beyinlə əlaqəli bir hal olduğunu ortaya çıxarıb.

Övladınızı ilk dəfə qucağınıza aldığınız andan məktəbə gedənə kimi onun dünyasının mərkəzində olursuz. Yeniyetməlik dövründə yaşanan bütün dəyişikliklər isə sizdən ayrılıb müstəqilliyə atıldığı andan başlayır. Kitabda valideyn olaraq övladınıza bu keşməkeşli dövründə necə dəstək ola biləcəyinizlə bağlı tövsiyələr də verilib. Kitabda qeyd olunan vacib məqamları təqdim edirik.

Onu şirin, sevimli uşaqdan mağara canavarına çevirən nədir?
Ən əsas dəyişiklik testesteron, progesteron və esterogen hormonları ilə bağlı olur. Oğlanlarda üzün tüklənməsi, səsin kobudlaşması, qızlarda döşlərin böyüməsi və menstruasiyanın başlaması ilə biruzə verən bir haldır. Yeniyetmələr bu hormonlarla yeni tanış olur və bunlar beynin emosional bölməsi olan limbik sistemində daha da aktiv olur

Valideynlər övladının hər hərəkətinə reaksiya vermədən əvvəl 10-a kimi saymalıdır.

Niyə bütün gecə oyaq qalıb gündüzlər yatırlar?
Səbəbi bizə "artıq yatmaq vaxtıdır” siqnalını göndərən melatonin hormonunun bu siqnalı yeniyetmə beyinlərinə iki saat gec ötürməsidir. Gündüzlər məktəbə getmək vaxtında isə melatonin ifrazı hələ də davam etdiyindən oyanmaq çətinləşir.

Yeniyetmələrin bu yaşda çox az yatması uşaq cinayətləri, depressiya, öyrənmə çətinliyi, yüksək təzyiq, piylənmə və ürək xəstəliklərinə  səbəb olur.

Valideyn olaraq gecə yatmadan 2 saat əvvəl televizor, kompüter, telefona qadağa qoyun. Beyni yoran fiziki işlərlə məşğul etdirin, qızartma yemək, şirniyyat və kofein qəbulunu azaldın.

Niyə onlar bu cür axmaq şeylər etməyə məcburdur?
Dərsdən qaçmaq, mənasız şəkillərini internetdə paylaşmaq yeniyetmənin axmaq davranışlarındandır. Müəllifin fikrincə, bu hərəkətlər övladların valideynlərindən ayrılıb müstəqil həyat yaşamaq çabalarıdır. Çünki yeniyetmələrdə yanlış hərəkətlərə görə məsuliyyət hissini dərk edən beyin bölməsi hələ tam formalaşmayıb və davranışlarının nə ilə nəticələnəcəyini və ya səhv olduğunu anlamaqda çətinlik çəkirlər.

Nəyin nə olduğunu və nəyə icazə verilmədiyini ona xatırladın.

Onlar niyə unutqandır?
Yeniyetmələrin 20 yaşı tamam olana kimi yaddaşı idarə edən beyin bölməsi inkişafını tam bitirmiş olmur. Buna görə unutqan olan yeniyetmələr hər işlərində valideynlərinə güvənirlər.

Nəyisə edəndə siz də ona kömək edin. Bununla da eyni hərəkəti növbəti dəfə necə etməli olduğunu unutmayacaq. Məktəbə gedərkən, ya evdən çıxarkən nə etməli olduğunun siyahısını tutub ona verin. Bu yolla işlərini sizin köməyiniz olmadan etməyi öyrənəcək.

Smart telefonlar onlara ziyandırmı?

Yeniyetmə olsalar da kompüter, planşet, smart telefonların istifadəsini qəbul etmirsiz.

Onların bu yaşdakı məcburi ehtiyacı iki formada (davranış və biokimyəvi şəkildə) özünü göstərən digital əlaqədə olmaqdır. Yetkinlərin seks, içki, narkotik maddədən aldığı dopamin zövqünü yeniyetmələr smart telefonlarına gələn mesaj, zəngdən alır.

Ancaq oyun asılılığı onlarda qərar vermə bacarığı və öyrənmə keyfiyyətinə zərər verir. Yaşanan depressiya, zəif akademik göstərici və bacarıqsızlıq "online”da keçirilən vaxtla əlaqələndirilir.

Yeniyetmələr virtual zamanda keçirdiyi vaxta limit qoymağı mümkünsüz hesab edir. Siz bir valideyn olaraq buna məhdudiyyət qoyub, bir, ya iki saat vaxt təyin edin. Daha çox real aləmlə ünsiyyətdə olması üçün bir şeylər etməyi tapşırın.

Yeniyetməlik imtahanlar üçün ən yaxşı vaxtdır?
Sinif yoldaşları ilə mübahisə,  hər səhər yataqdan qalxmaq əzabı, uşaqlıqdan məhrum edilmə hissi də üstünə gəlincə çətin dövr olaraq xarakterizə edilən yeniyetməlik, imtahanlarda uğur qazanmaq üçün ən uyğun dövr hesab olunur.

Yeniyetmənin beyni səmərəliliyi ilə fərqlənir. Xatirələr yaddaşa daha asan həkk olunur və uzun müddət qalır. Dil öyrənmək və hansısa alətdə çalmağı öyrənməyin bundan yaxşı vaxtı yoxdur.

Ancaq acı haldır ki , təhsil bu vaxtı yeniyetmə həyatında ən əhəmiyyətsiz yerdə durur.

Valideyn olaraq evdə dərsini hazırlaya bilmək üçün məkan hazırlayın. Dərsini öyrənib təkrarlamasına nəzarət edin. Axşam erkəndən dərslərini hazırlayıb gecə biliklərini möhkəmləndirmək üçün vaxtında yatmasına çalışın.

Niyə seçilmiş hiss edirlər?
Müəllimlərinin onları nümunə gətirməsi, ədalətli olmayan valideynlər, onları tərk edən qondarma dostlar yeniyetməyə özünü "seçilmiş, təcrid olunmuş” hiss etdirir. Çünki bu yaşda onların həyatını idarə edən emosional qaydalar və məsuliyyət hansısa səbəblə deyil, hisslərlə idarə olunur. Yaşanan neqativ hisslər "tetrahidro” hormonu ilə əlaqədardır və "əsəbi pələng” kimi davranmasına səbəb olur.

Uşağınızda baş verən  dəyişiklikləri (depressiya, yemək yeməmə kimi)  nəzarətdə saxlayın. Həmişə onun yanında olub dinləyin.

Qız və oğlanlar fərqlidirmi?
Yeniyetmə qızlar həyatında baş verənlərə dramatik şərh versələr də, oğlanlar monosillabik həyat yaşamağa çalışırlar. Səbəb isə qızların yalnız şifahi deyil, həm də yazı və oxuda oğlanlardan üstün olmasıdır.

Oğlunuz bir işi bacarmırsa, onu rəfiqənizin qızı ilə müqayisə etməyin. Unutmayın ki, qız və oğlanlar bu yaşda fərqli olurlar.

Əgər onlar da "palaza bürün, ellə sürün” məsəlinə əməl edərək yanlış davranışlar edər, sizdən gizli siqaret çəkər, içki içərsə, sərhədlər seçin və cəzalar tətbiq edin.

Elektron cihazlarını müsadirə edin.

Onlar nə zaman böyüyəcək?
Yenidən sizi qucaqlayan, sevimli övladınız kimi davranması üçün darıxmısız?

Bir neçə ildən sonra bu münasibətlər yenidən geri qayıdacaq. Möhkəm və səbrli olun.


Şərhlər: 6
Baxılıb: 636
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Niyə uşaqlar valideyninə "sənə nifrət edirəm!” deyir?

hemise deyirem 29 en cox da eseblesende!
Onu şirin, sevimli uşaqdan mağara canavarına çevirən nədir?

men usaq vaxti da bele olmusam122
Yeniyetməlik imtahanlar üçün ən yaxşı vaxtdır?

imtahanlar butun yaslardan en pis vaxtdir!
Niyə seçilmiş hiss edirlər?

men hemise ozumu secilmis ve ferqlenen hiss edirem ve heqiqeten eleyem02
Niyə bütün gecə oyaq qalıb gündüzlər yatırlar?

26
Qız və oğlanlar fərqlidirmi?

men ele ozum oglan xasiyyetli qizam23
Onlar nə zaman böyüyəcək?

digerlerini bilmirem amma men hec vaxt boyumeyecem bookiz
20 iyul 2015 13:44
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
WiRiN BaLaM
İNSALLAH GELECEKDE LAZIM OLAR
20 iyul 2015 02:22
# 5
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Dosta_inam
Tesekkur meslehet ucun, menim qizlarim usaqdir hele, Insaallah gelecekde mende diqqet ederem.

Tesekkur meslehet ucun, menim qizlarim usaqdir hele, Insaallah gelecekde mende diqqet ederem.
19 iyul 2015 09:54
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Nergız33
Menimde uşaqlarımın yeniyetme dovrleridi . Allah mene sebr versin .
Cetindi bu dovrdeki uşaqlara neyise başa salmaq.
19 iyul 2015 02:16
# 3
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
BARBI
Usaqlarinpis verdislerinin basladigi dovrlerdir. Bu yaslarda valideyne cox boyuk vezife ve yuk dusur. Usaqlari daim nezaret altinda saxlamali dostlarini arasdirmaq mutleqdir
18 iyul 2015 23:47
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
valıdeyınler oxuyun
18 iyul 2015 20:29
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz