Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Valideynlərə təcili kömək
Valideynlərə təcili kömək
Göndərən: adsiz-a
Şərhlər: 11
Baxılıb: 516
Səs ver:
Uşaqlara təsirli göstərişlər necə verilməlidir?
Nümunə:

"Zəhmət olmasa, oyuncaqlarını toplayarsan?", desəniz, bu yalnız sadə bir istəkdir.
"Yeməkləri yerə atmağı kəs!", ya da "Bura gəl, yerə atdığın paltarını bu dəqiqə yerinə qoy!" cümlələri tam olaraq əmr cümlələridir. Sözə qulaq asmayan uşaqların ana-ataları onlara təsirli və açıq şəkildə əmr cümlələri ilə müraciətdə səhvə yol verirlər. Hər bir ana və ata uşaqlarının düzgün davranışı ilə əlaqədar doğru əmrləri verməyi öyrənməlidir. Əmr vermək deyiləndə, burada hərbi sistemdəki kimi komandirin əsgərlərə verdiyi əmrdən söhbət getmir. Sözə qulaq asmayan uşaqlara doğru şəkildə əmrlər, göstərişlər verilməsi necə olmalıdır və nə zaman verilməlidir?
Uşağınızın müəyyən bir arzu olunmayan davranışına son vermək istədikdə, bunu ona istək şəklində bildirərəkən uşaq əməl etməkdən imtina etdikdə əmr cümlələrinə keçmək zamanı gəlmişdir.
Deyək ki, qonaq otağına girirsiniz və yeddi yaşındakı qızınızın (oğlunuz) yeni aldığınız divanın üstündə tullandığını görürsünüz. Bu vəziyyətdə həmin dəqiqə üzünüzə ciddi ifadə verərək ona tərəf gedin; gözlərinin içinə baxın; gözünüzü onun gözündən ayırmadan ona adı ilə səslənərək sərt bir səs tonu ilə açıq əmrinizi verin. Ona belə deyin: "Aydan, mebellərin üstündə tullanmaq ev qaydalarına ziddir. Bu dəqiqə divandan aşağı en!" Bu halda uşağın açıq şəkildə başa düşəcəyi formada əmr vermiş olursunuz.
Nə deyilməsi açıq şəkildə anlaşıla bilməyən, qeyri-müəyyən göstərişlər valideynlərə kömək etməyəcək. Məsələn, " Buraya gəl və oyuncaqlarını topla", desəniz uşağın sizi dinləmək ehtimalı yüksəkdir. "Bu oyuncaqların çarəsinə bax", desəniz, belə bir göstərişə əməl edilməsi ehtimalı çox azdır.
Yadda saxlamalısınız ki, əmr və ya göstəriş verərkən sual vermək, yaxud  "Divanın üstündə tullanmaq xoş deyil", kimi bir şərh vermək işə yaramaz. Nə badə uşağa " Niyə divanın üstündə tullanırsan?" kimi sual verməyəsiniz. Bəziləri, misalçün, gülüb "Çox əyləncəlidir, ona görə", deyə cavab da verə bilər. Uşaq pis davranış sərgilədiyi vaxtda ona tətbiq ediləcək qaydanın səbəblərini də izah etməyə səy göstərməyin. Qanun-qaydalar haqqında izahatın zamanı ya uşağın qaydaya zidd davranmasından əvvəl olmalıdır, ya da pis davranışa son verməsindən sonra olmalıdır.
Bir də valideynlərin uşaqları pis davranışlarına görə danladıqları zamanı işlətdikləri səhv cümlələr olur; məsələn, Aydan nümunəsində valideyn Aydana belə deyir: "Divanın üstündə tullana bilməzsən. Bu divan heç bilirsən neçəyə alınıb? Kreditlərin ödənilməsi hələ də bitməyib. Borcumuz var. Tullanmaq səbəbindən divanın yayları yerindən çıxa bilər." Bu sözlər əvəzinə Aydana birbaşa olaraq "Düş divandan aşağıya" deməlisiniz.


Şərhlər: 11
Baxılıb: 516
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
Uşağa əmrle danışmaq olmaz. Uşaq onda dediyinin iki qatını deyib cavab qaytarır mən uşaqlara əmr verən kimi etmirlər ama sığallayıb deyəndə cannan basnan edirlər dediyimi o vaxtdan elə öyretseydi m mülayim dillə danışmağı indi üzümə yapismazdilar
ta bunlardan keçdi öz uşaqlarımı yaxşı tərbiyə edəcəm təşəkkürlər
21 aprel 2015 17:15
# 11
cinqosh
çox çətin məsələdi uşaq tərbiyə etmək. məncə də, əvvəl mehribanlıqla, sonra əmrlə müraciət etmək lazımdır. gözümün düşmənidi üzr istəyirəm sırtıq uşaq.düz gözüvün içinə baxa-baxa bildiyini edir. belə uşaqlara nə incəlik çatır, nə əmr.
21 aprel 2015 12:42
# 10
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Qlamurr
Uşaq tərbiyəsində ən yaxşısı psixoloqla məsləhətləşmək,necə davranacağını müəyyənləşdirməlisən.
21 aprel 2015 10:25
# 9
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
BARBI
Her sey usaga duzgun terbiye vermekden asilidir duzgun terbiye goturen usaqlar her seye emel edir
21 aprel 2015 08:41
# 8
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
indiki usaqlara nege muraciyet edirsen et qorxmurlar onsuzda bildiklerinide edirler genede emrle danishmqin terefinde deyilem
21 aprel 2015 02:03
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nur k-off
Hec xowum gelmir uşagin terbiyesiz olmağin
21 aprel 2015 01:33
# 6
SVETA
rəmsə
Papam hərdən mənə hirsdənib deyir,day yığışdır bu uşaqlarla icazə ilə danışmağı:),sizin dediyiniz kimi o da deyir uşaqlarla əmrlə danış.Çox ərköyün böyütmüşəm,əsasəndə qızımı.
21 aprel 2015 01:12
# 5
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
aliceWOnDer
Usağın terbiyəsi bir başa valdeyindən aslıdı
21 aprel 2015 00:19
# 4
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
KRALİCEM
Off zeyneb indiden erkoyun orgenib
20 aprel 2015 23:22
# 3
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
Fialka
Uşaq var icazəsiz və yaxud da yersiz hərəkətlərə yol vermir, uşaqda var evdə böyük saymır ,heç kəsə qulaq asmır bütün bunların başında verilən tərbiyə dayanır . Düzgün verilmiş tərbiyə sonradan problemlər yaratmaz..
20 aprel 2015 23:11
# 2
Nezka
Uşağın tərbiyəsinə vallideyn xüsusi diqqət etməlidi
20 aprel 2015 23:03
# 1
İçimi görsən mənə aptek alarsan.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz