Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İlk dəfə ana olanların etdikləri səhvlər
İlk dəfə ana olanların etdikləri səhvlər
Göndərən: Wiyinka
Şərhlər: 11
Baxılıb: 1071
Səs ver:
İlk dəfə ana olmaq həyəcan vericidir və naşılıqlardan doğan bəzi səhvləri etmək qaçınılmazdır.  Bu həyəcan verici günlərdə sizə köməkçi ola biləcək məsləhətlər verir... 

Körpə oyaqkən dırnaqlarını kəsməyin.Çünki o yatarkən körpənin dırnaqlarını kəsmək daha asandır. Körpəniz oyaqkən əllərini davamlı yelləyəcəyi üçün dırnaq kəsmək həm çətin, həm də təhlükəli ola bilər.

Atanın körpəylə ünsiyyət qurmasına şərait yaradın. Bəzən analar ataları, bu mövzuda tam təcrid edirlər. Analığa özlərini o qədər aludə edirlər ki, atanın körpəylə ünsiyyət qurmasına və ona baxmasına imkan vermirlər. Siz bu səhvi etməyin, atanı da tez-tez körpənizlə vaxt keçirməsinə şərait yaradın...

Bəzən yeni ana olanlar, sual verməkdən çəkinirlər. Suallarının yersiz və ya utanc verici olmasından qorxurlar. Əslində, mövzu körpə baxımı olunca, yersiz sual deyilən bir şey yoxdur. Bütün suallarınız üçün uşaq həkiminizə müraciət edə bilər, ananızdan, yoldaşlarınızdan kömək ala bilərsiniz.

Körpəniz üçün edəcəyiniz ən böyük yaxşılıq onun tək bir əmziyə alışmasına maneə törətməkdir. Ona görə vaxtaşırı körpənizin əmziyini dəyişdirin və bir cür əmziyə alışmasına imkan verməyin.

Yeni analarda bəzən özünə etibar hissi olmaya bilir. Bunu unutmayın ki, bu dünyada kimsə, sevgi dolu bir ana qədər bacarıqlı ola bilməz. Körpənizi tanımaq, sizin içinizdə olan bir instinktdir. Analığın zamanla asanlaşacağını unutmayın.

Əmizdirməyi seçən analardansınızsa, kiçik də olsa problemlər yaşamanız çox normaldır. Bu, bir çox ananın başına gəlir və bunda utanılacaq heç bir şey yoxdur. Çox az ana heç problem yaşamadan körpəsini əmizdirməyi bacarir. Problem yaşadığınız vəziyyətlərdə kömək almaqdan çəkinməyin.

Analıq ən gözəl duyğudur. Bu gözəl günlərin dadını çıxarın!

Şərhlər: 11
Baxılıb: 1071
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
Sitat: WiRiN BaLaM
Artıq bu dönəmləri keçmişəm....yeni analar üçün faydalı lazımlı məsləhətlərdir əməl etməkdə fayda vardır.
28 sentyabr 2016 17:46
# 11
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Catwoman666
Yazılanlarla tam razıyam. İlk dəfə ana olan xanımlar bu məsləhətlərdən istifadə etməlidir.

...666...
29 iyul 2015 20:53
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
WiRiN BaLaM
Artıq bu dönəmləri keçmişəm....yeni analar üçün faydalı lazımlı məsləhətlərdir əməl etməkdə fayda vardır.
24 iyul 2015 01:48
# 9
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
SonSuz SeVGi
Duzdu korpeye baxmaqla hem mesuliyyetli hemde cetin iwdi... esasda ilk uwaga baxmaq cetindi
24 iyul 2015 01:14
# 8
lelos
Allah hamiya qismet etsin
24 iyul 2015 00:17
# 7
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Gul_Konul
Yazilanlarin coxusun dimey olarki etmiwem.
Heqiqeten gozel duygudur her qiza nesib olsun AMIN!
23 iyul 2015 23:49
# 6
ayka95
usaqa baxmaq cox mehsuliyetli isdi
23 iyul 2015 23:38
# 5
Dosta_inam
Bunlara emel etmisem, ancaq menim qizlarim, quru emziyi goturmediler, tesekkur meslehet ucun, teze ana olanlara yariyacaq meslehetdir, Allah arzusunda olan her bir xanima nesib etsin bu hissi yasamagi, Amin. Ana olmaq evezolunmaz bir hissdir.

23 iyul 2015 23:21
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
ulduz
men yoldasimla bir baxmisam .hec vaxt sual vermekden utanmamisam..bildiyimide sual etmisemki gorun qarsimdaki ne deyecek .....ele olubki nece yorulub yatmisamsa hele 4 ayliq idi atasi yatizdirmisdi..

men yoldasimla bir baxmisam .hec vaxt sual vermekden utanmamisam..bildiyimide sual etmisemki gorun qarsimdaki ne deyecek .....ele olubki nece yorulub yatmisamsa hele 4 ayliq idi atasi yatizdirmisdi..
23 iyul 2015 23:19
# 3
vipbetul
yenige ana olmus qadinlarcin daha maraqli olar
23 iyul 2015 23:04
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Usaq baxmaq cox mesuliyyet teleb eden ve cetinlik teleb eden isdir. Ilk usaga baxmaq daha cetindir
23 iyul 2015 23:02
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 
Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz