Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlarda kəkələmə problemi
Uşaqlarda kəkələmə problemi
Göndərən: Wiyinka
Şərhlər: 10
Baxılıb: 846
Səs ver:
Bir çox uşaqlar və valideynlər kəkələmə problemi ilə üzləşir. Xəstəlik olmasa da, bu ciddi bir problemdir.

Kəkələmə adətən 3-5 yaşlar arasında olan uşaqlarda inkişaf edir. Oğlanlarda qızlarla müqayisədə bu pozulma daha tez-tez hallarda inkişaf edir.

Bu günə kimi tibbdə kəkələmənin inkişaf etmə mexanizmi dəqiq təyin olunmayıb. Kəkələmənin inkişaf etmə səbəbləri arasında:

- uşağın baş beyinin funksiyalarının müxtəlif səbəblərə görə (doğuş travması, asfiksiya, baş-beyin travmaları - beyinin silkələnməsi və s., beyini zədələyən infeksiyaların keçirilməsi və s.) pozulması;

- ağır psixoloji travmalar - güclü qorxu (və ya bəzən güclü sevinc), valideynlərlə (adətən ana ilə) ayrılıq və s.

- uşağın psixikasına mənfi təsir edən uzunsürən vəziyyətlər - valideynlərin arasında olan və tez-tez təkrarlanan münaqişələr, informasiya ilə artıq dərəcədə yüklənmə (uşaqlar eyni zamanda bir neçə inkişaf dərnəklərinə yazılır; onlara eyni zamanda bir neçə dil öyrədilir və s.), ailədə poliqlossiya - ikidillilik (məsələn, valideynlər ikidilli olduqda) və s.

Solaxay uşaqları sağ əli ilə yazmağa öyrətmək də kəkələməyə təkan verə bilər.

Bəzən kəkələmə uşaqlarda özünü kəkələyən ailə üzvünə bənzətmə reaksiyası kimi inkişaf edir. Lakin bu halda da uşaq müalicə olunmalıdır.

Kəkələyən uşaqlar həmyaşıdlarla ünsiyyətdə, uşaq bağçasında, məktəbdə müxtəlif problemlərlə üzləşir ki, bu da onların davranışına, xasiyyətinə mənfi təsir edir. Belə uşaqların bir hissəsi digər uşaqlarla ünsiyyətdən çəkinir, tək oynamaq xoşlayır, qapalı və təcavüzkar böyüyür.

Kəkələyən uşaqlarda "loqofobiya" inkişaf edə bilər (uşaq danışmaqdan qorxur, çəkinir). Bütün bunlardan qurtarmaq üçün kəkələyən uşağı mütləq müalicə etmək lazımdır. Gözləməyin ki, kəkələmə müstəqil şəkildə keçəcək.

Uşaqda ilk kəkələmə simptomları hiss etdikdə dərhal həkimə müraciət etmək lazımdır. Həkimlərin fikirinə görə, kəkələmə başlanğıc mərhələsində daha tez və uğurla müalicə olunur. Bu çox vacibdir! Kəkələmə problemi ilə eyni zamanda iki mütəxəssis məşğul olmalıdır - uşaq nevropatoloqu (və ya psixonevroloq) və loqoped. Yalnız bu halda kəkələmə problemi həll oluna bilər.

Valideynlər və digər ailə üzvləri kəkələyən üşaqlarla düzgün davranmalıdır.

- Kəkələyən uşaq sakit və mehriban şəraitdə yaşamalıdır. Uşaq daim hiss etməlidir ki, onu sevirlər. Bu müalicənin lazım olan effekt verməyi üçün ən əsas şərtlərdən biridir.

- Qonaqlıqlar, səsli-küylü kompaniyalar və s. minimuma çatdırmaq lazımdır. Güclü televizor və maqnitofon səsləri da əks göstərişdir.

- Kəkələyən uşaq uzun müddət televizora baxmamalı və kompüterdə oynamamalıdır (xüsusilə yatmazdan əvvəl).

- Uşağı heç vaxt qorxuzmayın, ona qorxulu və həyacanlı nağıllar, hekayələr danışmayın və qaranlıq otaqda tək saxlamayın.

- Uşaqla hər zaman səlis və aydın danışın, danışarkən tələsməyin və uşağı tələsdirməyin. Ona çətin sözləri və ifadələri öyrətməyin.

- Ailənizdə adətən iki dildə danışdıqda, bundan mütləq imtina etmək lazımdır. Uşaqla yalnız bir dildə danışın.

- Kəkələyən uşağı heç vaxt danlamayın. Uşaq qəsdlə "pis" danışmır.

- Əsas müalicədən əlavə kəkələyən uşağın immunitetini daim möhkəmləndirin, düzgün və xeyirli qidalandırın, uşaqla tez-tez açıq havada gəzin, bədən tərbiyyəsi ilə məşğul olun.

- Kəkələyən uşaq mütləq kifayət qədər yatmalıdır.

- Kəkələyən uşağın rəqs və musiqi ilə məşğul olması çox xeyirlidir. Nəğmə dərsləri zamanı uşaq düzgün nəfəs almağı öyrənir, bu isə kəkələyən uşaq üçün çox vacibdir.

- "Leqo" kimi xırda detallardan ibarət olan konstruktorlarla işləməsi də kəkələyən uşaqlar üçün olduqca xeyirlidir. Bəzi loqopedik metodikalar məhz "Leqo" konstruktorlarla işləməsi ilə bağlıdır.

Kəkələmə mürəkkəb bir problemdir. Bu pozulmanın müalicəsi adətən uzun müddət ərzində həyata keçirilir və həm uşaqdan həm də onun valideynlərdən böyük səbir və məsuliyyət tələb edir. Bəzən tam sağaldıqdan sonra kəkələmə yenidən "qayıda" bilər. Heç vaxt ruhdan düşməyin və əlinizdən gələni etməyə çalışın.


Şərhlər: 10
Baxılıb: 846
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Lucia
Bizim qonşuda bir qız uşağı belədi,artıq 13-14 yaşı olar,onda keçmədi.elə qaldı.Düzgün müalicə olunmadı,deyəsən.
29 aprel 2015 16:22
# 10
Həyatdan heç zaman bəmbəyaz bir səhifə gözləmə!
Çünki ikinci səhifə belə,birincinin izlərini daşıyır...!
Luna-90
Sukur bele problemimiz yoxdu .buda mence genden gelen birseydi ve birde guclu qorxu stressden yaranir
29 aprel 2015 00:23
# 9
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Nezka
Belə probıemim olmayıb şükür
28 aprel 2015 13:08
# 8
İçimi görsən mənə aptek alarsan.
talis balasi
qohum usaq vardi 7 8 yasi vardi mekdebden gelirdi sosqa emirdi danisiqindada kekeleme vardi hekilmer diyirdi ki sosqani tergitse duzeler,indi 10 12 yasi olar helede kekeliyir ama evvelki kimi deyil
28 aprel 2015 09:11
# 7
vipbetul
menim bacim usaqi korpede olsa yaxsi danisa bilir iki dilde danishiriq onunla 2 yasinin olmasina baxmayaraq her iki dildede bilir sozleride aydin diyir
28 aprel 2015 01:45
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Əgər uşaqlarda bu cür danışıq qüsurları varsa leqoped müayinəsindən mütləq keçməlidirlər , tez bir zamanda üstünə düşülsə danışıq düzələ bilər ..
28 aprel 2015 00:10
# 5
aliceWOnDer
Bezi usaqların əməli başdı danşığı elədi
28 aprel 2015 00:04
# 4
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
lelos
mence qorxu ve bezi basda olan xestelikden ireli gelir Allah her bir körpelere saqlam can versin
27 aprel 2015 23:46
# 3
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Tomris Müslümova
ya dogusdan olur yada qorxudan eslinde cox vacib xeberdi bu hami ucun
27 aprel 2015 23:14
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Usaqlarda qorxu ve heyecan hallarinda kekemelik bas verir mence valideyn onu hekime aparmalidir
27 aprel 2015 23:05
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz