Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağın boşanma şokundan qorunmasının yolları
Uşağın boşanma şokundan qorunmasının yolları
Göndərən: Wiyinka
Şərhlər: 12
Baxılıb: 645
Səs ver:
Bəzi uşaqların normal, bəzilərinin isə dərin kədər hissi ilə qəbul etdiyi boşanma əslində bütün uşaqları dərindən sarsıdır.

Ailə valideynlərin, uşaqların və bacı-qardaşlar arasındakı münasibətlərdən ibarət kiçik birlik kimi tanınır. Evlilik vasitəsilə böyüyən və genişlənən bu birlik ailəyə uşağın gəlişi ilə daha da möhkəmlənir. Ailədə getdikcə artan məsuliyyət zamanla ər-arvad arasında konfliktlərin yaranmasına da səbəb olur. Əslində ata-ana olmaq çox ciddi hazırlıq tələb edən bir haldır. Çünki bu addımın heç bir şəkildə geri dönüşü yoxdur.

Uşağın fiziki və mənəvi olaraq sağlam böyüməsi üçün ailədə nizamlı həyat yaşanmalıdır. Ancaq valideynlər arasındakı mübahisələr, davalar uşaqları sözsüz psixoloji və dolayısı ilə fiziki cəhətdən xəstə etməyə zəmin yaradır. Təbii ki, ardı-arası kəsilməyən mübahisələr nəticəsində boşanmaq qaçılmaz qərara çevrilir.

Boşanma ən bəsit şəkildə ər-arvad arasında münasibətlərin sona çatması kimi tərif edilsə də, əslində bir ailənin parçalanması və birliyinin pozulmasıdır. Valideynlərin verdiyi bu qərar heç də uşaqlarda böyüklərdəki kimi qavranılmır. Mütəxəssislərin apardıqları araşdırma zamanı ayrı-ayrı yaş qrupuna aid uşaqların boşanmanı həm fərqli cür qavradıqları, həm də fərqli reaksiya verdiyi məlum olub.

Körpəlik dövrü kimi adlandırılan 0-2 yaş qrupuna aid olan uşaqlarda bu dövrdə ən çox rastlanan yuxu, qidalanma, həddindən çox ağlama kimi problemlər yalnız valideynlərin davranışları ilə öz qaydasına düşə bilər. Buna görə də bu dövrdə xüsusilə ananın bütün qayğı və sıxıntılarını hiss edən körpənin yanında mübahisə etməkdən çəkinmək lazımdır.

2 yaşdan 6 yaşa qədər davam edən məktəbəqədər dövrdə uşaq boşanmanın izlərini ən dərin şəkildə hiss edir. Bu yaş qrupuna aid uşaqlar özlərini günahlandıraraq valideynlərinin onu cəzalandırdıqları üçün boşandığı qənaətinə gəlirlər. Uşağa bu cür dərin psixoloji sarsıntılar yaşatmamaq üçün valideynlərin boşanma qərarını düzgün planlaşdırmaları mütləqdir. Valideynlər bu qərarı verdikdən sonra nəticəni birlikdə uşağa izah etməlidirlər. Çünki uşaq ailə birliyinin pozulduğu üçün deyil, özünün vəziyyətinin necə olacağı ilə bağlı şübhə və narahatçılığın üzüntüsünü yaşayır.

6 yaşdan sonra uşaq problemləri başa düşərək anlayış göstərsə də, zamanla valideynlərdən birinə düşmənçilik hissi bəsləyə bilər. Bu isə uzun müddət valideynlərlə uşağın ünsiyyətinə ciddi zərər verəcək. Bu səbəbdən valideynlər boşandıqdan sonra uşağın yanında bir-biri haqqında xoşagəlməz sözlər danışmamalıdırlar.

Əks tərəfə olan mənfi duyğular heç bir şəkildə uşağın yanında büruzə verilməməlidir.

Xüsusi ilə yetkinlik dövrünün başladığı 10-12 yaş dövründə boşanma qərarını uşağa demək çox çətin bir prosesdir. Yetkinlik dövrünün sıxıntılarını yaşayan uşaq valideynlərinin bu qərarını dərk etməyə çalışır. Bu dövrdə uşağın boşanma qərarını səssiz, heç bir reaksiya vermədən qəbul etməsi mümkünsüzdür. Araşdırmalar zamanı bu yaş qrupuna aid olan yeniyetmələr inboşanma qərarına olan qəzəbini dostlarına və ya müəllimlərinə yönləndirdikləri məlum olub.

Şübhəsiz bütün yaş qrupları üçün boşanma ağır və sarsıntılı bir prosesdir. Ailənin ən kiçik üzvinin bu qərarın təxiri üçün əlindən heç bir şey gələ bilməməsini hiss etməsi isə olduqca travmatikdir. Bu travmanının daha da böyüməməsi və qalıcı olmaması üçün valideynlər boşandıqdan sonra uşaqla bağlı məsələlərdə daima həmrəy olmalıdırlar. Boşanmaq uşağın məsuliyyətindən yaxa qurtarmaq kimi qəbul edilməməlidir. Uşaqlar boşanmanın yalnız ata və ana arasındakı şəxsi münasibətin bitirdiyini, özü ilə bağlı bütün münasibətlərin isə dəyişməz qaldığını hiss etməlidir. Ancaq bu cür boşanma uşaqda yüngül izlər buraxa bilər. Əks təqdirdə özünüz öz əlinizlə övladınızı qüsurlu şəxsiyyətə çevirərsiniz.


Şərhlər: 12
Baxılıb: 645
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Rakella
Allah hec kime gostermesin cox pis seydi
25 aprel 2015 17:06
# 12
Impossible is not a word,it's just a reason for someone not to try
Catwoman666
valideynlerin bosanmasi davasi ve s. bunlar usaqlara coooox piss tesir edir. amma ele her gun olan soyuq munasibetdense birdefelik bosanmaq ve bu soz sohbetlere "son" vermek daha yaxsidir. amma butun hallarda usaqlar bunun eziyyetini cekir.............
25 aprel 2015 15:47
# 11
"All men must die, but we are not men"

Daenerys Targaryen
Luna-90
Allah uzaaq etsin hec kime gostermesin allah.1saat atasini gormuyende deyir atam hani o gelene kimi cox darixir onsuz.vabse bizim oglumuz bize cox baglidi valideynlerini bu qeder seven usaq az olar.
24 aprel 2015 20:55
# 10
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
lelos
hec kese qismet olmasin boşanma uşaqada pisxoloji tesir baqişlayir en çox ezab çekende uşaqlar olur.
24 aprel 2015 07:27
# 9
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
vipbetul
Rebbim butun aileleri butun usaqlari bu cur aile prablemi yasatmasin Amin Insallah
24 aprel 2015 01:00
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Antikvar
Bu səbəbdəndi bir çox əziyyət çəkən qadınlar sırf uşaqlarina görə boşannağı gözə almırlar.Boşanan ailələrin böyükləri svabodna gün keçirtdiklərini hiss eləssələrdə ən böyük çətinliklər o boşanmadan sonra baş tutur.Uşaqın həm psixoloji həm mənəvi cəhətdən çətinlik əziyyət çəkir.Özünü az yaşıdlarının içərisində tənha,nələrinsə çatmadığını hiss edir.Buda pis fəsadlara gətirib çıxardır.evdən qaçmalar və.s problemler.
24 aprel 2015 00:35
# 7
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Fialka
Allah heç bir ailəyə göstərməsin boşanmanı, çünki hamıdan çox doğulan körpələr, uşaqlar əziyyət çəkir, həm psixoloqiyası pozulur həmdə tam bir ailədə böyüyə bilmir ..
24 aprel 2015 00:17
# 6
Nezka
Uşaqlara pis təsir edir ata ana arasında seçim etməli olur
24 aprel 2015 00:06
# 5
İçimi görsən mənə aptek alarsan.
aliceWOnDer
usaqlar ezab cekir valdeyin bosananda
24 aprel 2015 00:06
# 4
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Meleknur
Uwaglarin psixologiyalari pozulur
23 aprel 2015 23:48
# 3
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Nur k-off
Evlenerken her weyi nezere almaq lazimdir
23 aprel 2015 23:37
# 2
SVETA
BARBI
Her zaman deyirem bosanmadan en cox eziyyet ceken usaqlardir. Her zaman yuva yixarken mutleq usaqlarida nezere almaq lazimdir. Bu hallarda psixologiyalari cox pozulur
23 aprel 2015 23:11
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz