Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaq serebral iflici
Uşaq serebral iflici
Göndərən: Qlamurr
Şərhlər: 11
Baxılıb: 876
Səs ver:
Uşaq serebral iflici termini ilk dəfə 1893-cü ildə məşhur alman psixoanalitik Ziqmund Freyd tərəfindən təklif edilmişdir.

Uşaq Serebral İflici baş beynin doğuşdan əvvəlki, doğuş zamanı və ya doğuşdan sonrakı dövrlərdə müxtəlif səbəblərdən zədələnməsi nəticəsində əmələ gələn, adətən erkən uşaqlıq dövründə aşkarlanan və hərəki pozğunluqlarla: ifliclər, əzələ zəifliyi, koordinasiya pozğunluqları, qeyri-iradi hərəkətlərlə xarakterizə olunan bir haldır.

Beyinin zədələnmə dərəcəsindən asılı olaraq meydana çıxan simptomların ifadə dərəcəsi də müxtəlif olur: yüngül, zəif nəzərə çarpan və ya çox ağır, tam əlilliyə gətirib çıxaran zədələnmələrə qədər.

Bu uşaqlarda epileptik tutmalar, psixi inkişaf ləngiməsi, qavrama və öyrənmə çətinlikləri, görmə, eşitmə, nitq, intellekt pozğunluqları da müşahidə oluna bilər. Baxmayaraq ki, serebral iflicli uşaq çox zaman əqli inkişafdan geri qalmış uşaq kimi təəsurat yaradır, bu heç də həmişə həqiqətə uyğun olmur.

Serebral iflicə oxşar vəziyyətlər istənilən yaşda keçirilmiş infeksion xəstəlikdən, insultdan və yaxud kəllə-beyin travmasından sonra əmələ gələ bilər.

Ziqmund Freyd tərəfindən təklif edilmiş nəzəriyyəyə görə uşaqda beynin zədələnməsi bətndaxili dövrdə baş verir. Digər alim – Uilyam Littl isə israr edirdi ki, zədələnmə doğuş prosesində baş verir və serebral iflic doğuş zamanı uşağın beynində oksigenin çatışmazlığının nəticəsi olur.

Lakin məlumdur ki, yenidoğulmuş uşaqlar oksigen defisitini daha yüngül keçirir və doğuş yollarından keçməsi bir qədər travmatik olsa da, adətən beyinin zədələnməsinə səbəb olmur.
Beləliklə, uşaq serebral iflicin inkişaf etmə səbəbi tibbdə hələ ki dəqiq məlum deyil.
Son zamanlar alman nevroloqların geniş elmi tədqiqatlar zamanı məlum olub ki, serebral iflicin inkişafına irsiyyət də müəyyən təsir edir. Belə ki, araşdırmalar zamanı aşkar olunub ki, ailədə serebaral iflic halların olması bu ailənin digər nəsillərində bu pozulmanın inkişaf etmə riskini artırır.

Hal-hazırda serebral iflicin risk faktorları aşağıdakılar hesab olunur:

1. Hamiləlik dövründə:
- Hamiləlik zamanı ananın infeksion xəstəliklərə tutulması (məs. məxmərək, herpes, sitomeqalovirus, toksoplazmoz və s)
- Rezus-konflikt
- Anada olan bəzi xəstəliklər və pozulmalar (şəkərli diabet, hamiləlik toksikozu, preeklampsiya, qanaxmalar, anemiya, stress, pis qidalanma – vitamin və mikroelementlərin çatmamazlığı )
- Ananın zərərli vərdişləri (narkomaniya, siqaretçəkmə, alkoqoldan istifadə)
- Ananın yaş faktoru (18-dən aşağı, 35-dən yuxarı)
2. Doğuş zamanı:
- Dölün asfiksiyası (boğulması)
- Doğuş travmaları
- Vaxtından əvvəl doğuşlar
- Gecikmiş doguşlar
3. Doguşdan sonra
- İnfeksiya və ya susuzlaşma nəticəsində yüksək bədən hərarətinin beyinə təsiri
- Beyin infeksiyaları
- Suda boğulma, qazdan zəhərlənmə və digər səbəblərdən baş verən oksigen çatmamazlığı
- Beyin travmaları
- Beyinə qansızma
- Məişət zəhərlənmələri
- Beyində şişlərin olması.

Serebral iflic hallarının 30%-nin səbəbi məlum deyil
İnkişaf etmiş ölkələrdə 1000 yenidoğulmuş uşaqdan 2-5-də serebral iflic aşkarlanır. Hal hazırda bu pozulmanın artması tendensiyası müşahidə olunur.

Uşaq serebral iflici müalicəyə tabe olmur, lakin bu o demək deyil ki, belə uşaqlara kömək etmək qeyri-mümkündür. Yenidoğulmuş uşağın beyni bu zədələnmənin kompensasiyası üçün çox böyük potensiala malik olur. Buna görə də problemin erkən müəyyənləşdirilməsinin əhəmiyyəti çox böyükdür. Davamlı reabilitasiya tədbirləri nəticəsində serebral iflici olan uşaqlar gözəl nəticələr göstərə bilər.


Şərhlər: 11
Baxılıb: 876
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qlamurr
Hamiləliyin düzgün keçirilməsi vacib amildir,həmçinin də vaxtlı-vaxtında həkim müayinəsində olmaq.
12 aprel 2015 11:47
# 11
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
rəmsə
Allah uzaq elesin,evlad derdi cox boyuk dertdi.Qocalar demisgen Allah ne verir versin hamile qadinlara ,esas odurki eli ayagi duzgun olsun,saglam olsun...
11 aprel 2015 22:13
# 10
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Melissa
oyy Allah uzaq elesin ele seylerden
11 aprel 2015 22:01
# 9
Catwoman666
oyyy iflic cox pis xestelikdir allah qorusun
11 aprel 2015 20:52
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
BARBI
Bu kimi problemlerin koku hamileliye baglidir hamilelikde surduyun heyat terzinnen cox sey asilidir
11 aprel 2015 20:51
# 7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
xeyalperest
Allah uzaq elesin.duzu bu haqda melumatim yox idi ona gorede maraqli oldu tewekkur
11 aprel 2015 20:14
# 6
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Fialka
Uşaqlarda bu cür iflicin olduğunu bilmirdim düzü ama qeyd olunduğu kimi çox şey analardan asılıdır onlar nə qədər sağlam həyat tərzi sürsələr hamiləlikdə bu cür serebral iflicdə az və yaxud da heç olmaz..
11 aprel 2015 20:09
# 5
aliceWOnDer
İlk dəfə eşidim bu haqda maraqlı oldu
11 aprel 2015 19:58
# 4
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Nezka
Eşitməmişdim bu xəstəlik haqqında Allah uzaq eləsin
11 aprel 2015 19:51
# 3
İçimi görsən mənə aptek alarsan.
Tomris Müslümova
bilmirdim bu haqda
11 aprel 2015 19:43
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
vipbetul
Allah uzaq elesin
11 aprel 2015 19:41
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz