Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Valideynlərin 7 ziyanlı vərdişi
Valideynlərin 7 ziyanlı vərdişi
Göndərən: Qlamurr
Şərhlər: 13
Baxılıb: 1065
Səs ver:
Ailədə psixoloji ab-havaya bir çox amillər təsir edir.
Psixoloqlar müasir valideynlərin əksəriyyətinin meyil etdikləri və ailə səadətinə zərbə vuran bir neçə zərərli vərdişləri qeyd ediblər. Bəlkə də onların hamısını, ya heç olmazsa, bir neçəsini tərgitməklə özünüzün və uşaqlarınızın daha çox xoşbəxt olmasına şərait yarada bilərsiniz.

1. Başqa valideynləri mühakimə etmək vərdişi.
Yəqin ki, əksəriyyətimiz hansısa ananın parkda uşağına qışqırmasını və ya onu fəstfutla qidalandırmasını görərkən düşünürük: "Necə fərsiz anadır? Heç belə də iş olar?" Əslində, hər birimiz həyatımızın müəyyən anlarında düzgün və ya səhv qərar qəbul edə bilərik. Bundan başqa, kimisə ittiham etmək, hətta haqlı olsan belə, həmişə doğru yol sayılmır.

2. Özünü pis valideyn saymaq vərdişi.
Heç kəs ideal deyil, lakin öz qüsurlarınız haqqında danışmaq, ələlxüsus da uşaqların yanında yolverilməzdir. Uşaq təhlükəsizlik hissinə möhtacdır, o, daima ata və anasının dünyada hər kəsdən yaxşı olduğunu düşünmək istəyir.

Hətta əgər hansısa an özünüz buna şübhə etsəniz belə, övladınızın bundan şübhə duymasına əsla yol verməyin! Hər şeydən əvvəl özünüzə qarşı lütfkar olun, yalnız bu yolla ailənizin və ətrafınızın qayğısına xeyirxahlıqla qala bilərsiniz.

3. Daima əlaqədə olmaq vərdişi.
Əgər istirahət günləri kafelərin yay artırmalarına fikir versəniz, yəqin ki, camaatın içində oturub telefon və ya planşetinə "qərq olan" insanları görərsiniz. Onların xüsusilə də guya uşaqları ilə vaxt keçirməyə gələn valideynlər olması kədər doğurur. İstirahət günlərinizdə telefon zəngləri və məktublara cavab verməyə borclu deyilsiniz, ümumiyyətlə telefonsuz və internetsiz də keçinə bilərsiniz. Heç olmasa, bircə dəfə sınayın və ailənizlə keçirdiyiniz vaxtın necə dəyərli olduğunu özünüz görəcəksiniz.

4. Uşaqlar üçün əziz olan kəsləri "çamura bulaşdırmaq" vərdişi.
Ola bilsin ki, hansısa yaxınınız və ya qohumunuz sizin xoşunuza gəlmir. Ancaq əgər həmin insan və onunla ünsiyyət uşağın xoşuna gəlirsə, körpəni o adama qarşı yükləməyin. Qoyun körpə öz uşaqlığından həzz alsın, onu böyüklərin oyunlarına qatmayın.

5. Hər şeyi nəzarətdə saxlamaq vərdişi.
Heç bir valideyn istəməz ki, övladı fiziki və ya psixoloji əziyyət çəksin, odur ki, onu qorumaq üçün hər bir vəchlə çarpışıb vuruşur. Ancaq bəzən bu müdafiə total nəzarətə çevrilir. Uşaq isə tez, ya gec bu nəzarətdən qurtulmağa can atır. İmkan verin uşaq (müəyyən hüdudlar daxilində) səhv də etsin, ona inkişaf üçün şərait yaradın, sanki yanındaymışsınız kimi müşahidə edin. Ancaq unutmayın ki, siz nəzarətçi deyilsiniz, o isə müttəhim.

6. Uşağın hər bir hərəkətinə göz yummaq vərdişi.
Əlbəttə, uşağı yeni oyuncaqlarla, dondurma və s. ilə sevindirməyi hər kəs istəyər, xüsusilə, buna imkan varsa... Ancaq hər bir uşaq məhdudiyyət tanımalıdır, heç olmasa, hərdən bir uşağa "yox" demək lazımdır. Əks halda siz tezliklə "səxavətinizlə" ərköyünləşdirdiyiniz uşağın sərhədsiz tələbləri ilə üz-üzə qalmaq riskindəsiniz.

7. Öz hisslərinizi gizlətmək vərdişi.
Bu, daha çox atalara aiddir. "Mən səni sevirəm" – cəmi üç qısa sözdür, ancaq uşaq üçün (əslində, elə hər kəs üçün – tərc.) dünyalara dəyən və bəzən eşitməyə çox ehtiyac duyduğumuz əhəmiyyətli bir cümlədir. Onu dilə gətirmək üçün xüsusi bir məqam gözləməyə ehtiyac yoxdur.


Şərhlər: 13
Baxılıb: 1065
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
7 qaydanin her birisi cox duzgun sekilde qeyd olunub her bir valideyn emel etse cox gozel olar
31 mart 2015 14:47
# 13
aliceWOnDer
valdeyin istemez usagina qarsi pis verdisi olsun
31 mart 2015 14:43
# 12
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
lili)
men nece serbest boyumusemse usaqlarimida ele boyudurem cercive icerisinde dostam usaqlarimla
31 mart 2015 12:05
# 11
Qlamurr
Xəbəri redaktə edənə təşəkkür...Reallıq budur ki,uşağa necə tərbiyə verirsən,necə davranırsan, o cür də cəmiyyətə adaptasiya olunur.Valideyn də uşaq üçün böyük nümunədi,yəni nəyisə səhv edirsə,övladı da onu təkrarlayacaq.
31 mart 2015 11:24
# 10
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
cinqosh
Hamisi ile tamamile raziyam.cox teessuf ki biz valideynler beleyik.tsk
31 mart 2015 10:53
# 9
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Dosta_inam
Duz qeyd olunub.uwaqla hem uwaq hem dost olmaq lazimdir ki.boyuyende sozunu adam cekinmeden sene deye bilsin.mende caliwdigim qeder qizlarimla dost olmaga caliwiram.tewekkur
31 mart 2015 06:27
# 8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Luna-90
Biz ovladimizla hem valideyn hemde dostuq .
31 mart 2015 02:29
# 7
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Catwoman666
valudeyn olmagima.hele cox var)) ona gore de bu haqqda nese yaza bilmeyecem)
31 mart 2015 01:54
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
_BELOSNEJKA_
SaLAMLAR ESLİNDE MEN ELE ETMEK İSTEMİREM ETMİREMDE AMMA OGLUMUN ATASİ BASDA OLMAGLA NENE BABA UMUMİYETLE HAMİ ELE elitir
31 mart 2015 01:31
# 5
REBBİM TUTULAN ORUCLARİ QİLİNAN NAMAZLARİ QEBUL ETSİN İNSALLAH AMİN
Turkan Abbasova
Insallah oglumu terbiyeli agilli calisqan. Boyuderem. Allahim butun valideynlere yardim ol
31 mart 2015 01:23
# 4
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
BARBI
Teesufki coxu valideynde bu pis verdisler var
30 mart 2015 23:48
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Uşaqların tərbiyəsinə diqqətlə yanaşmaq lazımdır həmçinin qeyd olunan hər incə nüansa da fikir verməkdə fayda var.
30 mart 2015 23:35
# 2
vipbetul
menim valideyinler cox gozel esl iinsanliq goturulesi valideyinlerdir cox sukur
30 mart 2015 23:26
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz