Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Övladın oğlan və ya qız olması valideynlərin əlindədir
Övladın oğlan və ya qız olması valideynlərin əlindədir
Göndərən: NoName
Şərhlər: 25
Baxılıb: 4248
Səs ver:
Uşağın cinsiyyətiylə bağlı hesablamalar, əlbəttə, təxminidir və xromosomların xüsusiyyətinə əsaslanır.

Insanın cinsiyyətini müəyyən edən xromosomların kombinasiyasıdır. XY birləşməsi kişi, XX isə qadın deməkdir. Ona görə də qadının yumurta hüceyrələrinin hamısında yalnız X xromosomu olur. Amma kişinin spermatozoidləri ya X, ya da Y xromosomunu daşıyır. Mayalanma zamanı bu xromosomlardan biri qadının X xromosomu ilə birləşir. Beləliklə X xromosomu X-lə birləşərsə XX—qız, Y-lə birləşərsə XY—oğlan olar.

Xromosomların birləşməsinə təsir etmək olarmı?

Xromosomları hətta laboratoriya şəraitində, süni mayalanma zamanı birləşdirəndə belə 100% nəticə əldə olunmur. Ancaq məlumatlı olsanız, bəlkə də istədiyiniz nəticəni əldə edə bilərsiniz.

Kişilərə məxsus Y xromosomlarını daşıyan spermalar daha sürətli, hərəkətli olur və yumurta hüceyrəyə daha tez çatır. Amma Y xromosomları X-dən fərqli olaraq, zəifdir və tez məhv olur. Ona görə də oğlan övladı, yəni Y-in X-lə birləşməsini istəyənlər mayalanma günü, ya da mayalanmadan əvvəlki gün cinsi əlaqədə olmalıdır. (Mayalanma menstruasiyanın ilk günündən iki həftə sonra–ikinci həftənin sonu, üçüncü həftənin əvvəli baş verir.)

Qız övladı istəyirsinizsə, mayalanmadan ən azı 2-3 gün əvvəl cinsi əlaqədə olmalısınız. Çünki X xromosomunu daşıyan spermalar bir neçə gün qalıb, mayalanma dövrünü gözləyə bilir. Y xromosomları isə zəifdir və mayalanma gününə qədər qalmaya bilər. Nəticədə ananın X xromosomları atanın X xromosomları ilə birləşər və qız (XX) övladı dünyaya gələr.

Cütlüyün cinsi fəallığı da uşağın cinsiyyətinə təsir edir. Cütlük çox fəaldırsa, yəni hər gün, ya da bir gündən bir cinsi əlaqədə olursa, onların övladının oğlan olacağı ehtimalı böyükdür. (Bu da xromosomların fəallığı prinsipinə əsaslanır. Y xromosomları fəal olduğundan qadının X xromosomu ilə daha tez birləşir). Cütlüyün cinsi fəallığı az olanda qız doğulur.

Çünki mayalanma dövrünə qədər yalnız X xormosomları yaşayır.

Uşağın cinsiyyətini müəyyən etmək üçün riyazi üsullar var. İki populyar üsulla tanış olun.

1. Mayalanma zamanı ana öz yaşını göstərən rəqəmdən 19 rəqəmini çıxır. Alınan rəqəmin üzərinə doğuşun planlandığı ayın göstəricisi olan rəqəmi gəlir. Tək ədə alınsa oğlan, cüt ədəd alınsa qız uşağı doğulacaq.

2. Sadə tənlikdən istifadə edirik:
49-(3xM-Y+1)
M—mayalanma günü (təxmini)
Y—ananın yaşı (mayalanma zamanı)

Bu düsturla hesablama nəticəsində cüt ədəd alınsa oğlan, tək ədəd alınsa qız uşağı gözləmək olar.

Qədim inanclar da var.

Qədim Çin və Yapon üsullarına görə oğlan övladına sahib olmaq istəyirsinizsə, yağmursuz gecədə, göydə aypara görünəndə cinsi əlaqədə olmalısınız. Otaq sərin olmalı, pəncərənin nəfəsliyi açıq qalmalıdır. Qadın başı şimala doğru uzanmalı, yastığının altına kişiyə məxsus əşya qoymalıdır.

Bu vacib gecədən əvvəlki 3 həftə ərzində qadın ət, balıq yeməkləri, meyvə, meyvə qurusu, kartof, göbələk yeməli, çay, şirə içməlidir. Balıqdan başqa dəniz məhsulları ilə qidalanmamalıdır. Süd və süd məhsullarından, yumurta sarısı və un məhsullarından, eləcə də çörəkdən imtina etməlidir. Gecə ərəfəsi kişi soyuq su ilə yuyunmalıdır.

Qız övladın istəyənə yağışlı gündə, göydə bədirlənmiş ay görünəndə cinsi əlaqədə olmağı tövsiyyə edirdilər. İnanca görə yatağa axşamçağı girməli, otağı çəhrayı bəzəməli, qadın başı cənuba uzanmalı, yastığının altına çəhrayı lent qoymalıdır. Pəncərənin nəfəsliyi bağlanmalı, otağa ətir səpilməlidir. O gecədən əvvəlki 3 həftə ərzində ana süd məhsullarından bol istifadə etməli, göyərti, xiyar, kök, çörək yeməlidir. Meyvə qurusu, ət və duzlu yeməyi azaltmalıdır.

Deyilənə görə kişi qadınını, qadın onu sevdiyindən çox sevirsə, oğlan, əksinə olanda qız doğulur.

Unutmayın ki, bala insan üçün ən şirin paydır. Siz artıq hamiləsinizsə, uşağın cinsiyyəti barədə arzularınızı unudun! Balanızın özünü arzuolunmaz varlıq hesab etməsinə imkan verməyin!


Şərhlər: 25
Baxılıb: 4248
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Alivin
Hele de bele şeylere inananlar var

Şerh yazıram yarım gedir niye? ;(
23 iyul 2015 15:18
# 25
vipbetul
bunlar bosh seylerdi,her sey Allahin elindedir
9 mart 2015 00:29
# 24
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
MiRA
esas odur xeyirlisi olsun twk
8 mart 2015 16:03
# 23
Qədrimi bil -_-GECƏ-_- bir sənə göz yumuram...!
Nazan
ay men ekiz sevirem
5 mart 2015 16:08
# 22
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
aLoNe AnGeL
her ikisi Allah vergisidir ezizdir 01 01
3 mart 2015 18:11
# 21
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
ay.dan
menim inwallah qizim olar )))
2 mart 2015 23:21
# 20
O, sinən də yatarkən narahat olmasın deyə dərindən nəfəs almamaqdır sevgi♥♥♥
Aysel Tatli
Bele weylere inanmiram her weyi veren allahdir
2 mart 2015 20:47
# 19
uliçka
Bu haqda məlumatı bilirdim...Amma oğlan qız fərqi yoxdur, əsas odu ki, sağlam olsun
2 mart 2015 12:09
# 18
Həyat kino kimidir,ən marağlı anında bitir
ayan97
Ne olursa olsun esas layiqli ovlad olsun. Insallah xeyirlisi.
2 mart 2015 11:18
# 17
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
leyla_258
beli onu test edib oyrenirler.

menim qohumumun basina gelib.
2 mart 2015 11:08
# 16
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
KRALİCEM
Ya oglan ya qiz ferqu nedi rebbimin sirin payidilar
2 mart 2015 10:34
# 15
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
isveç.de
Körpənin qız və ya oğlan olması birinci növbədə Allahdan ikinci kişidən üçüncü isə qadınan aslıdır. Niyə qadın dedim?... çox sınaqlar etmiş gəlinlərdən eşitmişəmki cinsi Əlaqə zamanı qadın kişidən qabağ həvəsin öldursə onun mutləq oğlu olur bunu dəqiq bilirəm.
2 mart 2015 04:31
# 14
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Fiorella
Sitat: ece uslu
maraqli dusturdu goren duz olur?

Duzdu men bu dusturla oz dogdugumuda kiminde vaxt bilirdimse yoxladm dumduz cxdi.mende bu defede oglan olacag deyesen
2 mart 2015 02:02
# 13
ece uslu
maraqli dusturdu goren duz olur?
2 mart 2015 01:20
# 12
AYKA-ISI
neyse bele weylere inanamiram bele weyler duz olsaydi abortlarda olmazdi yeqinki
2 mart 2015 00:28
# 11
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
aziz a
Men bunu Quran mocuzeleri kitabindan oxumusdum, kisiden asilidi usagin cinsiyyeti.
2 mart 2015 00:03
# 10
Qelbim doludu !!!!
birdane
ferqi yoxdu qiz ve ya oglan teki allah tala bize saxlam usaq nesib etsin menim hem qizim var hemde oglum ferq elemirem ikiside menim canimdilar allah saxlasin butun balalari menimkileride onlarin icinde
1 mart 2015 23:23
# 9
...heyat cox sade ve gozel ola bilerdi....
eger men her seyi bu qeder cox ureyime salmasaydim...
krisa
Duzdur qizin ve oglanin nece olmasi arasdirilib,buna soz yox.Hamisi yene Allahin elindedir.Bunlari bilirdim.
1 mart 2015 23:20
# 8
gulunnn
Allah ne verese versin saglam olsun teki amin
1 mart 2015 23:20
# 7
Qlamurr
Xromosom söhbətini bilirdim,yəni uşağın hansı cinsdən asılı olması birbaşa kişidən asılıdır....ancaq kişilər nədənsə günahı qadında görür....
Rəbbimiz hamımıza xeyirli övlad nəsib eləsin,fərqi yoxdu qız ya oğlan.....
1 mart 2015 22:46
# 6
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
aynur2002
Hansi olursa olsun saglam olsun.
1 mart 2015 22:30
# 5
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
Fialka
Hardasa belə hesablamalar ola bilər ancaq inanmıram hər şey Allahın əlindədi...
1 mart 2015 22:20
# 4
rəmsə
Eşitmişdim bu haqda.Ama inanmıram,hər şey yaradanın əlindədir
1 mart 2015 22:07
# 3
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
qanadli melek
Ovlad Allahin hediyesidir oglan qiz ferq etmeden wukur ederek qebul etmek lazimdir
1 mart 2015 22:07
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
bele seylerde mueyyen qeder uygunluq var ama qiz ya da oglan olmasi allahin qismetidir
1 mart 2015 22:04
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz