Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ögey anaların hamısı ögeymidir?
Ögey anaların hamısı ögeymidir?
Göndərən: Qlamurr
Şərhlər: 18
Baxılıb: 659
Səs ver:
"Ögey ana" deyəndə yəqin bir çoxumuzun təhtəlşüurunda uşağı incidən, onu müxtəlif işlərə buyuran əzazil xarakterli qadın obrazı canlanır. Roman və seriallarda da gördüyümüz təxminən buna bənzər rollar bizim düşüncələrimizdəki bu obazı daha da möhkəmləndirir.

Ögey ananın psixologiyası
Ögey anaya istəmədən yüklənən bu imic qadının psixologiyasına birbaşa təsir edən faktordur. Ana daim ona yüklənən bu imicdən hisslərini sıxışdırmaqla, iradlarını bildirməmək kimi müxtəlif yollarla qurtulmağa çalışır. Bu üsullar da nəticə etibarı ilə onun psixologiyasında öz təsirini göstərir.

Normalda bioloji ananın öz övladına tərbiyə prosesində asanlıqla ortaya qoyduğu davranışı ögey analar "səhv başa düşülərəm" deyə ögey övladla münasibətdə sərgiləyə bilmir. Ögey analar bəzən uşağa özlərini qəbul etdirmək naminə uşaqların onlara etdikləri hörmətsizliyin üstündən keçir, ona çoxlu hədiyyələr alır, etdikləri bəzi nadinc davranışları atadan gizlədirlər.

Uşağın psixologiyası
Azərbaycan film sənayesinin şedevrlərindən olan "Ögey ana" filmində İsmayılın davranışlarını yəqin xatırlayırsınız. Rejissor və ssenarist bəlkə özləri də bilmədən bu tip uşaqların mükəmməl psixoloji portretini yaradıblar.

İllərdir öyrəşdiyi və vərdiş etdiyi muhitinin bir anda dəyişəcəyini anlayan uşaq bütün yaşananlara ciddi müqavimət göstərməyə başlayacaq. Bu müqavimət yatağa getmə saatından tutmuş, ögey ananın bişirdiyi yeməklərdən imtinaya, anadan ataya yeri gəldi gəlmədi şikayətlər etməyə qədər uzun bir diapazonu əhatə edir.

Bu cür uşaqlarla necə rəftar etməli?
— Uşağı ilk gündən özünüzə "ana" deməyə məcbur etməyin. Bu, sizin onun üzərində hökmranlıq əldə etmək istəyi kimi qavranıla bilər.

— Digərlərinin yanında uşaq haqqında "ərimin uşağı", "o biri uşaq" kimi ifadə səsləndirməkdən çəkinin. Bu, uşaqla sizin aranızdakı sərhəddi daha da dərinləşdirəcək.

— Uşağa "Kimi çox istəyirsən? Məni, ya öz ananı?", — tipli suallar verərək ona sahiblənmə duyğusunu aşılamayın.

— Əgər uşağın bioloji qohumları ilə əlaqəsi varsa, ondan hansısa məqsədlər naminə informasiya almağa çalışmayın. Uşaq bu vəziyyəti anlayacaq və gələcəkdə bu sitautsiyadan öz məqsədləri üçün istifadə edəcək.

— Uşağın bioloji anası (əgər boşanıblarsa) ilə münasibət qurmasına, gedib-gəlməsinə qətiyyən mane olmayın.

Bəs ata necə davranmalıdır?
Uşağın dünya görüşünə görə, ögey ana, atasının evə öz anasına rəqib olaraq gətirdiyi, heç tanımadığı, özünü sevdirməyə çalışan və ailəyə hökmranlıq etmək istəyən bir qadındır. Belə hallarda vəziyyətə müdaxilə etməli olan şəxs atadır. Ata mütləq evlilikdən əvvəl övladı ilə bu barədə danışmalı, evlənəcəyi qadını onun öz anasının yerinə qoymasının vacib olmadığını, bu evliliyin sadəcə onların gələcək həyatını asanlaşdıracağını bildirərək razılıq almalıdır.

Uşağın fikrinin alınması çox önəmlidir və bu davranış gələcəkdə uşağın özgüvəninin formalaşması istiqamətində əvəz edilməzdir. Ata tək olduqda uşağın yanında onun güvənini qazanmaq üçün ögey ana haqqında mənfi rəy yaratmamalı, davranışları uşağın güvənini sarsıtmayacaq tipdə olmalıdır.

Bəzən ögey ana və ata nə qədər mehriban rəftar etsələr belə, uşaqda özünəqapanma, kefsizlik kimi əlamətlər müşahidə olunur. Araşıdırmalar göstərir ki, uşağın bu davranışının kökündə ögey ananın onu həqiqətən sevib sevməməsi şübhəsi dayanır və uşaq belə etməklə bu sevgini bir növ test etmək istəyir. Belə olan hallarda valideynlər "qızılorta"nı tutmağa çalışmalıdır.


Şərhlər: 18
Baxılıb: 659
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
qes qiz
Allah heçç bir uşağı valdeyinsiz qoymasın valdeyinler ayrılandada uuaqların düşünmelidi ve onların xetrine dözmelidi

Allah heçç bir uşağı valdeyinsiz qoymasın valdeyinler ayrılandada uuaqların düşünmelidi ve onların xetrine dözmelidi
29 mart 2015 05:11
# 18
Catwoman666
dogma ananin yerini hec kim vere bilmez amma ele " analar" (sadece dirnaqarasi analar) da var ki ovladlarina yad insandan daha soyuq munasibet besleyirler
27 mart 2015 18:51
# 17
"All men must die, but we are not men"

Daenerys Targaryen
Aysel Tatli
OGEY ANA NE QEDER YAXWI OLSADA YENEDE OGEYDIR ALLLAH HEC KIMI YETIM QOYMASIN
27 mart 2015 18:27
# 16
vipbetul
bezi tesaduf hallarda yaxsi ola bilerde ogey analar,Allah hec bir usaqi ogey valideyinle boyumeye mecbur etmesin insallah

27 mart 2015 15:33
# 15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
FISTIK
Allah hec bir usaqa gostermedin ogey pis ana..Men elimde ola butun kimsesiz korpeleri saxliyaram.Allah qorusun onlari pislerin elinen.
27 mart 2015 13:41
# 14
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
ece uslu
allah hec bir uwaqiatasiz anasiz etmesin agey ageydi ne vaxtsa bunu gosterecek
27 mart 2015 12:54
# 13
tatyana
ogey ana yaxsi olsada herkese oz anasi,anani hec kim evez ede bilmezki...
27 mart 2015 12:40
# 12
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
cinqosh
deməzdim hamısı ögeydi. Ama ögey ana uşağın öz anasının yerini verə bilməz,heç vaxt...
27 mart 2015 12:05
# 11
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Qlamurr
Allah heç bir uşağı anasız-atasız etməsin,çünki yad insana uşağa valideyni qədər əziz,doğma ola bilməz ,ya ögey valideyn pis olacaq,ya da ögey valideyn yaxşı olsada uşaq onu qəbul edə bilmiyəcək,bütün hallarda ziddiyyətli vəziyyətdi.
27 mart 2015 11:15
# 10
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
neri
allah heckese gostermesin.ele ogey analar var yaxsdi elesi var iblisdi

allah heckese gostermesin.ele ogey analar var yaxsdi elesi var iblisdi
27 mart 2015 00:49
# 9
Sert
Luna-90
Allah uzaq etsin bu haqda hec bir fikrim yoxdu
26 mart 2015 23:53
# 8
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
SENSİZ
allah hec usaqi valideyinsiz etmesin ltfen
26 mart 2015 23:42
# 7
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
BARBI
Hec de yazilannarla razi deyilem bezen ele oz analar varki ogey analar onlarin yaninda sukurdur. Esas qan bagi deyil bezi ogey analar varki usagi oz usaginnan cox isteyir
26 mart 2015 23:20
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nika_016
Allah haminin mamasinin canini sag elesin ve bawimizin ustunden eskik elemesin
26 mart 2015 23:17
# 5
aliceWOnDer
Belə bir söz var ee...Analı qızın ozu boyər, anasız qızın sozu...Deməm o ki , allah oz anamıza deyməsin...
26 mart 2015 23:13
# 4
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
lelos
Allah hec kime gostermesin bele heyati usaqlar cox vaxti qebul etmir ama atanida basa dusmek lazimdi ve atada daim maraqlanmalidir ki evde veziyyet necedi yoxsa eleleri var ki kisi evden geden kimi bir basqa olur eve gelende bir basqa Allah hamiya komek olsun.
26 mart 2015 23:12
# 3
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
qanadli melek
Allah hes kese gorsetmesin bunu ama ogey oldugunu hec hiss etdirmeyen qadinlar var
26 mart 2015 23:09
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Fialka
Ailədə bu cür vəziyyətlərdə ən çox uşaqlar psixi tərəfdən incinirlər hələ üstəlik uşaqla ögey valideyn yola getmirsə lap betər, mən deyərdim ailə faciəsidi və normal ailə adlandırmaq olmaz. Bəzən ögey valideyn yaxşı olur hər tərəfli ancaq uşaqlar qəbullənə bilmirlər və yaxudda əksinə ..Allah hər bir uşağa isti, mehriban ailə ocağı qismət etsin amin.
26 mart 2015 23:07
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz