loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqları silkələməyin
Uşaqları silkələməyin
Göndərən: Pure Love
Şərhlər: 5
Baxılıb: 4505
Səs ver:
Uşağın ağlamağından yorulmuş, bezmiş cavan valideynlər bəzən körpəni "sakitləşdirmək" məqsədi ilə onu silkələyir.
Və ya uşaqla oynayanda ana və ya ata uşağı silkələyir, yuxarı atır. Təəssüf ki, əksər valideynlər bilmir ki, bu adi hərəkətlər körpənin sağlamlığında çox ciddi iz qoya bilər, hətta uşağın ani ölümü ilə nəticələnə bilər. Bu xüsusilə 2 yaşına kimi olan uşaqlar üçün təhlükəlidir.
Bu problem son illər bütün dünyada çox ciddi müzakirə olunur və tədqiq edilir. Xarici ölkələrdə xüsusi eksperimentlər aparılır. Bu problemin adı "silkələnmiş uşaq sindromu"dur (ingilis dilində - Shaken Baby Syndrome).
2 ayından 4 ayına kimi olan müddət ərizndə körpələr daha çox ağlayır ki, dünyada bu sindromun diaqnozu məhz bu yaşda olan uşaqlara daha tez-tez qoyulur. Statistikaya əsasən, atalar analarla müqayisədə körpələri daha tez-tez silkələyir. Affekt halında olan böyük uşağı çox güclü silkələyə bilər. Güclü silkələnmə nəticəsində uşağın beyin toxumalarına və qan damarlarına ciddi ziyan vurulur - beyin hüceyrələrinin membranları yırtılır, damarlar partlayır.
Silkələnmiş uşaq sindromunun simptomları: qusma, süstlük, daha ağır vəziyyətlərdə - bayılma və qıcolmalar. Bu simptomlar silkələmədən bir neçə gün sonra meydana çıxa bilər. Silkələnmə nəticəsində alınmış travmalar uşaqda əqli zəifliyinə, iflicə, epilepsiyaya, korluğa səbəb ola bilər. Ən pis halda uşaq güclü silkələmədən dərhal sonra ölə bilər.
Hətta yüngül belə travma illər keçdikcə özünü büruzə verə bilər. Belə uşaqlar məktəbdə pis oxuyur, onların davranışlarında problemlər yaranır, böyük yaşlarda onlarda epilepsiya inkişaf edə bilər.
Tək uşağın özünü deyil, uşaq olan beşiyi və ya uşaq arabasını da güclü silkələmək olmaz.
Ağlama uşaq üçün ətraf aləmlə olan yeqanə ünsiyyət vasitəsidir. Ağlamaqla uşaq anaya siqnallar verir - "mən acam", "mənə soyuqdur", "mənim qarnım ağrıyır" və s. Uşaq bunu valideyni özündən çıxartmaq üçün etmir! Uşağın ağlamağı səbəbsiz olmur! Əgər uşağınız tez-tez ağlayırsa, mütləq pediatra müraciət edin. Bunun səbəbi hər hansı pozulma və ya xəstəlik ola bilər.
Əgər uşaq fasiləsiz ağlayırsa və siz artıq özünüzü kontrol edə bilmirsinizsə, otaqdan çıxın, sakitləşin və ya uşağı digər ailə uzvünə tapşırın.

Şərhlər: 5
Baxılıb: 4505
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
okuw
yoldasim herden okusumla kobud reftar edir,oynamaq meqsedile.ama olmaz usagi atib tutmaq filan
3 yanvar 2017 19:20
# 5
Barbaris
lzimli faydali melumat oldu twkler
28 dekabr 2016 23:53
# 4
Счастье это у тебя есть ребенок от любимого.и ты знаешь что у вас будет все хорошо urek
ulduz
BIR KISI YADIMA GELIR USAQI ATMISDI COXLU COXLU USAQ BOGLUB OLMUSDU NEFESSIZ QALIB USAQDI HELE AXI ONUDA OYNADIB EZIZDEMEYIN TERI VAR
9 dekabr 2016 16:39
# 3
Qadının ən böyük vəzifəsi analıqdır :50:
Onun_Mələyi
Faydalı xəbər oldu.lazım ola bilər gələcəkdə08
9 dekabr 2016 11:28
# 2
Ən çətini bilirsiz nədi?...heçkəs göz yaşlarını görməsin deyəuhu yalandan gülümsəmək
vipbetul
valideyinlercin lazimli melumatdir
9 dekabr 2016 10:07
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz