Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Südəmər uşağa su vermək lazımdırmı?
Südəmər uşağa su vermək lazımdırmı?
Göndərən: Wiyinka
Şərhlər: 9
Baxılıb: 1244
Səs ver:
Analar bilir ki, körpənin menyusuna əlavə qidalar (sıyıqlar, püre və s.) daxil edildikdən sonra su da daxil edilməlidir. Bəs bundan əvvəl? Ana südü və ya süni süd ilə qidalanan uşağa su vermək lazımdırmı?

Uşaqlar əlavə qidalar alana qədər qidanı yalnız maye şəklində alırlar: ya ana südü, ya da onu əvəz edən adaptasiya olunmuş süni qida şəklində. Əksər hallarda bu qidalarda olan mayenin miqdarı uşağın suya olan tələblərini təmin edə bilir və uşaq əlavə olaraq su içmək istəmir. Əsasən bu yalnız ana südü ilə qidalanan uşaqlara aiddir. Süni südlə qidalandırılan körpələrə su vermək lazımdır. Ancaq bəzi hallarda hətta yalnız ana südü ilə qidalanan uşaqda suya tələbat yarana bilər.

Birincisi - əgər uşaq təbii ana südü ilə qidalandırılırsa, ananın südü müəyyən fərdi xüsusiyyətlərə də malik ola bilər, məsələn, nisbətən yağlı və ya şirin ola bilər ki, bunun da nəticəsində uşaqda yanğı hissiyyatı yarana bilər.

İkincisi - havanın temperaturu yüksək olduqda, uşaq tərlədiyi və müəyyən miqdarda su itirdiyi üçün, əlbəttə ki, onda suya olan tələbatı da artmış olacaqdır;

Üçüncüsü – yanğı hissiyyatı, uşağın hərarətinin yüksəlməsi, ishal və ya qəbizliyin olması səbəblərindən də yarana bilər. Ona görə də körpələrə mütləq su içirtmək lazımdır, ancaq onu buna məcbur etmək də olmaz.

Uşaq özünü narahat hiss etdikdə ona əlavə olaraq su da təklif etmək lazımdır (sancılar olduqda uşağa bir qədər su verilərsə, bu, onun qarnındakı ağrıların azalmasına da kömək edir, həmçinin onun narahatlığının səbəbi yanğı hissiyyatı da ola bilər).

Uşağa mayeni aşağıdakı formalarda vermək olar:

- Su. Südəmər uşaqlara içməli su verilməsinin 2 yolu vardır: qaynadılmış adi su və ya plastik qablarda satılan və qaynadılması tələb olunmayan (onların qaynadılması, hətta zərərli hesab olunur) xüsusi uşaq suları. Pediatrlar suya şəkərin əlavə olunmasını məsləhət etmirlər.

- Uşaq çayları. Dərman bitkilərindən (çobanyastığı, şüyüd, razyana, cirə, nanə) hazırlanan xüsusi uşaq çayları. Çaylar nəinki yanğı hissiyyatını aradan götürür, onlar həmçinin müalicəvi-profilaktik təsir də göstərirlər: spazm və sancıları aradan qaldırır, bağırsaq qazlarının və nəcis ifrazının xaric olmasını asanlaşdırır, immuniteti yüksəldir, sinir sistemini sakitləşdirir. Müalicəvi təsirlər uşaq çayının tərkibindən asılıdır. Adi çayı isə uşaqlara 1 yaşından sonra vermək olar (çay tünd olmamalıdır!).

- Kompotlar, meyvə şərbətləri. Onların qəbuluna körpənin 3 aylığından etibarən başlamaq olar: ilkin olaraq ərik qurusundan, gavalı qurusundan, digər meyvə qurularından hazırlanan zəif konsentrasiyalı dəmləmələr şəklində (məsələn, 3-4 qara qavalı qurusu + 100 ml qaynar su, soyudulur və uşağa içizdirilir). 5 aylığından etibarən uşağa adi kompotlar da vermək olar.

- Şirələr. Əlavə qida kimi, şirələri körpənin 5 aylığından tez olmayaraq vermək olar. Əvvəllər şirələri uşağın 1 aylığından etibarən verirdilər. Sonralar isə sübut olundu ki, körpənin fermentativ sisteminin qeyri-yetkinliyi səbəbindən bu uşaq orqanizmi üçün - xüsusən onun mədə-bağırsaq sistemi üçün - çox ziyanlıdır. Şirələr da "qida" hesab olunur ki, onlar fermentativ sistemin aktiv və düzgün işləməsini tələb edir.

Uşağa verilən mayelərin qəbul edilməsində ümumi bir qayda mövcuddur: hər yeni maye tədricən verilməlidir (10-20 ml-dən başlamaqla). Maye uşağa ya qida qəbulundan əvvəl, ya da qida qəbulları arasında olan müddətdə verilməlidir. Verilən maye ilıq olmalıdır. Mayeləri uşağa yedizdirmələr arası vermək lazımdır. Maye yedizdirilmədən əvvəl uşağa verilərsə, o daha az qida qəbul edəcək.


Şərhlər: 9
Baxılıb: 1244
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qlamurr
Məncədə körpəyə süd verilməlidir.Su canlı olduğu üçün orqanizmə faydası danılmazdı.
24 mart 2015 18:28
# 9
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
ece uslu
korpeye mutleq su verilmelidi
24 mart 2015 16:34
# 8
Nergizz
ister sudemer olsun ister olmasin,su vermek cox vacibdi,neqeder icerse vermek lazimdi
24 mart 2015 10:06
# 7
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
vipbetul
men gormusemki sudemer usaqlara esasende yayda su verirler
24 mart 2015 01:51
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Bu haqda məlumatım var və uşaqlara çiy qaynadılmamış su verilməlidir..
23 mart 2015 23:15
# 5
aziz a
Bezi valideynler, qeti sekilde usaga su vermirem deyende, usaga yazigim gelir ki, axi oda susayar, su isteyer.Men qizima vermisem su.....
23 mart 2015 23:15
# 4
Qelbim doludu !!!!
lelos
bu barede bir tecrubem yoxdu
23 mart 2015 23:14
# 3
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
canr
Mutleq verilmelidir
23 mart 2015 23:08
# 2
HƏYAT GÖZƏL YAŞAMAĞA DƏYƏR
BARBI
Mence her ne qeder ana sudunun terkibinde faydali maddeler olsada usaga mutleq su verilmelidir
23 mart 2015 23:02
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz