Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Valideynlər uşaq tərbiyəsində bunları bilməlidir
Valideynlər uşaq tərbiyəsində bunları bilməlidir
Göndərən: Wiyinka
Şərhlər: 12
Baxılıb: 1408
Səs ver:
Uşaqların dünyagörüşü böyüklərdən fərqli olduğundan onların ehtiyaclarını bilmək düzgün uşaq tərbiyələndirməyin vacib qaydasıdır.

Hər uşaq qiymətləndirilmək, qəbul olunmaq istəyər. Bacardıqları ən kiçik iş üçün belə, başlarına sığal çəkməniz, tərif deməniz yetərlidir.

Hər uşağın dəyişikliklərə uyğunlaşa bilməsi eyni deyil. Yeni məktəbə getdiyində, yeni evdə, yeni şəhərdə o ətrafa uyğunlaşması üçün ona dəstək olmalısız.

Özünü dostları, ya yetkinlərlə müqayisə edib əskik hiss edə bilər. Çox yaxşı gördüyü işlərdən bəhs edərək sizin də uşaq ikən onun kimi olduğunuzu, zamanla öyrənərək, təcrübə qazanaraq inkişaf etdiyinizi anlada bilərsiz

Uşaqlar dünyanın mərkəzində olduqlarını düşünərlər. Onlara paylaşmanın, yardımlaşmanın verdiyi zövqü daddıraraq ona rol model olaraq kömək edə bilərsiz.

Bəzi uşaqlar duyğularını ifadə etməkdə çətinlik çəkərlər. Xüsusən də danışıq çətinliyi olan uşaqlarda bu, daha sıx görülür. Hissini soruşarkən kəkələməyə başlayar. Bunda ona kömək etməlisiz

Bəzi uşaqlar gördükləri işləri bəyənməzlər. Sizin bəyənmənizə də təəccüb edərlər. Hər işlərinin arxasınca siz qaçır, bacara bilmədiklərini siz edirsizsə, bu, onda təkbaşına heç nə bacara bilməyəcəyinə dair bir inanc yaradır. Bacarma duyğusunu dadmalarına, hər işi çətin də olsa, özlərinin etməsinə icazə verin.

Uşaqların rol model aldıqları insanlar "hökmran” bir şəxsiyyətə sahibdirsə , "yox” deməyə öyrəşə bilməzlər. İstəmədikləri bir şeyi görmələrinə məcbur etməyərək, rəddetmə haqqlarının olduğunu xatırlatmaqla bu problemi həll edə bilərsiz.

Xəyal gücləri kiçik yalanlar söyləmələrinə yol aça bilər. Dediklərinə özləri də inandıqları üçün onları günahlandırmaq yersizdir. Bunun haqqında danışıb həm xəyal gücü üçün onu tərifləyə bilər, həm də gerçəkərlə üzləşməsinə yardımcı ola bilərsiz. Uşağın səmimi olmasını istəyirsizsə, onun yanında qətiyyən yalan danışmayın.

Bəzi uşaqlar yetərincə sevilmədiyini düşünüb özlərini dəyərsiz hiss edərlər. Ya sevgi dilənər, ya da bir şeylər etməklə diqqəti üzərinə çəkmək istəyərlər. Sevginizi şərtsiz verməklə bunu həll edə bilərsiz.

Ailədaxili şiddətə məruz qalan, ya buna şahid olan uşaqlar güvən problemi yaşayarlar. Həm özlərinə, həm də başqalarına güvənməzlər. Sevgi dolu, şiddət olmayan bir ailə mühiti yaratmayınca ondakı bu problemi həll edə bilmərsiz.

Uşaqların ana, ya ataları kimi olmaq istəmələri təbiidir. Öz fikirlərini ortaya çıxarmaqdan çəkinir, sadəcə nümunə götürdüyü insan kimi davranarsa, bununla onun şəxsiyyəti formalaşmaz. Onun öz fikirini soruşun, zövq aldıqları məsələlərdən danışın.

Uşaqlar səbrsiz olurlar. Gözləməyi digər insanların haqlarına qarşı hörmət etməyi sizdən öyrənirlər. Siz səbr etməyi bacarır, növbədə başqasının önünə keçmirsizsə, öyrənmələri asan olacaq.

Son olaraq uşaqlar sizdən gördükləri ilə öyrənirlər, eşitdikləri ilə deyil. Onu şərtsiz sevər, hərəkətlərinizlə dedikləriniz uyğundursa, səmimisizsə, özünüzə güvənir, başqalarının haqlarına hörmət edirsizsə, öz haqqınızı qoruya bilirizsə, yeri gəldiyində "yox” deyə bilirsizsə, möhtəşəm uşaqlar böyüdəcəyinizə şübhə etməyin.


Şərhlər: 12
Baxılıb: 1408
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
aliceWOnDer
valdeyinin uzerine moyuk mesuliyyet dusur usagin terbiyesi coxx onemlidi
14 aprel 2015 17:02
# 12
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
emis
bu zamanin usaqlarini terbiye etmek cetindi lap balacaliqdan baslanilsa yaxsi olar herseye yeni terbiyeye. mende diqqet edirem usaq terbiyesine. analar da xususi olaraq fikir vermelidriler tesekkurler
14 aprel 2015 16:41
# 11
Dosta_inam
uşaq terbiye etmek o qeder de,asan deyil uşaqla uşaq kimi reftar etmek lazimdir,serbest olsun ve bilmediyi çetinlik çekdiyi bir şeyi soruşub anlaya bilsin,indi uşaqlar özleri terbiye alir,böyükler telefon,planşet,noutbuq meselelerin hell edir çünki.
14 aprel 2015 06:22
# 10
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
gulka azeri
inwallah bacara bilerik Allahin iznile ve komeyile
14 aprel 2015 02:02
# 9
Luna-90
Indiki usaqlar cox cetin usaqlardi
14 aprel 2015 00:27
# 8
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Nezka
Valideyn öz davranışına diqqət etməlidir çünki uşaq onlarrı nnümunə götürür
14 aprel 2015 00:05
# 7
İçimi görsən mənə aptek alarsan.
Nur k-off
Usaqlara duzgun terbiye vermek üçün gerek valideyn terbiyeli ola
13 aprel 2015 23:35
# 6
SVETA
Fialka
Valideyn uşaq tərbiyə edərkən birinci öz tərbiyəsi ilə məşğul olsa yaxşı olar, çünki valideyn nümunəvi olmasa uşaqdan nümunəvi hərəkət necə gözləyə bilər...bir sözlə hərəkətlərlə deyilən sözlər üst- üstə düşməlidir.
13 aprel 2015 23:26
# 5
nejen
usaqlari doymekle deyil basa salmaqla,numune gostermekle terbiyelendirmek lazimdi.sukur 2 ovladim var.hami onlarin terbiyesine,ozlerini aparmaqlarina hesed aparir.
13 aprel 2015 23:25
# 4
cinqosh
Demek asandi.biri men.butun gunu telefon elimdedi.usaga ise qisqiriram ki yazivi yaz.meni bele gorub hec yazar?usaq terbiye etmek coooox cetin meseledi.
13 aprel 2015 23:13
# 3
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
vipbetul
usaqlara duzgun terbiye vermek onlarin yaninda danisharken bele sozlere fikir vermek cox onemlidir
13 aprel 2015 23:08
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
valideyn her zaman usagin yaninda ornek davranislar numayis etdirmelidir ki usaqda ondan duzgun terbiye alsin
13 aprel 2015 23:05
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz