Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Oğul böyüdən anaların 7 səhvi
Oğul böyüdən anaların 7 səhvi
Göndərən: Wiyinka
Şərhlər: 15
Baxılıb: 2245
Səs ver:
Sirr deyil ki, bəzən böyüməkdə olan oğlan uşağının yeganə tərbiyəçisi ana olur. Bunun çoxsaylı səbəbləri ola bilər. Ancaq psixoloqların fikrincə, belə analar bir qayda olaraq eyni səhvlərə yol verirlər.

Birinci səhv - həddən artıq qayğı göstərmək. "Ana uşağı" ifadəsi də məhz buradan yaranır. İfrat dərəcədə qayğı və "hiperhimayə" oğlan uşağını böyük həyat üçün tamamilə yararsız edir.

İkinci səhv – əgər ana təkrarən öz xoşbəxtliyi naminə deyil, yalnız uşağının atası olsun deyə ərə gedirsə, bu, böyüməkdə olan oğlan uşağında ailə haqqında təsəvvürlərin formalaşmasına təsirsiz ötüşə bilməz. Hətta ola bilər ki, qeyri-səmimi münasibətlər fonunda bu təsəvvürlər təhrifə məruz qalsın.

Üçüncü səhv – kişilərə qarşı mənfi münasibəti oğluna ötürmək. Ola bilər ki, uşağın atası həqiqətən də anasına, eləcə də övladına qarşı doğru davranmayıb. Lakin bu, oğlan uşağını atasının da Yer üzünün bütün kişiləri kimi miskin və ya satqın biri olduğuna inandırmağa və bu ruhda tərbiyə etməyə əsas vermir.

Dördüncü səhv – uşağın qarşısında özünü günahkar hiss etmək. Bu hiss adətən o zaman baş qaldırır ki, boşanmanın təşəbbüskarı ana özü olur və yaxud da uşağı "özü üçün" dünyaya gətirir. Müqəssirlik hissi ailədə ana ilə oğul arasında hərtərəfli münasibətin bərqərar olmasına maneə törədir, bu isə çox vaxt böyüməkdə olan uşağın psixikasında sınmalara gətirib çıxarır.

Beşinci səhv - qəhrəman ata obrazı uydurmaq. Tənha analar oğullarına atasının təyyarəçi və ya kosmonavt olmasından, yaxud qəhrəmancasına həlak olmasından danışırlar. Təəssüf ki, sonradan gerçəklərin üzə çıxması uşağın psixoloji durumuna mənfi təsir göstərir.

Altıncı səhv - həyatdakı uğursuzluqlarında uşağı təqsirkar bilmək. Ən yaxın adamı tərəfindən körpəyə edilən bu kimi ittihamlar çox vaxt onun bütün həyatı boyu çəkəcəyi yükə çevrilir.

Yeddinci səhv – laqeydlik və biganəlik. Hətta ana iş ilə həddən artıq məşğul olsa belə, bu, övladının ehtiyac və maraqlarına diqqətsiz qalmağa bəhanə ola bilməz. Uşaqlıq çağlarında övlada göstərilən bu biganəlik onun özünü qiymətləndirməsinə öldürücü təsir göstərir. Laqeyd və daima məşğul anaların tərbiyə etdiyi ailələrdə oğlan uşaqları özünə inamsız böyüyür və depressiyaya meyilli olurlar.


Şərhlər: 15
Baxılıb: 2245
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
usaga hedden artiq qaygi gostermek niye sehf olur ki, bezileri ile raziyam bezileri ile yox
20 mart 2015 23:31
# 15
gulka azeri
hedsiz qaygi gosterme ne de laqeyd bigane olma peki ne yapalim yaa kafam iyice kariwdi turklerin sozu olmasin,,off cox cetindi usaq boyutmek,Allah komek olsun bize boyuk sehvler etmeyek
20 mart 2015 19:06
# 14
Nergizz
birinci sehvi yeterince etmiwem ama qalanlari ile iwim yoxdu,bilremdeki sehv edrem,
20 mart 2015 12:37
# 13
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Fiorella
Menim sehvim oduki cog qaygi gosterirem hedsiz oncun usag mene adi qucagma gelmese pis oluram hedsiz,qisqanram menden artx hec kimi istemesin deye cog qaygi gosterirem oda mence duz deyl ama qisqancliqdan ireli gelir

Indi masnla azerbaycana gelirik yoldayx menden artx atasnda opse bildirmirem ama icime subhe girir birden onu menden cog isteyer
20 mart 2015 05:00
# 12
vipbetul
oqul anneleri oyrenin
20 mart 2015 02:00
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Ailədə uşaq böyüdərkən diqqətli olmaq lazımdır xüsusəndə oğlan uşaqlarına qarşı. Onlar gələcəyin bir ailə başçısıdırlar və buna görə də onlara kiçik yaşlardan bir şəxsiyyət kimi böyütmək və özgüvən verəcək şəkildə davranmaq lazımdır. Hər yıxıldığında əlindən tutmaq lazım deyil bununla onlarda arxayınçılıq yaranar, bərkə boşa düşməyi bilməlidirlər çünki onları gözləyən böyük bir həyat var qarşılarında hər dara düşəndə çətinlikdən qaçmamalı o çətinliklə üz üzə gəlməyi bacarmalıdırlar...
20 mart 2015 00:23
# 10
Qlamurr
Hər zaman qeyd etdiyim bir məqam var ki, oğlan uşaqlarını necə tərbiyə verib böyüdürsənsə cəmiyyətədə də o cür davranır,xüsusilə oğlan uşağını əsl kişi kimi böyütmək lazımdı,uşağı ərköyün böyütmək də,valideynlərin ən böyük səhvləridir.Necə deyərlər,əzizim əziz,tərbiyəsi də ondan əziz.
20 mart 2015 00:01
# 9
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Miss_Oxatan
Mence ama en boyuk sehv bir cox qadinlarin erini gozune gorunsun deye oglan uwagi istemeleridir ve oglan uwagi olanda da o uwaq boyuyende bunu ona demekdir ki,men seni bu sebebe gore daha cox dunyaya gelmeni istemiwem demesidir.Bu uwaqda psixaloji travma yaradir,hansisa meqsede catmaq ucun arzu olunan vasite hissi ile yawiyacaq hemiwe.ve 2ci sehvde odur ki,eger evde qiz uwagi da varsa ananin ogluya daha cox ilgilenmesi,ayri seckilik salmasi,sen qizsan bele et o oglandi o etmese de olar deyib bir cox kriteryalar uydurmasidir,netice de o oglan uwagi laqeyd ve lovga olacaq qadinlari omur boyu zeif gorecek,ezecek,huquqlarini tapdaliyacaq.qadin ve kiwinin beraber huquqlugunu oglan uwaqlarina kicik yawdam awilamaq lazimdir.yemeyin en yaxwi yerini qardaw yesin,flan iwin ilkini qardaw etsin ve s.ve i.a bele hereketler gelecekde cox agir olaylara yol acir.Analar buna fikir vermelidir.
19 mart 2015 23:48
# 8
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
birdane
Mende ogul anasiyam amma caliwiram oglumu mama usagi boyutmeyim oglum yasi var amma men onunla boyuk usaq kimi danisiram iw tapsiriram boyuyende heyatla mubarize apara bilsin sixilmasin hec neden cekinmesin

Sitat: birdane
Mende ogul anasiyam amma caliwiram oglumu mama usagi boyutmeyim oglum 7yasi var amma men onunla boyuk usaq kimi danisiram iw tapsiriram boyuyende heyatla mubarize apara bilsin sixilmasin hec neden cekinmesin
19 mart 2015 23:36
# 7
...heyat cox sade ve gozel ola bilerdi....
eger men her seyi bu qeder cox ureyime salmasaydim...
Antikvar
Etmirem bu sehvleri iki ogul anasi olaraq.Hele birinci sehfvi hec etmirem.Usagi mama usagi etmeyi hec sevmirem.Men ogul boyudurem qiz fason oglan yox...
19 mart 2015 23:30
# 6
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
BARBI
Ogul boyuden ana xususi diqqet yetirmelidir oglunun terbiyesine

Eger oglum olsa hec vaxt onu mama usagi kimi boyutmerem cunki en pis netice budur bele oglannar guclu ferd ve aile bascisi ola bilmez
19 mart 2015 23:27
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
qanadli melek
birinci sehvi sehv oldugunu duwunmeden butun analar edir
19 mart 2015 23:16
# 4
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
pessimist girl
birinci sehv mene de aiddi..neyniyim anayam balam herseyden sirin ve ezizdi mene
19 mart 2015 23:10
# 3
Allahima sukur meni qizima qovusdurdu...cox xosbextem..
Luna-90
Bunlar mene aid deyil tek usagim olsada lazim gelende dalasiram lazim gelende sevirem.
19 mart 2015 23:07
# 2
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
SENSİZ
birinci sehvi mende edirem etrafimdakilar mene deyir ki,usaqi mama usaqi etmisen
19 mart 2015 23:07
# 1
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz