Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaq nə vaxt danışmağa başlamalıdır
Uşaq nə vaxt danışmağa başlamalıdır
Göndərən: Wiyinka
Şərhlər: 15
Baxılıb: 1818
Səs ver:
1 yaşında olan uşaq təxminən 10 sadə söz deməyə bacarmalıdır (məsələn, ana, ata, nənə, baba, bəbə, ver, tut və s.) və təxminən 20 əşyanın və hərəkətin adını bilməlidir (top, kukla, "soska", gəzmək, çimmək və s.).

Uşaq öz adını bilməli, ona müraciət olunan nitqi başa düşməli və ona reaksiya verməlidir. Məsələn, böyüklər "kukla (top, maşın və s.) hanı?" dedikdə, uşaq bu əşyalara tərəf baxmalıdır, böyüklər "əlini ver" dedikdə, uşaq ona əlini uzatmalıdır və s. (digər hərəkətlər də ola bilər).

2 yaşında olan uşaq artıq qısa cümlələri qurmalıdır, danışıqda əvəzliklərdən (mən, o, sən), sifətlərdən (uzun, böyük, balaca, gözəl və s.) istifadə etməlidir. Bu yaşda olan uşaq fəal şəkildə ən azı 50 söz istifadə etməlidir (mütəxəssislər bu yaşda olan uşaqda 100 sözə qədər eşitmək istəyirlər).

2,5 yaşına qədər uşaq "uşaq dilində" danışa bilər - məsələn, "çim-çim" (çimmək), "am-am" (it), "bə-bə" (uşaq) və s. Daha sonra uşağın nitqi tədricən böyüklərin nitqinə bənzəməyə başlamalıdır. Əgər 3 yaşlı uşaq "uşaq dilində" danışmağa davam edirsə, mütləq həkimə müraciət edin.
3 yaşında olan uşaq artıq cümlələri düzgün qurmalı, 200-300 söz istifadə etməli, suallar verməyə, şeirlər və qisa nağıllar ("Qoğal", "Turp nağılı" və s.) danışmağa bacarmalıdır, cümlələrdə fəal şəkildə əvəzliklərdən, sifətlərdən və zərflərdən (çox, az, tez və s.) istifadə etməlidir.

Əgər 3 yaşlı uşağın nitqinin inkişafını qiymətləndirmək istəyirsinizsə, onu uşağa tanış olmayan insanın yanında danışdırın. Əgər yad insan uşağın nitqinin 75%-ni (əksər hissəsini) başa düşürsə, uşaq sərbəst şəkildə dialoqda iştirak edirsə, bu o deməkdir ki, uşağın nitqi normal inkişaf edir.
Təbii ki, sadaladığımız bütün bu normalar nisbidir. Əgər sizin uşağınız 1 yaşında 10 deyil, 7 söz deyirsə, narahat olmağa dəyməz. Lakin əgər ləngim daha ciddidirsə (aşağıda bu haqda məlumat var), mütləq vaxt itirmədən mütəxəssislərə müraciət edin.

Nitqin inkişafında uşağın cinsi də böyük rol oynayır. Belə ki, qızlar oğlanlarla müqayisədə daha tez və fəal danışmağa başlayır. Bu oğlanların bəzi fizioloji xüsusiyyətləri ilə izah olunur.

Lakin oğlan uşaqlarının valideynlərini bu heç də lazım olandan artıq arxayın etməməlidir. Məsələ burasındadır ki, nitq inkişafının problemləri ilə oğlanlar qızlarla müqayisədə daha tez-tez üzləşir. Məsələn, kəkəlləyən uşaqların arasında oğlanlar qızlardan 2 dəfə çoxdur. Dizartriyası (uşağın nitqi ətrafdakılar tərəfindən başa düşülmür) olan uşaqların arasında oğlanların sayı qızlarla müqayisədə 3 dəfə çoxdur.

Bu səbəbdən əgər uşağınızın nitqi ləngiyirsə, mütlər defektoloqa və nevropatoloqa müraciət edin. Bir çox valideynlər fikirləşir ki, nitq problemləri ilə loqoped məşğul olur. Lakin bu yalnız qismən belədir. Loqoped danışan uşağın nitqində olan bəzi problemlərin həlli ilə (kəkəlləmə, "r", "l", "ş", "j" səslərin düzgün tələffüzü və s.) məşğul olur və adətən loqopedlər uşaqlarla 4-5 yaşından başlayaraq məşğul olmağa başlayır.

Defektoloqlar məhz nitq inkişafının pozulmaları olan uşaqlarla 2 yaşından başlayaraq məşğul olur və məhz defektoloqlar xüsusi metodikaların köməyi ilə uşağın yaddaşını, diqqətini, təfəkkürünü, nitqini inkişaf edirlər.

Nə zaman uşaqda nitqin inkişafının ləngiməsindən şübhələnmək olar?

- 4 aylıq uşaq gülümsəmir, ona mürciət etdikdə heç bir reaksiya vermir.

- 8-9 aylıq uşaq hecaları təkrarlamağa çalışmır (ba-ba-ba, ma-ma-ma və s.), az səslər çıxardır.

- 1,5 yaşlı uşaq "ana", "ver", "nənə" və s. kimi sadə sözləri demir, adi cümlələri ("kukla hanı?", "ana hanı?" və s.) başa düşmür, öz adına reaksiya vermir.

- 2 yaşında olan uşaq yalnız bir neçə söz istifadə edir və yeni sözləri öyrənməyə cəhd etmir.

- 2,5 yaşında olan uşaq adi cümlələri (məsələn, "ana, su ver" , "mən yemək istəyirəm" və s.) qurmağa bacarmır, ətrafda olan əşyaların və bədən özvlərin adlarını bilmir, onları göstərmir, adi xahişi yerinə yetirə bilmir ("kukla gətir", "top gətir", "əlini ver" və s.), 20 sözdən az istifadə edir.

- 3 yaşlı uşağın nitqini hətta valideynləri çətinliklə başa düşür, uşaq həddən artıq tez və ya əksinə çox asta-asta danışır, sözləri çox uzadır.

- 3 yaşlı uşaq əsasən cizgi filmlərin qərhrəmanlarının cümlələri ilə danışır, özü sərbəst çəkildə cümlələri qurmur.

Beləliklə, əgər siz uşağınızda nitq inkişafının ləngiməsi simptomlarını görürsünüzsə, mütləq defektoloqa və nevropatoloqa müraciət edin. İlk növbədə belə uşaqların eşitmə qabiliyyəti yoxlanılmalıdır. Eşidməyən və ya pis eşidən uşağın nitqində də ciddi problemlər olacaq.

Daha sonra lazım olduqda həkim uşağı digər müayinələrə (neyrosonoqrafiya, MRT və s.) göndərə bilər. Pozulmanın səbəbi təyin olunduqda, uşağa xüsusi müalicə təyin olunur. Müalicə ilə yanaşı uşaqla defektoloq məşğul olur.

Bəzi hallarda valideynlər həkimlərə çox gec müraciət edir və bunu irsiyyətlə izah edir (məsələn, "uşağın yaxın qohumları arasında gec danışanlar çoxdur, ona görə də biz tələsmirdik, gözləyirdik, nə vaxt özü danışacaq"). Lakin bu səhv fikirdir. Əksinə əgər yaxın qohumlarınız arasında bu pozulma varsa, bu o deməkdir ki, sizin uşağınızda da buna genetik meyillilik var. Nəsldən nəslə bu pozulma daha ağır formaları ala bilər. Beləliklə, irsiyyatda nitq inkişafının pozulmaları olan uşağın valideynləri daha diqqətli olmalı və bu pozulmaların ilk simptomlarında (gözləmədən!) həkimlərə müraciət etməlidir. Bu pozulmaların müalicəsi nə qədər tez başlayarsa, nəticə də bir o qədər yaxşı olacaq.

Əgər 6 yaşında olan uşağın nitqi, demək olar, inkişaf etməyibsə, onu danışmağa öyrətmək ehtimalı 0,2% təşkil edir.


Şərhlər: 15
Baxılıb: 1818
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
gulka azeri
balam yas 4ayliqdi ortadi ne lap pis nede cox yaxsi deyil heleki deilrer oglanlar gec daniisr ama biz yenede nervpotoloqun yazdigi dermani verirur,eh yazix balam dunyaya gelenden ne qeder derman icib ALlah haminini balasini saxlasin sag elesin amin insallah menimde balamin dil dil otub danisacagi gunu sebrsizlikle gozleyirem
15 mart 2015 17:36
# 15
sima
uwagin inkiwafi ucun onunla unsiyet gurmag cox onemlidir ve de vaxt kecirmek mencee 06
15 mart 2015 17:11
# 14
23.09 25.09 melek melek melek
leyla_258
menim de bele bir qohumum var,ona gore istifade edecem,cox sagolun...

menim de bele bir qohumum var,ona gore istifade edecem,cox sagolun...
14 mart 2015 18:50
# 13
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Qlamurr
Mən özüm şəxsən 6 aylığımdan,mamanın adını çağırmışam.Uşağın nitqinin inkişafı üçün uşaqla çox ünsiyyət qurmaq lazımdı.
13 mart 2015 23:45
# 12
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Luna-90
oglum alti ayinda qaqa ,9ayinda mama demeye basladi
13 mart 2015 14:43
# 11
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
ulduz
mende isdiyirem tez danissin
13 mart 2015 11:07
# 10
guler19
Mən iki yaşımda danişmağa baslamisam. Elə uşaq var 3-yaşında danışmağa başlayır.
Birinci hecaları birləşdirməyə çalışır. ətrafda eşitdiyi səsləri təqlid edir. əsasən ata,
ana kimi birhecalı sözləri ifadə edə bilir və sonrada birinci cumləsi ata ana olur)))
13 mart 2015 09:36
# 9
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Fiorella
Oglumun iki yasi var 10-15soz ancag deyir,hekime dedim deyir evde ikidilli dansrszsa 3yasinda ancag dil acar.bizde heleki bir yerdeyik qaynanamgilnen,ama bu defe hekim dediki safsem dqnsmrsa o hec yoxsa nesede deyirse dansar.hele balacadi ne dansacaxki hele balacadi.bele dedi rahatladm bir az
13 mart 2015 08:48
# 8
Menim balam
Bilmirem havadandır, sudandır , yemekdendır indiki zemanede uşaqlar 5 yaşinda dil açir
13 mart 2015 02:35
# 7
vipbetul
indiki usaqlar gec danishir
13 mart 2015 02:22
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aziz a
Etrafimda bele usaqlar coxdu (qohum usaqlari) mes :qardasimin oglunun 2 yasi olacaq bu ayin sonlari, amma tam danismir,.indi indi tek tuk soz deyir.basqa qohum var qizdi 1 yas 6 ayluqdi masALLAH aciq aydin danisir....Allah butun ailelere her ezasi duzgun, saglam olan ovladlar nesib etsin, Amin....
12 mart 2015 23:18
# 5
Qelbim doludu !!!!
Antikvar
Boyuk oglum gec dil acib,amma balacasi uc yasi olmamis her bir cumleni serbest qurub danisirdi...Hemise birinci usaqlar ikinciye nisbeten gec danisirlar unsiyyet qurdugu biri olmadigindan ireli gelir bu hallar.Gerek valdeynde usaqlarnan her zaman unsiyyet qurub danissin usagin her seyi tez qavrayib dil acmagi ucun.Eyer usaqlarda butun cehdler zamani gec dil acirsa onda hekime (nevropatoloqa)muraciet etmek daha meslehete uygundu.
12 mart 2015 23:16
# 4
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Fialka
Qız uşaqları daha tez dil açır oğlanlara nisbətən ancaq məndə əksi olub ...
12 mart 2015 23:08
# 3
isveç.de
Mənim qardaşım oğlu 11, aylıqdır ata nənə hətda maşşa deyə bilir23 deyirsən əli ata hanı oyan buyana göz gəzdirir. MaşAllah. Allahım butun ailələrə övlad payı versin inşAllah.
12 mart 2015 23:05
# 2
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
BARBI
Usaqlar dil acan zaman cox sirin olurlar . Men de gec dil acmisam .
12 mart 2015 23:02
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz