Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpənin ağlaması ziyanlıdırmı?
Körpənin ağlaması ziyanlıdırmı?
Göndərən: Wiyinka
Şərhlər: 15
Baxılıb: 1581
Səs ver:
Həyatın ilk 3 ayı ərzində körpələrin əksəriyyəti çox ağlayır. Bu təbii haldır. Uşaq onun üçün yeni olan mühitə öyrəşir.

Bu öyrəşmə müəyyən vaxt tələb edir. Digər tərəfdən ana da bu müddət ərzində uşağı anlamağa, onun nə istədiyini başa düşməyə öyrənir.

Əvvəllər belə hesab olunurdu ki, uzunmüddətli ağlama uşağın səhhəti üçün ziyanlı deyil. Müasir pediatriyada bu fikir yanlış sayılır. Uzunmüddətli ağlama uşağın sinir sisteminə mənfi təsir edir, onun normal inkişafına mane olur, hətta gələcəkdə onun xasiyyətinin formalaşmasına təsir edir. Tədqiqatçılar hesab edirlər ki, əgər körpənin ağlamağına daim reaksiya verilmirsə, daha sonra belə körpələrdən laqeyd, digər insanların hisslərinə əhəmiyyət verməyən, həyata və insanlara çətinliklə uyğunlaşan insanlar formalaşır.

Körpənin uzunmüddətli ağlamağı onun tək sinir sisteminə deyil, nəfəsalma sisteminə də mənfi təsir edir. Uzunmüddətli ağlama zamanı ağ ciyərlərin aşağı hissələrinin ventiləsiya prosesi (oksigenlə təchiz olunması) pozulur. Bu isə pnevmoniya, pnevmoskleroz və s. kimi ağır ağ ciyər pozulmaların riskini artırır.

Beləliklə, "uşaq ağlayanda onun ağciyərləri açılır" kimi iddia tam yanlışdır.

Əvvəllər belə hesab olunurdu ki, əgər ana uşağın ağlamağına dərhal reaksiya verərsə, uşağın xasiyyəti korlanacaq, uşaq ərköyün böyüyəcək. Lakin körpə uşaqlara bu aid deyil. Əksinə körpəni ananın laqeydliyi korlaya bilər.

Bütün bu səbəbləri nəzərə alaraq ana uşağın ağlamağına dərhal reaksiya verməli, onun ehtiyacını ödəməlidir.

Sağlam körpə səbəbsiz ağlamır. Ağlamağın səbəbi arasında: körpə ana üçün darıxır; körpə acdır; körpəni qarın köpü narahart edir (adətən 3-4 ayına kimi); körpəni nəm və çirkli əsgilər narahat edir; körpənin dərisində problemlər var və bu ona diskomfort verir; körpəyə soyuqdur və ya istidir; körpə yorulub, lakin yuxuya gedə bilmir.

Bundan əlavə havanın dəyişilməsi, havada təzyiqin artması, Gündə baş verən dəyişikliklər sə körpəyə təsir edir. Ananın pis əhval-ruhiyyəsi, ananın gərgin və əsəbi olması uşağa mənfi təsir edir və uşaq daha narahat, ağlağan olur.

Körpə ağladıqda ana buna dərhal reaksiya verməli, uşağı qucağına almalıdır, bezini dəyişməli, dərinin vəziyyətinə fikir verməlidir (bişməcələr varsa - dəriyə xüsusi krem çəkin). Uşağı köp narahat edirsə, ona masaj edin, qarının üzərinə isti əsgi qoyun (isti ütü ilə ütüləyin və sonra qarnına qoyun), körpəni qarının üzərinə qoyun. Bu vasitələr bağırsaq yelin daha tez və asan çıxmasına kömək edir.

Əmizdirmə uşağı sakitləşmək və yuxuya vermək üçün ən yaxşı vasitədir (ağlamağın səbəbindən asılı olmayaraq).

Bir çox uşaqları çimmə çox yaxşı sakitləşdirir.

Əgər bütün cəhdlərinizə baxmayaraq körpə ağlamağa davam edirsə, pediatrla məsləhətləşin.


Şərhlər: 15
Baxılıb: 1581
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
lili)
nese aqrisi olnda yox ele aqlamaqi ziyandi ama adi aqlamadisa onda olar ciyerleri acilir
11 mart 2015 09:26
# 15
leyla_258
MENCE ZIYAN DEYIL...
10 mart 2015 16:33
# 14
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Ask Doktoru
Balaca usaga bir sey olanda ele bik ureyim agriyir cix narahat oluram ama balaca usaq mence aglamalidir
10 mart 2015 11:25
# 13
Aliye
xeyalperest
Uşaq vaxti aglamasi normaldi cunki nem daxili orqanlara xeyirdi bir yerden oxumuşdum
10 mart 2015 11:21
# 12
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
ulduz
kop helede balamin problemidi yyaazilanlar duzdu.usaq neqeder koper o aaglayanda omrumden omur gedir,insan neqeder pehriz saxlasada kopur,yeni mmenimm vermediyyimm derman qalib allaah canlarini teki sag elesin uyu
10 mart 2015 10:48
# 11
Luna-90
Oglum 1yasina kimi cox narahat usaq olub geceler sehere kimi agliyirdi cunki harasisa agridirdi gah qulagi gah bagirsagi cetin olub sukur geride qaldi hamisida nefisden olmusdu.
10 mart 2015 02:13
# 10
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
sona
Bu haqda ewitmiwdim. ama men uwaq agliyanda ozumu itirirem pis oluram ele bilirsm nese derdi var bawa sala bilmir.
10 mart 2015 01:27
# 9
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
vipbetul
deyilene gore xeyirlidi daha butun gunu aqlamasida olmazda
10 mart 2015 01:13
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
kespixo
Cox wukur oglum balaca vaxti demey olarki cox az agliyib.hele usteliy aglayan uwaq deyildi diyene cox adam deyirdi arada agladin bu uwaqi ciyerleri acilsin122
9 mart 2015 23:54
# 7
Fialka
Həmişə xeyirli olduğun söyləyirlər ancaq inanmıram mən...
9 mart 2015 23:28
# 6
isveç.de
Mən eşitmişdimk uşağ ilk atlarda ağlamalıdır qoy nəfəs boruları açılsın. Amma mən çox pis oluram uşağ ağlıyan görəndə. Deyirəm yazığ danışa bilmir görən harası ağlıyır.
9 mart 2015 23:24
# 5
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
KRALİCEM
Eh xeyirler eyy usaq agliyanda ciyeri acilir men eseblesirem inanmiram neteri olur ciyer bagli olursa bu nece normal usaq ola biler tam yanlisdir tayda usaqin bogazi quruyur ehhhh arvatfardida dunyadan xebereri yoxdu ele agillari kecmisde qalib ozder indiki zamnede
9 mart 2015 23:17
# 4
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
SENSİZ
mende dusunurdum ki, usaqin aqlamasi xeyirdi uyu
9 mart 2015 23:11
# 3
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Aysel Tatli
Bir yandan usagin aglamasi yaxwdir cunki uwagin ciyerleri acilir
9 mart 2015 23:07
# 2
BARBI
Usaq heddinnen cox aglayirsa ya bir yeri agriyir ya da ki narahatdir
9 mart 2015 23:02
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz