Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağa mobil telefon nə vaxt almaq olar?
Uşağa mobil telefon nə vaxt almaq olar?
Göndərən: Wiyinka
Şərhlər: 17
Baxılıb: 1112
Səs ver:
Hər bir uşaq mobil telefonlara maraq göstərir. Balacaların bu marağına baxmayaraq, mobil telefonlar zərərli olduğu üçün valideynlər narahat olur və uşaqlarını mobil telefondan mümkün qədər uzaq tutmağa çalışırlar.

Bununla belə məktəbəqədər uşaqlara mobil telefon alanlar da olur. Ancaq uşağa telefon alarkən nəyə fikir verilməli olduğuna o qədər də əhəmiyyət verilmir.

Mobil telefon satışı üzrə baş məsləhətçi Vidadi Rəhimovun sözlərinə görə, məktəbəqədər uşağa telefon alarkən ilk növbədə telefonun keyfiyyətinə və möhkəmliyinə fikir vermək lazımdır: "Telefonun korpusu möhkəm olmalıdır. Telefon alarkən mütləq bunu soruşun. Zərif telefonlar uşağın əlində tez sına bilər. Uşaqlar telefonu yerə atır və oyuncaq kimi oynadırlar. Bu səbəbdən uşağa bahalı telefon almaq da məsləhət deyil. Məktəbəqədər uşaqlar rənglərə, şəkillərə, dinamik hərəkətlərə baxmağı sevirlər. Bu səbəbdən də onlara iri ekranlı telefonlar daha maraqlı gəlir. Uşaq telefondan istifadə edə bilsin deyə telefon sadə funksiyalı olmalıdır".

Bu gün bəzi istehsalçı şirkətlər mobil telefonların uşaqlar üçün olan modellərini də satışa çıxarıb. Bizdə belə modellərə nadir hallarda rast gəlmək olar. Balacalar üçün nəzərdə tutulan mobil telefonların 5-6 düyməsi olur və uşaqlar yalnız öz qohum-tanışlarına zəng vura bilərlər. Bahalı telefonlarda uşağın ətrafında baş verənləri daim dinləyə bilmək üçün funksiya da olur. Belə mobil telefonlarla uşağın harada olduğunu da müəyyənləşdirmək mümkündür.

Rəhimov bildirib ki, uşağa mobil telefon alarkən ona bundan necə istifadə edəcəyini öyrətmək lazımdır: "Uşaq anlamalıdır ki, mobil telefon oyuncaq deyil, bir-biri ilə əlaqə saxlamaq vasitəsidir. Sinifdə mobil telefonların istifadəsi ilə bağlı qadağa varsa, telefonu səssizə qoyub çantada saxlamağı və məktəbdən çıxandan sonra çıxarıb istifadə edə biləcəyini də valideyn başa salmalıdır. Mobil telefonun zərərli olması, onu bədənin hansısa bir nahiyyəsinə uzun müddət yaxın tutmağın pis nəticələnə biləcəyini də demək lazımdır".

10-14 yaşlarında artıq uşaqların telefonların modellərindən başı çıxır. Mobil telefonların daha dəbli və bahalı modellərini istəyirlər. Bu yaş arasında olan uşaqlara böyükekranlı mobil telefonlar almaq məsləhətdir. Onlar bu yaşda bir-birinə çoxlu "mesaj" göndərir və oyunlar oynayırlar. Kiçik ekran isə görmə qabiliyyətlərinə pis təsir edə bilər. Bu yaşda da mobil telefondan səliqəsiz istifadə olunur deyə daha möhkəm modellər tövsiyə olunur. Telefonda "Bleutooth" və USB port olmalıdır.

14-16 yaşlı yeniyetmələr üçün nəzərdə tutulan mobil telefonlarda böyük sensor ekran, "Bleutooth" və USB portu, musiqi dinləmək üçün qulaqcıqlar, internetə qoşulmaq imkanı, irihəcmli yaddaş kartı, müxtəlif materialları, oyunları yükləmək imkanı olmalıdır.

Psixoloq Ruhanə Rzayevanın sözlərinə görə, valideyn ilk növbədə öz mənəvi rahatlığı üçün uşağa mobil telefon verir: "Uşaq böyüdükcə anadan uzaqlaşır. Artıq öz sosial həyatını yaşamağa başlayır, bağçaya, sonra isə məktəbə gedir, həyətə yaşıdları ilə oynamağa çıxır. Mobil telefon isə valideynə istənilən vaxt uşaqdan hal-əhval tutmağa imkan verir. Valideyn uşağı məktəbə tək göndərəndə də rahat olur. Məktəbə çatıb-çatmadığını dəqiqləşdirir".

Uşaqlar valdeynlərinin mobil telefonlarına çox maraq göstərsələr də, öz telefonları olandan bir müddət sonra telefona maraqları azalır. Telefonu enerji təchizatına qoymağı unudur, hara gəldi atır. Enerjisi kifayət qədər olmadığı üçün telefon sönülü olur və valideynlər uşaqla əlaqə saxlaya bilmirlər. Bunlar baş verməsin deyə uşağa onun ürəyincə olan telefonu almaq lazımdır. Çox vaxt uşaq telefonu qırar deyə valideyn özünə yeni telefon alır, köhnə telefonunu isə uşağa verir. Nəticədə uşağın telefona marağı azalır. Uşağa bəyənmədiyi telefonu alanda da o, telefona həvəssiz yanaşa bilər.

Rzayeva bildirib ki, uşaq telefonu tez-tez söndürürsə, onda ona yüngül cəzalar tətbiq edin: "Misal üçün, əgər yenə telefonu söndürsə, həyətə çıxmaq və ya kompüter arxasında oturmaq olmaz, tez yatacaq, hansısa cizgi filminə baxmamaq və s. Uşaq öz hərəkətlərinə görə məsuliyyət daşımalıdır".

Onun dediyinə görə, uşaq bahalı telefon istəyir və onu almağa pulunuz çatmırsa, bunu uşağa başa salıb, daha münasib modellər arasında seçim etməyi təklif edin: "Uşağı özünün seçim imkanının olması çox sevindirəcək. Mobil telefon alma prosesi özü də uşağa maraqlı gəlir. O bu prosesdə iştirak etmək istəyir. Həm də uşaq telefonu özü seçərkən telefona görə məsuliyyət daşıdığını hiss edir".


Şərhlər: 17
Baxılıb: 1112
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
melek_ayka
Menim sexsen 13 yasim var.Atam hecne demir.Anam ise her gece goturur telefonumu
7 avqust 2015 14:38
# 17
leyla_258
MENIM FIKRIMCE 15 YASDAN SONRA,
9 mart 2015 18:38
# 16
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
vipbetul
indi butun usqaqlarin mabilnisi var bir nece ayliq usaqlar mabilni kom islede biliree
9 mart 2015 00:34
# 15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aynur2002
13 yasim var.Telefonum ele-belelerindendi.
7 mart 2015 21:52
# 14
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
Melissa
usaq mektebe gedirse almaq lazimdi allah elemesin insanin basina her sey gele biler xeber etmeliodimi. men shexsen telefonsuz qoya bilmerem harasa getsin
7 mart 2015 08:49
# 13
talis balasi
Indiki 2 3 yasda usaqlaf ele plansetden isdifade editlerki adam donum qalir
6 mart 2015 22:32
# 12
cinqosh
bu xəbər təkrardı. yenə də onu deyim ki, telefon şüadı, bunu hamımız bilirik.ama rahatçılıqdı.
6 mart 2015 10:57
# 11
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
qanadli melek
Mence mektebe gedende lazimdi usaqa telefon
6 mart 2015 10:46
# 10
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
tatyana
1ci sinife gedende alinib menim usaqlarima,dersden cixdimi,girdimi bilmeliyem axi
6 mart 2015 10:06
# 9
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
lili)
men bu il almisam oqluma lazimdi deye dersden cixir gorum hardadi
6 mart 2015 08:33
# 8
sona
Menim ilk telefonum 18 yawimda alinib ozude ikinci el telefon. bezen valideyn ozude uwagi oyrewdirir telefona. Korpe aglayanda telde mahni qoyur ya video qoyur ya uwaga wekiller gosterir ve belelikle uwaqda telefona maraq oyanir. Tebiiki her kes bele deyil
6 mart 2015 01:55
# 7
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
ayan97
Mende kollece daxil olanda aldilar… Menim bacim oglu var 3yasinda her bize gelende menim telfonuma alir eve gedende gucnen aliram onnan 122 indiki usaglar beledi gorur vermirem deyir ata mencun bele barmagnan isdiyen alaar mende sene veymeyem 08
6 mart 2015 01:31
# 6
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
GünƏşimƏ_AiD_
menim dayim qizinin 3 yasi var youtuba girib mahni yadirri kasmar
6 mart 2015 01:16
# 5
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
ece uslu
mene 17 yawimda aliblar telefonun uwaqlara faydasi yoxdu hem dersden ayirir hemde saqlamliqlarini zerer yetirir
6 mart 2015 00:13
# 4
aziz a
Indi hansi dasi qaldirirsan altindan usag ve telefon cixir,ne danisirsuz usaglar indi en yuksek funksiyali telefonlar isteyirler, amma ziyani hedden ziyade coxdu.....ne yazigki buna baxmurig..
5 mart 2015 23:24
# 3
Qelbim doludu !!!!
Luna-90
Tel yaxsi seydi ancaq orda deyildiyi kimi usaq telinden bizdede olsa ondan alib vererdik usaga
5 mart 2015 23:11
# 2
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
BARBI
Men de 17 yasimda telefon almisam o da universitete daxil olanda usaga erken yasda telefon almaq olmaz usagin ders oxumagina her bir seye tesir gosterir
5 mart 2015 23:04
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz