loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaq çimməkdən qorxur. Nə edim?
Uşaq çimməkdən qorxur. Nə edim?
Göndərən: Wiyinka
Şərhlər: 16
Baxılıb: 1747
Səs ver:
Valideynlər bu problemlə tez-tez üzləşir. Körpə çimməkdən qorxur, su ilə dolu vanna görəndə ağlayır, qışqırır. Bu vəziyyətdə nə etmək lazımdır?

Yenidoğulmuş körpə sudan qorxmur. 9 ay ərzində ana bətnində olarkən körpə suya öyrəşib, su körpə üçün doğma mühitdir. Su uşağa çox müsbət təsir edir, suda olduqda körpə rahatlaşır, sakitləşir. Məhz bu səbəbdən həkimlər körpələri tez-tez çimizdirməyi (xüsusilə axşam yatmazdan əvvəl) tövsiyə edirlər. Bütün valideynlər bilir ki, çiməndən sonra körpə daha yaxşı yatır.

Əgər körpə sudan qorxmağa başlayıbsa, bunun səbəbi əksər hallarda böyüklərin düzgün olmayan, təcrübəsiz hərəkətləridir.

İlk növbədə suyun temperaturuna fikir verin. Soyuq və ya çox isti suya salınan uşaq bunu yadında saxlayacaq və növbəti dəfə su görəndə ağlayacaq. Bu səbəbdən uşağı 36-38 C kimi qızdırılmış suda çimizdirmək lazımdır. Suyun hərarətini əlinizlə yox, dirsəyinizlə yoxlayın - su bədən temperaturunda və ya bir qədər daha isti olmalıdır. Xüsusi su termometrlərindən də istifadə etmək olar. Bu daha rahatdır.

Körpəni çox ehtiyatla çimizdirin. Körpə ananın əlindən sürüşüb vannaya düşərsə, bu körpənin yadında qalacaq və növbəti dəfə körpə sudan qorxacaq. Əgər sizin təcrübəniz yoxdursa, təcrübəli adamı (nənə, baba və s.) köməyə çağırın.

Körpəni çimizdirərkən xüsusi uşaqlar üçün olan şampunlardan istifadə edin. Bu şampunlar körpənin gözlərini qıcıqlandırmır. Ümumillikdə şampundan, sabundan və s. bu kimi vasitələrdən həftədə 1-2 dəfə istifadə etmək olar. Digər vaxtlarda uşağı adi suda çimizdirin. Suya otların dəmləmələrini əlavə edin - çobanyastığı, adaçayı və s. Dəmləməni düzəltmək üçün 1 xörək qaşığı ot 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, süzülür və uşağı çimizdirmək üçün olan vannaya əlavə olunur.

Körpəni çimizdirmək üçün xüsusi kreslo almaq olar. Bu kreslo vannaya bərkidilir və ana körpəni tam rahat çimizdirə bilər. Vannanın dibinə xüsusi kiçik rezin xalça sərin ki, uşağın ayaqları sürüşməsin (körpə bundan qorxur).

Daha böyük uşaqları çimizdirdikdə vannaya oyuncaqlar atın (bu oyuncaqları yalnız uşaq çiməndə istifadə edin), şampunu köpüklədin (köpüklər uşaqların xoşuna gəlir, uşaqlar köpüklərlə oynamağı xoşlayırlar), vanna otağına şarlar gətirin. Fikirləşin, fantaziyanızı işlədin.

Əgər uşaq vannaya oturmaq istəmirsə, lakin ayaq üstə çimməyə razıdır, uşağı zorla otuzdurmayın.

Bəzi uşaqlar duşda çimməyi xoşlayır, vannada isə xoşlamır. Bu da böyük problem deyil.

Şərhlər: 16
Baxılıb: 1747
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ulduz
MENIM OGLUM 5 AYLIQDI ELE GOZEL CIMMMIR MASALLAH AQLAMIR TOTANIM vanna
11 mart 2015 15:31
# 16
Qadının ən böyük vəzifəsi analıqdır :50:
vipbetul
mende usaqken cimmekden qorxurdum
9 mart 2015 00:20
# 15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
leyla_258
QILIQLAYIN,ON DA QORXMAYACAQ.
1 mart 2015 14:52
# 14
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Tomris Müslümova
oyy bacim oglundada ver bu sey...
26 fevral 2015 14:52
# 13
Mən bilirəm səndən necə qisas alacağımı!
Sənə ərə gələcəm çürüdəcəm səni! 08
FISTIK
Usaqlarim cimeyi cox xosduyur hecde aglamir cunki her gun cimizdirirem vanna
25 fevral 2015 23:41
# 12
Sucan
Menim balaca emim qizlari cimede cox qorxurdular aglamaq sesleri yer yeri gotururdu indise sakit diler usagi ezizleyesen sirin dille deyesen oyrene alisa
24 fevral 2015 23:08
# 11
Luna-90
oglum korpe olanda cimmek coox xosu gelirdi ancaq indi 5 yasi var cimdirende cox eseblesirem mama basimi yuma uzumu yuma asagini yuma yorur meni hemde usaq sampunuyla cimir yalandan deyir gozumu yandirirdi
24 fevral 2015 14:22
# 10
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
xeyalperest
Lazimlidi cunki heqiqeten bezi uşaqlari cimizdirende ele agliyirlarki adam qoxur tewekkur
24 fevral 2015 10:47
# 9
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
roksi1995
menim usaqim evvel qorxurdu amma indi yox oturur artiq daha qorxmur birca basina su tokende xosuna gelmir

menim usaqim evvel qorxurdu amma indi yox oturur artiq daha qorxmur birca basina su tokende xosuna gelmir
24 fevral 2015 10:16
# 8
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
lili)
menimkiler cimmek deyende goye dirmasirdilar tek hec cur alinmirdi kimse komek etmeliydi indi sukur boyuyubler
24 fevral 2015 08:47
# 7
ece uslu
bezi uwaqlar cimmeyi cox sevir bezileri ise eksine qorxur
24 fevral 2015 01:04
# 6
emis
lazimliydi menim ucun bizdede usaqlar cimmir bir sufatnan cimirler 125
23 fevral 2015 23:44
# 5
aziz a
Menim qizimda cox qorxur cimmekdenboyuk olmasina baxmayaraq, her zamanda basini arxaya eyerek yumusam suyada cox fikir vermusem ,amma bilmirem niye beledi...bu melumatlarda faydalidi korpe usagi olan analar ucun....
23 fevral 2015 23:39
# 4
Böyük Rebbim sen özün kömek ol hamıya....
Qlamurr
Analar üçün faydalı məsləhətlərdi,çünki müşahidə etmişəm tək uşaq çimizdirmək çox çətindi,elə uşaqlar var ki,dəhşət ağlıyır.....
23 fevral 2015 23:25
# 3
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Fialka
Faydalı məlumatlardı bəziləri çox ağlayır bəzilərinin də xoşu gəlir suyla oynamaqdan
23 fevral 2015 23:20
# 2
BARBI
bezi usaqlar suda cimmeyi ve oynamagi cox sevir bezileriyse hedsiz dercede qorxur
23 fevral 2015 23:03
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz