Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Öpüm keçsin
Öpüm keçsin
Göndərən: SEVGI DENIZIM
Şərhlər: 18
Baxılıb: 949
Səs ver:
Hamımız şahid olmuşuq. Bir körpə əlini, ayağını bir yerə vurub ağlamaya başlayınca valideynlərinin etdiyi davranış və söylədiyi bir ifadə var: "Öpüm keçsin”. Bu davranış modelində valideynlər uşağın ağrayan yerini öpür və maraqlı bir şəkildə bu sehrli öpüş körpənin sakitləşməsinə kömək edir. Yaxşı, heç maraqlandınız mi niyə belə bir şey edirik və bu öpüş ağrını necə yüngülləşdirir? Bir şəfqət və ya sevgi paylaşmasıdırmı ağrımızı yüngülləşdirən? Həqiqətən də sevginin gücü ilə ağrı duyğusu yox edilə bilərmi?
Bu hadisənin səbəbi fizioloji bir qanuna söykənir. Bu qanunu izah etməyə çalışaq . Aşağıdakı şəkildə gördüyünüz kimi dərimizin üzərində, duyğu orqanlarımızda və bədənimizin digər bir çox bölgəsində qəbuledici deyilən yerlər var.

Qəbuledici xarici təsirləri (istilik, işıq, toxunma, ağrı və s.) beynimizin qəbul edə biləcəyi bir şəkildə siqnala çevirir. Qəbuledicilərdə yaradılan siqnal kabellərə bənzəyən sinir lifləri vasitəsilə beynə çatdırılır. RESEPTRLƏRŞəkildə barmaq ucunuzun olduqca kiçik bir hissəsinin kəsimini görürsüz. A və B qəbulediciləri toxunmağa, C qəbulediciləri ağrıya, D qəbulediciləri titrəşməyə və E qəbulediciləri də gərginliyə həssasdır. Diqqət yetirsəniz bu qəbuledicilərdən kabelə oxşar liflər çıxır. Sinir lifləri adını verdiyimiz bu liflər aldıqları xəbərdarlığı beynə daşıyırlar. Nəticə olaraq, bu qəbuledicilərdən hansı xəbərdar edilsə beyninizdə bu duyğunu hiss edərsiniz. Sinir sisteminin xüsusiyyətlərində biri də alınan siqnalların ayrı-ayrı liflərlə beyinə çatdırılmasıdır. Bəs bu liflər arasında fərq varmı? Liflər arasındakı fərq onların qalınlıqlarındadır. Qalın liflər siqnalı nazik liflərə nisbətən beyinə daha tez çatdırır. Ağrı hissini beyinə çatdıran sinir lifləri nazikdir, lakin toxunma hissini çatdıran liflərsə qalın. Buna görə də toxunma hissi beyinə daha tez çatdırılar. Məsələn, barmağımızı qapının arasında qoyduqda onu tez ovmağa başlayarıq. Belə ağrımız yüngülləşər. Çünki ovaraq toxunma lifini aktivləşdirərik. Yuxarıda açıqladığımız kimi, toxunma duyğusunu daşıyan kabellər daha qalın olduğundan ağrı duyğusundan daha sürətli bir şəkildə beyinə çatdırılacaq. Beləcə ağrı duyğusunun beyində qəbul edilməsi yüngülləşdirilmiş olar. Bu hadisə də hiss etdiyimiz ağrını olduqca azaldar.
 
ANA ÖPÜŞÜ
İndisə dönək ana və uşağına. Uşağın bədəninin hansısa bölgəsində ağrı meydana gəlib, ana həmin bölgəni öpür . Ana ağrıyan bölgəni öpərkən ananın dodaqlarının bura dəyməsi, körpənin ağrıyan bölgəsindəki toxunma duyğusunu aktivləşdirdiyindən körpənin hiss etdiyi ağrı azalacaq. Əslində ana həmin bölgəni öpməyib ovalasaydı da eyni nəticə meydana gələrdi. Bu məqamda başınızda belə bir sual meydana gələ bilər: Körpənin ağrısının yüngülləşməsini anladıq, ana niyə bu bölgəyə dodaqları ilə toxunur, barmaqları ilə ovsa olmaz idimi?
Bu problemin cavabı üçün dodaqlara daha yaxından baxmaq lazımdır. Məməli heyvanlardan fərqli olaraq insan balası doğularkən sinir sistemi tam olaraq inkişaf etmir. Bunun səbəbi ananın pelvisi ilə (bel omba bölgəsi) əlaqədar bir məsələdir. Əgər uşaq sinir sistemi tamamilə inkişaf etdikdən sonra doğulsaydı başı böyük olacağından pelvis bölgəsindən keçə bilməzdi. Körpələrin sürünməyə başladıqları dövrdə nə qədər təhlükəli hala gəldiklərini bilərsiniz. Çünki gördükləri hər yerə işarə barmaqları ilə toxunarlar. Bu da çatmazmış kimi tapdıqları bütün əşyaları ağızlarına apararlar. Yaxşı heç düşündünüzmü niyə belə bir şey edərlər?

TOXUNUŞ
Beynin ortalarında bir-birinə qonşu iki bölgə var. Bunlardan biri duysal korteks, digəri isə motor korteksdir. Duysal korteks dediyimiz bölgə duyulan (toxunma, təzyiq, titrəşmə, gərilmə, ağrı və s.) qəbul edildiyi bölgədir. Motor korteks isə beynimizin qərar verdiyi hərəkətləri etməmizi başladan mərkəzdir (məsələn, bir düyməni basmaq istədiyinizdə ilk əmr motor korteksdən çıxar). Bu yazıda bizi maraqlandıran qisim Duysal korteks-dir. Bədənimizdən gələn siqnallar beynimizin bu bölgəsində spesifik sahələrə yayılır. Yəni əlimizdən gələn liflər başqa bir bölgəyə, dodağımızdan gələn liflər başqa bir bölgəyə gedir. kortekslərMaraqlı olan isə siqnalların beyinə gəldiyi sahələr bir-birindən fərqlidir. Burada təməl qayda budur. Hansı orqan nə qədər həssas-detallı hiss edirsə beyində əlaqədar bölgədə, örtdüyünün sahəsi o qədər böyükdür. Məsələn, bədənimizə çöldən baxdığımızda kürəyimizin örtdüyü sahə olduqca çoxkən barmaqlarımızın örtdüyü sahə kürəyə görə nisbətən daha kiçikdir. Lakin kürək və barmaqların beyindəki təmsil bölgəsinə baxsaq, barmaqlar çox daha funksional olduqlarından beyində örtdükləri sahə kürəkdən daha çoxdur. Beyində duysal korteksdəki sahədə ən çox yer alan bölgələr dodaqlar və işarə barmaqlarıdır. Yəni xarici dünyanı qəbul etmək istədiyinizdə bədəninizdə istifadə edə biləcəyiniz ən həssas iki quruluş bunlardır. Bu səbəblə körpə tapdığı hər şeyi ağızına aparar və hər şeyə barmağını soxar. Çünki xarici dünyanı tanımağa çalışır. Beləliklə, ananın körpənin ağrıyan yerini öpməsində dodağın rolu bizə aydın oldu. Əslində bu fizioloji tapıntı iki aşiq insanın öpüşməsinin altındakı faktoru da olduqca gözəl açıqlayır. Çünki bu davranış modeli ilə əslində hər iki tərəfin də xarici dünyanı və insanları təyin edə biləcək ən həssas strukturlarını bir-birlərini tanımaq üçün istifadə etdiyini görürük.


Şərhlər: 18
Baxılıb: 949
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Bestoş
xeber cox yaxwi idi twk
13 fevral 2015 22:27
# 18
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
Luna-90
Opmemisden evvel inciyen yerini ovxaliyiram ve deyiremki aglamaq olmaz sen kisisen.indide boyusede agriyan yeri olanda deyir mama bax aglamiram men kisiyem axi.ogun barmagini xirda kesmisdi bicaqla qani gorub qorxdu mene baxir aglaya bilmir gordu opdum basladi aglamaga deseydimki aglamaq olmaz aglamayacaqdi.umumiyyetle oglum ele usaqdiki bir sey olanda ezizleyende opende aglamirdisa basliyir aglamaga ustune qisqiranda her sey sakit otusub gedir.
13 fevral 2015 21:25
# 17
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Qlamurr
Ana ilə uşaq arasındakı sevgi,bağlılıq,uşaq dünyaya gələndən sonra da davam edir...nə qədər böyüsəkdə bu ana öpüşü həmişə bizə müsbət təsir edir.....bəlkədə psixoloji haldı,əsas odur ki,işə yarıyır.....tşk...
13 fevral 2015 17:45
# 16
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Tomris Müslümova
sekildeki usaq ne gozeldiiii....xeberde hemcinin
13 fevral 2015 12:43
# 15
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
isveç.de
Həyatım Anam həmişə pis olanda ya yıxılanda başımı qoyardım anamın dizinə bircə sığalı mənə dunyaları verərdi(; (; (; Allah Analarımızı Həmişə qorusun Amin.
13 fevral 2015 12:09
# 14
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Melissa
analar bele olurde
13 fevral 2015 11:34
# 13
lili)
mamalarin hemise etdiyi derman vasidesi opum kecsin indi qizima deyirem kecen defe oqlumun eli qapi arasinda qalib deyiremki opum kecsin deyirki ay mama men boyumusem eee qizima edirem indi open kimi kiriyir gedir oynuyur
13 fevral 2015 08:29
# 12
emis
Icden gelen anne wefkati
13 fevral 2015 07:54
# 11
naxçıvan balası
Analar ah analar min bir derdin dermanıdı 08
13 fevral 2015 02:20
# 10
Turkan Abbasova
Mende balacama deyirem hemise
13 fevral 2015 00:53
# 9
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
Fialka
Mən elə bilirdim söz xatirinə elə belə sözdü оказывается həqiqətən ağrını kəsirmiş "ağrı kəsici öpüşü" uşaq vaxtı evdə həmişə deyərdilər indi də mən qaqaşıma deyirəm nəsə olanda))
13 fevral 2015 00:07
# 8
sona
Men indide anama opdururem. Umumiyyetle her weyde ozumu ele oyretmiwem kefim olmiyamdada anama opdururem kefim acilir yada ozumu ele oyrewdirmiwem psixoloji olaraq. Canim ANAM
13 fevral 2015 00:04
# 7
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
aziz a
He olub ,ve indide davam edir bele sohbet heyatimuzda.
13 fevral 2015 00:03
# 6
Qelbim doludu !!!!
ismayilova ulker
Çox maraqlıdı məndə öpürəm qızlarlmı amma sonra ovuram ağrıyan yerlırini. Balaca qızım öyrəşib artıq əli dəyən kimi gətirir uzadırki öp keçsin. Məndə öpürəm sora gedir oynuyur. Deməli bunlar hamısı düzdü uşağln ağrlsı öpüşlə gedirmişquc
Əllərinə sağlıq canım mənim.
12 fevral 2015 23:58
# 5
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Aysel Tatli
ne qederde boyusen ana sevgisine ehhtiyacin olur
12 fevral 2015 23:31
# 4
Gunka13
Ayallah mendr qizima deyirem OPUM kesin openden sonra gulumseyir mene.
12 fevral 2015 23:20
# 3
Aileli.
Madina
Maraqli xeber idi,twk
12 fevral 2015 23:05
# 2
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
BARBI
Menim anam bu deyqede deyir opum kecsin 122 yasinnan asili olmayaraq ovlada qaygi gostermey lazimdir
12 fevral 2015 23:01
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz