Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpəm niyə ağlayır?
Körpəm niyə ağlayır?
Göndərən: NoName
Şərhlər: 16
Baxılıb: 1342
Səs ver:
Körpələr ağlamağa başlayanda valideyinlər nə etməli olduqlarını bilmirlər. Xüsusilə də bu hal ilk körpələrində olduğu zaman narahatlıqları daha da çox olur.

Yeni doğulan körpənin çox ağlamağının səbəbi nədir?
Körpələr çətinlik çəkdikləri  hər vəziyyətdə kömək üçün ağlayırlar. Körpələrin beyni hələ kifayət qədər inkişaf etmədiyi üçün üzləşdikləri "çətinliklərin” öhdəsindən gələ bilmirlər.  Belə olduğu halda körpələr qorxu hissi keçirdirlər və ağlamağa başlayırlar. Əmin olun ki, körpələr heç bir səbəb olmadan boş-boşuna ağlamazlar. Narahat olduqları zaman və ya  hər hansı bir şey onlara mane olduqda sizə xəbər vermək və sizdən kömək istəmək üçün ağlayırlar. Freydin insan övladı üçün "dünyaya tamamlanmamış olaraq gəlir” deməsi  çox doğrudur.  Əslində körpələr hamiləlik müddətini ana qarınının xaricində tamamlayır.  Yeni doğulmuş bir körpəni çöldəki bir döl kimi təsəvvür edin. Bu səbəbdən yəni doğulduqlarında kifayət qədər formalaşmadıqları üçün körpələr  çətinliyə qarşı çox həssas olurlar.

Körpənin ağlamağının ən əsas səbəbləri hansılardır?
Körpələr həm fiziki həm də emosional səbəblərə görə ağlaya bilərlər. Körpə, yorğun və ya ac olduğu zaman ağlayır. Bundan başqa körpələr, çox parlaq, çox sərt, çox soyuq, çox isti kimi halları, çox ani hərəkətləri, hadisələri şok olaraq qəbul edirlər, və bu halların təhlükəli olduğunu düşünürlər.

Anaların körpələrin ağlama səbəblərini başa düşmək şansları var?
Başlanğıclarda ağlamağın nə məna verdiyini başa düşmək çətin ola bilər amma zaman keçdikcə ağlama səbəblərini başa düşəcəksiniz. Məsələn: zaman keçdikcə aclıq ağlamağını yorğunluq ağlamağından ayırmağı bacaracaqsınız. Bəzən isə körpənizin niyə ağladığını qətiyyən bilməyəcəksiniz. Amma bunun bir əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan körpənin narahatlığını və ağrısını ciddiyə alaraq sakitləşməsi üçün ona kömək etməyinizdir.

Körpələr ən çox nə vaxt ağlayır?
Ən kəskin ağlamaq müddəti körpənin 3-6 həftəliyinə təsadüf edir. Körpə 12-16 həftəlik olduğunda isə daha az ağlayır. Bunun səbəbi isə bu dövrdə körpələrin hərəkət qabiliyyətinin artması, oyuncaqlarla  oynaya bilməsi, beləliklə də  daha az darıxmağıdır. Daha böyük körpələrin və 3-4 yaşına qədər uşaqların, həyata kifayət qədər uyğunlaşmaqlarına baxmayaraq aclıq, soyuq, yorğunluq, xəstəlik kimi səbəblərə görə hələ də ağlamağa davam edirlər. Bununla yanaşı, ağlamaq üçün yeni səbəblər də yaranır. Valideynlərindən ayrılma qorxusunun yaratdığı narahatlıq ağlamaqlarına səbəb olur. Böyüdükcə xoşladıqları və xoşlamadıqları, eyni zamanda, onları qorxudan və ya narahat edən şeylər dəqiqləşir və bunların hər biri  ağlama səbəbinə çevrilir. Danışmayan bir uşaq üçün ağlamaq ümumiyyətlə "xeyr” mənasını verir: "Xeyr, bir başqasının qucağına getmək istəmirəm”, "Xeyr, bu yeməyi istəmirəm” və s.

Körpə ağladığı zaman nə etmək lazımdır?
Körpə ağladığı zaman müdaxilə etmək, sakitləşməyi üçün kömək etmək lazımdır. Bir körpənin davamlı olaraq çətin vəziyyətə düşməsi  onun inkişafına mənfi təsir göstərə bilər. Ağlamağına uzun müddət cavab verilməyən körpələr həddindən artıq həssas və daima stress içində olurlar. Bu o deməkdir ki, gələcək həyatlarında hər şey mükəmməl olsa belə onlar daima narahatlıq içində olacaqlar. Körpənizin öz-özünə sakitləşməsini gözləməyiniz ona həm beyin həm də bədən inkişafı baxımından çox pis təsir göstərə bilər. Bir körpə ağladığı zaman  itirdiyi özünü idarə etmə refleksini özü bərpa edə bilməz, bunu yalnız siz edə bilərsiniz. Ona görə də körpələrin hər ağlamağına ardıcıl şəkildə cavab vermək lazımdır. Araşdırmalar və müşahidələr göstərir ki ağlamaqlarına ardıcıl şəkildə cavab verilən körpələr  zaman keçdikcə daha az ağlayan, daha xoşbəxt və daha asan sakitləşən uşaqlar olurlar.


Şərhlər: 16
Baxılıb: 1342
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ece uslu
uwaqin aglamagina doze bilmirem
15 yanvar 2015 00:41
# 16
Gulu-Qezi
ALLAHIM HER KESE EVLAD NESIB ELESIN AMIN
13 yanvar 2015 21:31
# 15
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Сладкий Ангел
uwaq agliyarda bes neyniyer
13 yanvar 2015 19:32
# 14
.Bir gülüşüm var Sizlərə ömür...
Aysel Tatli
uwaq aglaya aglaya boyuyer atalar sozudur
13 yanvar 2015 16:47
# 13
Tomris Müslümova
Sitat: adsiz-a
Allahim menede nesib etsin onda diye bilerem

amin insallah
13 yanvar 2015 13:34
# 12
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
adsiz-a
Allahim menede nesib etsin onda diye bilerem
13 yanvar 2015 12:54
# 11
roksi1995
menim korpem ac olanda ve yatmaq isteyende agliyir birde uzanmaq istemeyende o daha cox qucaqda qalmaq isteyir
13 yanvar 2015 11:56
# 10
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
xeyalperest
Uşaq yeni doglanda aglamagi yaxşidi deylene gore.twk lazimli melumatdi
13 yanvar 2015 11:15
# 9
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
talis balasi
Allah hamiya qismet elesin amin
13 yanvar 2015 09:54
# 8
ismayilova ulker
Mənim böyük qızım acanda ağlayırdı amma balacam hərşeyə ağlayır. Artıq nəyə niyə ağladığını çox yaxşı bilirəm. Allah bütün körpələri qorusun . Olmayanlara körpə səsi körpə nəfəsi bəxş etsin. Hərkəsin evindən körpə səsi gəlsin. Amin!
13 yanvar 2015 02:40
# 7
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Miss_Oxatan
Hetta tvde de uwaq agliyanda ureyim berk doyunur.men inqe sesine qarwi bir teher oluram.ele bilirem nese olar uwaga.
13 yanvar 2015 00:22
# 6
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
aziz a
Qizimda mene o barede zulm edib, mende qosulub ona aglamisam.....5 il bundan qabaq
12 yanvar 2015 23:40
# 5
Qelbim doludu !!!!
Fialka
Körpələr haqqında indidən o qədər şey öyrənmişəmki hətta hansı dərman nəyə görədi,nə nədi və s.sagolsun balaca qardaşıma mən baxmışaş hələdə baxıram demək olar)
12 yanvar 2015 23:32
# 4
BARBI
Aglayan korpe gorende pis oluram cetindir usaga baxmaq
12 yanvar 2015 23:24
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Wappuw
uwaqlari bezen hec anlamaq olmur
12 yanvar 2015 23:06
# 2
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
arzum-aysum
Arzu o qeder sakit usaq olub. Hami ona quzu deyirdi. Indi de eledi
di gel aysu onun tam eksi. O qeder aglayirdi
12 yanvar 2015 23:04
# 1
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz