Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpənizin refleksləri nəyi izah edir?
Körpənizin refleksləri nəyi izah edir?
Göndərən: NoName
Şərhlər: 17
Baxılıb: 826
Səs ver:
Yenidoğulan körpənizin bir neçə refleksləri vardır. Hər bir refleks, körpənin həyata öyrəşməyini təmin etdiyi kimi onun sağlam olduğunun da göstəricilərindən biridir.

Axtarış və əmmə refleksi
Körpənizin yanağını oxşayın. Başını dərhal o tərəfə doğru çevirəcək. Bu onun ana məməsini axtardığını göstərir. Axtarışı, əmmə refleksi tamamlayır. Axtararaq məmə ucunu tapar və əmər. Əgər siz yanağına toxunduqdan sonra barmağınızı ağızına götürsəniz əmməyə başladığını görərsiniz. Həyatda qalmaq üçün bu refleksin olması şərtdir. Əks halda körpələr, özlərini bəsləmək üçün cəhd göstərməzlər. Zamanında doğulan və hər hansı bir sağlamlıq problemi olmayan körpələrdə axtarış və əmmə refleksi olur. Axtarış və əmmə refleksi, 4 aydan başlayaraq azalır və yox olur.

Moro (sıçrama)  refleksi
Ani vəziyyətlərdə körpəniz, ürkər və sıçrayar. Bunları edərkən özünü arxaya doğru itələyər, qollarını və qıçlarını uzadar sonra özünə tərəf çəkər. Mora, yəni sıçrama refleksi olaraq tanınan bu hərəkəti körpə anidən tərpədildiyində ya da yüksək səsə məruz qaldığında edər. Qeyd etdiyimiz kimi körpə bunu qorxduğu zaman edər və belə vaxda  körpənizi sakitləşdirmək üçün, onu qucağınıza alın, üzünü sığallayın. Bu onun xoşuna gələcək. Özünü qorumaq məqsədilə yaranan bu refleks 3-ayından sonra yox olur.

Palmar yapışma və plantar yapışma refleksi
Yenidoğan körpələrin ovucuna toxunduğunuzda barmağınızı tutmağı çox sevərlər. Kiçik əlləriylə möhkəmcə əlinizi tutar və buraxmaz. Palmar yapışma olaraq adlandırılan bu davranış 6-cı ayında itər. Əgər ayaq və ya əlinin üstünə toxunsanız qollarını və ayaqlarını özünə tərəf  çəkərək bədənini yığışdırar və yenə barmağınızı tutmağa çalışar. Plantar yapışma olaraq adlandırılan bu hərəkət 10-cu ayda itər.

Tonik boyun refleksi
Körpəni kürəyi üstündə yatızdırdığınızda başını yana çevirdiyini görərsiniz. Üzünün çevirdiyi istiqamətdəki qolunu uzadarkən digər qolunu dartar, qıçlarını yuxarı çəkər. Bu hərəkəti o, başını tuta bilmədiyinə görə edər. 2-ci ayda nəzərə çox çarpan olan tonik boyun refleksi 6-cı ayda itər.

Yönəlmə refleksi
 Körpə yeni bir səs eşidəndə, yeni bir görünüş yarananda başını o tərəfə doğru çevirə, yəni başını xəbərdar edənə doğru çevirər. Ömür boyu davam edəcək olan bu refleks, beyində yaranan diqqət mexanizmlərinin meydana gəldiyinin əlamətidir.

Gəzmə refleksi
Körpənizi iki qolunun altından tutaraq, dik mövqedə dayanmasını təmin edin və ayaqlarını yerə dəydirin. Görəcəksiniz ki, körpəniz sanki gedirmiş kimi addım atmağa çalışır. Bu refleksin olması körpənin gələcəkdə gəzməsini asanlaşdıracaq. Əsasən 2-ci ayında itər.


Şərhlər: 17
Baxılıb: 826
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Сладкий Ангел
yaa sekildeki korpe coooooxx sirinnnn
20 yanvar 2015 19:14
# 17
.Bir gülüşüm var Sizlərə ömür...
emis
ne qeseng usaqdi
20 yanvar 2015 17:22
# 16
ay.dan
inwallah yayda mende qucagima alaram korpemi Allahin komeyi ile
20 yanvar 2015 13:08
# 15
O, sinən də yatarkən narahat olmasın deyə dərindən nəfəs almamaqdır sevgi♥♥♥
roksi1995
twkler korpem artiq 6aydadur
20 yanvar 2015 11:42
# 14
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
Melissa
tskrlerrrrrrrrrr
20 yanvar 2015 11:21
# 13
ayan97
Bebis olanda oxuyacam sooozzz
20 yanvar 2015 00:15
# 12
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Wappuw
allah arzusunda.olan her kese qismet olsun amin...
19 yanvar 2015 23:51
# 11
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
BARBI
Insallah bu hisler bize qismet olar
19 yanvar 2015 23:27
# 10
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
allah arzusunda olan herkese nesib etsin insallah amin
19 yanvar 2015 23:19
# 9
ece uslu
maraqla oxudum faydali xeberdi
19 yanvar 2015 23:17
# 8
sona
Sitat: Gulu-Qezi
CAN OXUDUQCA HEYECANLANDIM(((

İnwallah tez zamnadada oz korpen olar sen ve senin kimi ovlad hesreti ceken her kesin
19 yanvar 2015 23:16
# 7
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
xeyalperest
O geriye atmadan cox qoxurame ona gore men yeni dogulmuş uşagi qucaga goturmyr qoxurame
19 yanvar 2015 23:16
# 6
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
sona
Sitat: Gulu-Qezi
CAN OXUDUQCA HEYECANLANDIM(((

İnwallah tez zamnadada oz korpen olar sen ve senin kimi ovlad hesreti ceken her kesin
19 yanvar 2015 23:15
# 5
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
xeyalperest
O geriye atmadan cox qoxurame ona gore men yeni dogulmuş uşagi qucaga goturmyr qoxurame
19 yanvar 2015 23:15
# 4
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Gulu-Qezi
CAN OXUDUQCA HEYECANLANDIM(((
19 yanvar 2015 23:06
# 3
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
gulka azeri
ALlah arzusunda olan herkese nesib etsin insallah balamin korpeliyini xatirladim bunlari oxuyarken cox sukur mende hesret cekdim sonda yawadim bu gunleri umidinizi ALlahdan asla kesmeyin
19 yanvar 2015 23:03
# 2
Madina
Cox maraqli xeber idi,twk. Tanri arzusunda olanlari tezlikle mukafatlandirsin,amin!!!
19 yanvar 2015 23:03
# 1
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz