Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpəni qucağa almaq lazımdır yoxsa yox?
Körpəni qucağa almaq lazımdır yoxsa yox?
Göndərən: NoName
Şərhlər: 20
Baxılıb: 2134
Səs ver:
Körpənin qucağa alınmasıyla əlaqədar fərqli fikirlərin olması ana namizədlərini çaşdıra bilər. Bəzi fikirlərə görə körpə mümkün qədər  az qucağa alınmalıdır  ki,  qucağa öyrəşməsin və ana rahat olsun. Bəzi yanaşmalar isə bunun tam tərsini, analara körpələri hələ ana qarınındaymış kimi uzun zaman demək olar ki, yapışıq bir həyat keçirməsini təklif edir.
Körpə ananın qarınına düşdüyündən etibarən (bəlkə də çox daha əvvəl) ananın zehinində bir yerə sahib olmağa başlayır. Bu "yer" ananın öz psixoloji vəziyyəti, bir körpə sahibi olmaqla əlaqədar duyğuları, hazırlığı, öz uşaqlığı və böyüdülmə tərzi ilə, öz ana atası, həmçinin yoldaşı ilə əlaqəsinə əsasən müəyyən edilir. Ananın özü bir körpə sahibi olmaq mövzusunda nə qədər qayğıdan uzaqdırsa, yoldaşıyla birlikdə nə qədər mehriban münasibətdədirsə, ayrıca öz uşaqlıq dövrü ilə əlaqədar emosional qarşıdurmaları nə qədər azdırsa, körpəsinin də sakit olma ehtimalı bir o  qədər yüksəkdir. Ana özünü rahat və dinc hiss edirsə, körpənin ehtiyaclarını qarşılamaq mövzusunda daha uğurlu olacaq. Ehtiyacları qarşılanan körpə daha dinc və sakit olacaq. Körpə üçün əvvəllər çox yeni və aydın olmayan, bəlkə də təhlükəli kimi görünən dünya, ananın qayğısı və sevgisi sayəsində yavaş yavaş etibarlı bir yerə çevrilməyə başlayır. Beləcə  güvən duyğusu yaranır. Güvən duyğusu inkişaf etdikcə və körpə sakitləşdikcə, başlanğıcda bəlkə də davamlı qucaqda olmaq  istəyən körpə artıq daha çox ayrı qala bilir. Çünki artıq bilir ki, yenidən nəyəsə ehtiyacı olduğunda ana ehtiyacını qarşılamaq üçün yanında olacaq.

Güvən duyğusu çox əhəmiyyətlidir:
Güvən duyğusu inkişaf edən körpə yavaş-yavaş anadan ayrı daha çox vaxt keçirir. Ətrafındakılara diqqət etməyə başlayır. Gülümsəməyə, iməkləməyə, getməyə, dünyanı kəşf etməyə başlyır. Onu müşahidə edən ana də körpənin yeni ehtiyaclarını görür, onları qarşılayır və körpəni təbii olaraq daha çox sərbəst buraxa bilir. Əvvəllər körpə ağladığı anda qucağına alıb döş verərkən, artıq  əlindəki işini bitirə bilmək üçün bəlkə də körpəsinin bir iki dəqiqə sızlanmasına icazə verə bilir. Onu da qeyd edək ki, körpə nə qədər çətin sakitləşən bir körpə olsa da ananın göstərdiyi maraq və qayğı nəticəsində çətin bir körpə ilə  ana arasında zaman keçdikcə bir harmoniya yaranır. Ana körpəsinə, körpə də anasına uyğunlaşır. Bu səbəblədir ki, analar körpələrinin nə vaxt və niyə ağladığını ağlama şəkillərindən və səs tonlarından başa düşürlər.

Düsturu yoxdur:
Bütün bunları nəzərə aldıqda hər bir körpə üçün filan qədər qucağa alınmalıdır kimi bir düstur olmadığını görürük. Bəzi körpələr davamlı qucaqda tutulmaq istəyir, bəziləri  isə daha çox ayrı qala bilir. Əgər körpənin psixoloji inkişafı yolunda gedirsə zaman keçdikcə daha az qucaq istəyəcəyini görəcəksiniz. Digər tərəfdən, uşağın inkişaf dövrlərini bilmək də qucaq mövzusunda əhəmiyyətlidir. Məsələn 7-8 ay ərzində körpədə xaric qorxusu inkişaf etdiyi üçün o, daha çox qucaq istəyə bilər. 18 və 24 ay arasında anaya təkrar bir bağlanma yaranar və daha çox qucağa ehtiyac duya bilər. Bu hallar tamamilə normaldır.

Qucağa almamaq da düzgün deyil:
Uzun müddətlərlə qucağa alınmamaq da körpələr üçün olduqca təhlükəli ola bilər. Xüsusilə bəzi amerikan məktəblərində körpənin yatızdırılması ilə əlaqədar uzun müddət qucağa alınmaması və körpənin buna vərdiş etməli olduğu tövsiyə edilir. Həqiqətən də körpə buna qısa bir zamanda öyrəşər. Lakin eyni zamanda körpədə ətrafla əlaqədar neqativ  hisslər inkişaf edə bilər. Körpə belə hiss edər: "Qorxuram, ehtiyaclarımın da qarşılanması lazımdır, nə qədər ağlasam da kimsə gəlmir, bura etibarlı bir yer deyil."  Belə hallarda körpələrdə inamsızlıq, rahat ayrı qala bilməmək kimi hallar meydana gələ bilər və sakitləşə bilmək üçün  daha çox qucağa ehtiyac duya bilərlər.
Uşaqlar üçün tək qala bilmə imkanlarının inkişafı əhəmiyyətlidir. Lakin yenə də körpəlik dövründə diqqətli olmaq lazımdır. "Necə olsa qoyuram öz-özünə oynayır" deyərək körpələrin uzun müddət tək qalması düzgün deyil. Bəzi körpələr uzun müddət tək qala bilir kimi görünə bilərlər amma bəlkə də özünə göstərilən diqqətin miqdarını qəbul etməyə  və buna  öyrəşməyə çalışırlar. Bu vəziyyət isə körpənin gələcəyi  üçün olduqca təhlükəlidir və bir çox mənfi nəticələri ola bilər.


Şərhlər: 20
Baxılıb: 2134
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
qucaqada oyreshdirdikde cox zir-zir olur
8 mart 2015 23:19
# 20
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Aydan Habili
Bildiyim qədəri ilə körpə ilk dogulan andan etibaren ana öz körpəsini qucagina almalıdır ki,körpə öz anasının təbii beden qoxusuna alışsın.raziyam Svetoklana ile
18 yanvar 2015 19:06
# 19
FISTIK
men oyretmemsem xosdamiram usaqlari gucaga oyretmek cunki cetindi is gore bilmirse.amma qaynanam oyredir bos olan vaxdi deyir yaziqdi cox uzanib mende calisiram gucaga oyresmesin cunki ozume cetinik olur. cox sukjr elede butun gunu gucaq istemiler
17 yanvar 2015 00:52
# 18
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
ŞehZam
Birinci uşaqvaxtı valideyn nə etdiyini bilmirki)) Görmədiyi günə düşür loru dildə desək)))Ona görə uşaq ıy eləməmiş hooop qucaqdadı bəbiş))
17 yanvar 2015 00:46
# 17
Сладкий Ангел
lazimli melumatdir twk
16 yanvar 2015 19:17
# 16
.Bir gülüşüm var Sizlərə ömür...
KRALİCEM
Sukur allaha qizim 3-ayliqdi qucaq qusudu
16 yanvar 2015 16:35
# 15
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
talis balasi
Yaxin refiqem var korpesi 7 ayliqdi usaq gucaqdan dusmur oyerib qucaqa indi yaziq neyniyir oyresdire bilmir yataqa en piside hec kimin qucaqinda qalmir anasini isdeyir
16 yanvar 2015 15:32
# 14
Tomris Müslümova
bacimin oglunu qucagimnan yere qoymuram
16 yanvar 2015 14:13
# 13
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Bestoş
ewitmiwem qucagda cox olanda qucaga orgenir
16 yanvar 2015 12:04
# 12
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
Qlamurr
Uwagi qucaga oyretmek lazim deyil,sonra ana ucun cox cetin olur,lazimdi ancaq yerinde de,her agliyanda yox.....
16 yanvar 2015 11:52
# 11
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Melissa
men cox qucaqda saxlamamisam deye oyresmeyib qucaqda aglayir,
16 yanvar 2015 10:41
# 10
xeyalperest
Yeni yerinde mence cox qucaqda tutanda anaya cox alişir
16 yanvar 2015 09:53
# 9
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
lili)
yerli yersiz yox da aqlamiyanda qoyurdum usaq arabasina sakit otururdu mende isimi gorurdum usaq ac olanda altini batiramda aqlayir basqa vaxt elede aqlamir

yerli yersiz yox da aqlamiyanda qoyurdum usaq arabasina sakit otururdu mende isimi gorurdum usaq ac olanda altini batiramda aqlayir basqa vaxt elede aqlamir
16 yanvar 2015 09:28
# 8
sona
uwaq qucaga oyrewende pisdi hem anaya ele hemde uwaga. Yerinde uzananda el qol hereketide olsa eliyir qucaqda olanda pssivlewir. Bunu hekim demiwdi refiqeme.
16 yanvar 2015 02:22
# 7
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Antikvar
Korpeni pastayanni qucaga almaq duzgun deyil.Usaqi qucaqsizda boyutmek olur)Sert deyil ancaq quccaqda ozunle dasiyasan...Bir defeki daddi o qucagi sonrasini tesevvur bele elemek mumkun deyil nece yasa qeder qucaqq ucun goz yasi tokurler...
16 yanvar 2015 01:25
# 6
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
ismayilova ulker
Mənim iki qızım iksidə qucaq quşu olublar. Amma özümdə alırdım qucağıma ağlamağlarına dözə bilmirdim. Işdə görə bilmirdim.
Indi şükür böyükdülər daha qucağ istəmirlər. Məncə qucağa almaq lazımdı.
16 yanvar 2015 01:05
# 5
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
ece uslu
usaq qucaga oyrewende saxlamaq cetindi
16 yanvar 2015 00:36
# 4
aziz a
Oyrenende qucaga problem olur usag ucunde , ana ucunde
15 yanvar 2015 23:46
# 3
Qelbim doludu !!!!
ayan97
Allah her kese qusmet elesin qucaga almag hem yaxsidi hem pis
15 yanvar 2015 23:31
# 2
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
BARBI
korpe cox qucaga oyresende valideyne cetin olur usagi saxlamaq
15 yanvar 2015 23:24
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz