Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlarla bağlı ən çox soruşulan suallar
Uşaqlarla bağlı ən çox soruşulan suallar
Göndərən: Nazlı_qız
Şərhlər: 18
Baxılıb: 1115
Səs ver:
Birinci sinifə başlama yaşını bilmək üçün test etdirməyə gərək varmı?
Gərək yoxdur. Normalda 72 ayını tamamlayan uşaqlar birinci sinifə başlaya bilər. Hələ öncədən bağçaya və məktəbə hazırlıq məşğələrini keçibsə deməli tam hazırdır. Uşaqla bağlı hansısa şübhəniz, narahatlığınız varsa bir mütəxəssis müayinəsindən keçməkdə fayda var.

Ata anaya qarşı rəftarda kobudluq edirsə və sevgisini göstərmirsə, ana diqqətsiz və sevgisiz qaldığını görürsə uşaqlara qarşı kifayət qədər faydalı ola bilər mi?
Heç vaxt. Ana- ata arasındakı xoşrəftar, qarşılıqlı sevgi və hörmər inanın uşağa çox böyük təsir edir. Bunu etmək məcburiyyətindəsiniz.

Həyat yoldaşımı 1 il öncə itirmişəm. 6 və 10 yaşında iki oğlum var. Yaxşı ana olduğuma inanıram. Atanın yerini necə doldura bilərəm?
Allah sizə səbr və güc versin. Bunun üçün anlayışlı bir bəylə evlənə bilərsiniz. Evlənmədən başqa baba, əmi, dayı kimi ailənin kişilərinə yaxın yerdə yaşamaq, onlarla sıx təmasda olmaq faydalıdır. Beləliklər təqlid edəcəkləri bir kişi modeli görürlər. Bir başqa xüsus da məktəbdə kişi müəllimi ilə münasibətini qursanız bu da "model olma” istiqamətində çox yaxşıdır.

Uşaqların gecə altlarını islatmaları ana- atanın tərbiyəsindən asılıdırmı?
Xeyr! Əsasən organik mənşəlidir. Amma uşaq bir müddət təmiz olub sonra altını islatmaya başladısa burda psixoloji faktorların olmasını göstərir. Ya uşaqda ana- atanı itirmə qorxusu və ya qısqanclıq hissi mövcuddur.

Atanın uşağa davamlı özünü tərifləməsi və misal göstərməsi, "mən sənin yaşındaykən çox çalışqan idim. Mən bu imkanlara sahib deyilkən belə idim elə idim” kimi sözlər spyləməsi və onu təmbəlliklə günahlandırması doğrumudur?
Qətiyyən, doğru deyil. Uşağa fayda yerinə zərər verir.

Hər uşağı olduğu şərait içərisində düşünmək gərəkir. Bu şəkildə özümüzlə müqayisə etmək alçaldarsaq bir müddət sonra onda özünə inamsızlıq formalaşacaq.

6 yaşında qızım, 4 yaşındaykən altını islatmağı kəsmişdir. Son 4 aydır təkrar gecə qalxmaya və altını islatmağa başladı. Nə edə bilərəm? Səbəbi nə ola bilər?
Uşağın daxilində onu narahat edən bir problemi var. Bunu araşdırmaq lazımdır. Bəlkə ailəyə yeni bir körpə gəlib? Bu barədə onu rahatlatsaq problem həll olmağa başlayacaq. əlavə olaraq yatmazdan əvvəl mayə qəbulunu azaltmaq, altına bez və ya salafan sərməmək, idrarını qaçırdığı günləri qeydə almamaq və təmiz olduğu günlər ona məmnuniyyətimizi bildirmək çox faydalıdır.

Uşağımın hər istədiyini və onun üçün hər şeyin ən yaxşısını edirəm. Yenə əsəbi və narahatdır.
Əslində arada onun istəklərinə "xeyr” deməlisiniz. Hər istədiyini etmək doğru deyil. Beləliklə övladınızı doyumsuz və hər şeydən narazı böyüdürsünüz. Uşaq, əlindəki nemətlərin fərqinə varmır. Həyatda da hər istədiyinin onun olacağına zənn edəcəkdir. Elə olmadığını görəndə isə bədbin və uğursuz olacaqdır.

6 yaşındakı uşağım çox tərsdir. "Olmaz” desəm belə sərt reaksiya verərək, istədiyini etmək istəyir.
İsrar etsə belə edilə bilməyəcək bir şey istəyirsə, etməyin! Uşaq bilməlidir ki, israr fayda verməyəcək. Beləliklə zamanla tərsliyindən əl çəkəcəkdir.

5 yaşındakı oğlum marketdə istədiyini almayınca səs- küy salaraq bizi utandırır. Məcbur qalıb istədiyini alırıq....
Uşaq istədiyini utandıraraq əldə etməyə çalışır. Alınmayacaq istək olanda qətiyyətlə imtina edin. Özünü yerə çırpsa da, qışqırıb çığırsa da qəbul etməyin. Bir müddət sonra bu vərdişdən əl çəkəcəkdir.


Şərhlər: 18
Baxılıb: 1115
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
valideyinlercin maraqli olar
8 mart 2015 22:52
# 18
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Luna-90
1ci ve axirinci bize aiddi.mekteb heyecanimiz a az qalib sentyabrda mektebe gedecek oglum.birde axirinci movzu marketden oyuncaq almasa cixmir men yox deyib razi saliram yoldasim ancaq onun isteyini reallasdirir.deyir 1 ovladima hecne ala bilmiremse nece atayam.
5 yanvar 2015 13:41
# 17
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
masha
cox faydali meslehetlerdi tesekkur
5 yanvar 2015 10:09
# 16
Qlamurr
Ən yaxşı tərbiyə metodu uşağı uşaq deyib keçməyin böyük insan kimi hər şeyi başa salmaq lazımdı.....hər istədiyi olmamalıdı,istəklərində sərhəd olmalıdı....
4 yanvar 2015 01:11
# 15
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
sona
Bir nece sualin cavabi cox xowuma geldi. Faydali xeberdi tewekkurler
4 yanvar 2015 01:10
# 14
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Wappuw
tewekkur faydali melumatlardi
4 yanvar 2015 00:19
# 13
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
FISTIK
Təşəkkür faydali meslehetlerdi mene lazim olanida tapdim twk
4 yanvar 2015 00:02
# 12
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
Menim balam
Men şexsen oğluma 1 defe deyirem, ters baxişlarım çoxdur. Üzüme baxan kimi bilir ki, men ne deyirem. Gerek uşaqlıqdan öyredesen yoxsa büyüyende geç olacaq. Menim üreyim pardıyareee uşağın istediği olsa.
3 yanvar 2015 23:27
# 11
Aysel Tatli
maraqlidir
3 yanvar 2015 23:18
# 10
ece uslu
indi uwaq terbiye etmek cox cetindi
3 yanvar 2015 23:16
# 9
emis
her bir ananin bilmesi lazimdir bunlari
3 yanvar 2015 22:46
# 8
Сладкий Ангел
cox maraqli xeberdi ellerinize saglik
3 yanvar 2015 22:22
# 7
.Bir gülüşüm var Sizlərə ömür...
BARBI
Elbette kaprizsiz usaq yoxdur sadece basa salmaq lazimdir
3 yanvar 2015 20:37
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Cox faydalı xəbərdi mən də uşaq kaprizləriylə oynamagı hec sevmirəm
3 yanvar 2015 20:33
# 5
Chalikushu
gerekli xeberdir
3 yanvar 2015 20:23
# 4
men ne vaxt boyudum ki qelbler qirdim(
neri
he duzdu her markete gurende bisey isteyirdi birdefr aglata aglata eve getrdm tay istemir.
3 yanvar 2015 19:41
# 3
Sert
SEVGI DENIZIM
lazimli xeber idi twk
3 yanvar 2015 19:39
# 2
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
Gulu-Qezi
INSALLAH YAXWI OLAR HERWEY
3 yanvar 2015 19:34
# 1
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz