Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yeniyətməlik dövrünün problemləri
Yeniyətməlik dövrünün problemləri
Göndərən: Nazlı_qız
Şərhlər: 14
Baxılıb: 3535
Səs ver:
Yeniyetməlik dövrü hamımızın həyatında şübhəsiz ki, ən böyük dəyişikliklərdən biri olub. Bu dövrdə baş verən dəyişikliklər tək yox, çox istiqamətli xarakter daşıyır. Gözlə görünən fiziki dəyişikliklərlə bərabər, psixoloji dəyişikliklər də özünü göstərir.

Heç bitməyəcəkmiş kimi təsəvvür etdiyimiz uzun və yorucu yeniyetməlik dövrünü biz artıq geridə qoyduq. İndi isə uşaqlarımız bizim keçdiyimiz o yollardan keçir, onları nə qədər yaxşı anlasaq və bu anlayışımızı göstərsək onlar da bu dövrü bir o qədər yüngül keçirdəcəklər.

YETKİNLİK DÖVRÜ DOSTLUQ MÜNASİBƏTLƏRİNİN ƏN SIX OLDUĞU DÖVRDÜR
"Mənə yoldaşını söylə, sənə kim olduğunu söyləyim!" sözü yetkinlik dövrü üçün doğru yanaşmadır. Yeniyetməlik çağında olan insan ətrafdakı insanların təsirinə daha asanlıqla düşür. İstədiyi mühitdə qəbul olunmaq və o mühitə girə bilmək üçün öz davranışlarında müsbət və ya mənfi istiqamətdə hər hansı dəyişikliklər etmək onlar üçün çox asandır. Çünki bu dövrdə davranışlardan çox ətrafdakılar tərəfindən qəbul edilmək və maraq doğurmaq önəm daşıyır. Xüsusilə ailə mühitində sevilmədəyini hiss edən uşaqlar ətrafda özlərini təsdiq etməyə çalışırlar. Əgər biz uşaqlarımıza dəyər verməsək, onlar da özlərini dəyərli hiss edəcək başqa bir yer axtarmağa başlayacaqlar. Bəzən ailədə yeniyetməyə dəyər verilsə də, yeniyetməlik dövrünün çətinlikləri və ailədə valideynlər arasında sağlam əlaqənin olmaması nəticəsində də yeniyetmə pis mühitə düşə bilər. Buna görə də ailə daxili münasibətlərin sağlam olması xüsusilə yeniyetməlik dövründə çox önəmlidir.

DOSTLARININ AİLƏLƏRİ İLƏ TANIŞ OLMALISINIZ
Yeniyetməlik dövründə ailə daxili münasibətlərin sağlam olmasına çalışmaqla bərabər övladımızın kimlərlə dostluq etdiyini də bilməliyik. Bu həssas dövrdə "dost" anlayışı yeniyetmə üçün xüsusilə önəmli olduğundan dostlarını sərt tənqid etməməyə çalışmalıyıq. Dostları haqqında mənfi fikirlərimiz varsa belə bunu dərhal dilə gətirməməliyik.

Onların bizim üçün çox dəyərli olduqlarını, hər zaman onlar üçün ən yaxşısını istədiyimizi və ən çətin, mürəkkəb vəziyyətdə belə daim yanında olacağımızı söyləməli və hiss etdirməliyik.

YENİYETMƏLİK AZADLIQDIR?
Uşaqlıq dövrünü geridə qoyub yeniyetməliyə doğru addımladıqları üçün bu dövrdə övladlarımız uşaq rəftarı görməkdən məmnun qalmırlar. Münasibətlərimizi bunu nəzərə alaraq tənzimləsək yeniyetmə övladımız bizdən razı qalacaq. Bəzən yeniyetmə valideynlərinin dəstəyini daha az hiss edərək sərbəst şəkildə əldə etdiyi müvəffəqiyyətlərinin dadını çıxarmaq istəyir. Təbii ki, bu vəziyyətdə onları tənqid etməməli, əksinə dəstək olmağa çalışmalıyıq. Tövsiyyə xarakterli ifadələri çox eşitməyi sevməyəcəklər. Onların müstəqillik, azadlıq istəyinə qulaq asmalıyıq! Sərhədsiz azadlıqdan əlbəttə ki, qaçmalıyıq. Belə bir həssas dövrdə övladlarımızı tam sərbəst buraxmaqdan qaçmalıyıq. Sərhədləri şüurlu şəkildə təyin etmək valideynin vəzifəsidir. Bir tərəfli ərar qəbulundan qaçmalıyıq. Qarşılıqlı anlaşma bu dövrdə xüsusi əhəmiyyət daşıyır. Əgər bəlirlədiyiniz qaydalar yeniyetmənin ürəyincə olmasa, o onsuz da bu qaydaları çeynəyəcək. Ailə üçün ən sağlam qərar birlikdə müzakirə olunaraq qəbul edilən qərardır.

Yeniyetməlik dövründə ünsiyyət problemləri necə həll edilə bilər?
Əslində ailə daxili ünsiyyət problemləri yalnız yeniyetməlikdə yaşanmır. Uşaq doğulduğundan etibarən yaşadığı ailə mühitində ünsiyyət problemləri ilə üzləşə bilər. Ancaq müşahidələr göstərir ki, bu problemlər yeniyetməlik çağında daha sıx təsadüf olunur.

Normal ünsiyyət prosesinin yaranması və qorunub saxlanması üçün bir neçə məsləhət:
- Övladınızı sevdiyinizi ona hiss etdirin.
- Sevginizi maddi imkanlarınızla göstərməkdən qaçın.
- Övladınızın hər hansı səhv davranışına cavab olaraq sərt tənqiddən qaçın.
- Övladınızın bir şəxsiyyət olduğunu unutmayın və onu şəxsiyyət kimi qəbul etdiyinizi, şəxsiyyətinə hörmət etdiyinizi göstərin.
- Övladınızla ünsiyyət zamanı yaxşı bir dinləyici olun.
- Dinlədiklərinizi tənqid etmədən obyektiv şərh etməyə çalışın. Lazım gələrsə məsləhət verin.
- Ailə içi qaydaları təyin edərkən uşaqlarınızın iştirakçı olmalarını əhəmiyyət verin.
- Ailəniz üçün hər hansı bir qərarı qəbul etdiyiniz zaman mütləq onunla da məsləhətləşin.
- Valideynlər arasındakı münasibətin sağlam olmasını təmin edin.


Şərhlər: 14
Baxılıb: 3535
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Aysun2014
Maraqli movzudu tewekkurler menimde sehflerim olub hemin dovrde kaw olmazdi yenede sukur allahima utandirici sefler deyil ele bele
25 avqust 2015 00:15
# 14
vipbetul
sukur problemim olmuyub hec bir dovrde ailemle
8 mart 2015 22:59
# 13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Aysel Tatli
O DOVRU KECMIWEM HEC BIR PROBLEM YAWAMAMIWAM
6 yanvar 2015 17:04
# 12
arzum-aysum
Kecid dovru cox cetin bir dovrdu. Hemin vaxt erzinde usaqla duzgun reftar etmeyende pozulur
6 yanvar 2015 09:47
# 11
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Menim balam
yeniyetmelik dövründe çox problem olur.
6 yanvar 2015 01:10
# 10
ece uslu
bu dovr de en esasi valideynle uwaq arasinda cox semimi munasibet olmalidi valideynler yeniyetmeleri bawa duwmeli sert davranmamalidirlar
6 yanvar 2015 00:37
# 9
Wappuw
yeniyetmelikde olur bezi sehvler,hal hazirda genclik heyatina qedem qoymuwam
6 yanvar 2015 00:29
# 8
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
Little girl
Men de bu dovrden kecmisem.O dovrde yeniyetmelerle davranmaga diqqet edilmelidir.Tesekkurler.
5 yanvar 2015 23:42
# 7
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
lili)
mene lazim idi bu meqale oqlum yetkinlik dovrunu yasayir bir az esebidi
5 yanvar 2015 23:41
# 6
GünƏşimƏ_AiD_
17 yawim var duz 1il evvele baxiram ve nece uwaqcasina hereketle elemiwem..size ele gelirki duz edirsiz inanirsiz her weyi duz edirsiz.amma bu duz olmur sadece uwaq uwaq fikirler olur.heqqi sora insanin gulmeyi gelir...mama sozune qulaq asin tovsiye edirem.
5 yanvar 2015 23:30
# 5
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Qlamurr
Yeniyetməlik dövrünü hamımız yaşayırıq,bu dövrdə valideyin ehtiyatlı davranmalıdı,övladına anlayışla yanaşmalıdı,sərt olmamalıdı......ən əsası qorumalıdı......
5 yanvar 2015 23:24
# 4
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Wiyinka
Tewekurler
5 yanvar 2015 23:07
# 3
xeyalperest
Etrafimda sevdiklerim coxdu dostumda yoxdu yeni tesir altina duşmemişem heleki.ama bele esebiyemki onunda yeniyetmelikdenmi imtahan stresderimi deye bilmicem twk
5 yanvar 2015 23:04
# 2
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
BARBI
Yeniyeelikde bele problemler cox olur mueyyen yas dovrunde bele olur ve zamanla kecir
5 yanvar 2015 23:02
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz