Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlarda nitq qüsurları, onlarla necə ünsiyyət qurmalı
Uşaqlarda nitq qüsurları, onlarla necə ünsiyyət qurmalı
Göndərən: Nermi_7
Şərhlər:
Baxılıb: 1353
Səs ver:
Uşaqla uşaq kimi danışmaq nitqdə qüsur yaradır.
İnsan yaradılışdan ünsiyyətə, söhbətə meyllidir. Sosiallaşma hər bir insanın daxilində var. Əgər bir insan danışmırsa, yaxud söhbətdən qaçırsa, demək, bunun mütləq bir səbəbi var. Səbəb isə əksər hallarda nitq pozuntularıdır. Belə hallar uşaqlıqdan özünü büruzə verir. Uşaqlarda isə danışmaq istəməmək halları gözlənməyən bir haldır. Kiçik yaşlarında böyüklərlə nisbətdə uşaqlar ikiqat söhbətə meylli olur. Suallar vermək, kiminləsə danışmaq, insan olmasa belə əşyalar, oyuncaqlar söhbət üçün uşaqlara kifayət edir. Bu yaşlarda uşaqların söhbətdən qaçması, susması isə ciddi bir problemin baş qaldırdığına işarədir. Əlbəttə, uşağın danışmamasına səbəb olan faktorlar var. Bunlar fizioloji də ola bilər, psixoloji də. Nəticə olaraq ortada danışmağa meylli olmayan, yaxud danışmayan bir uşaq varsa, bunun səbəbini araşdırmaq lazımdır.

Loqoped Aytən Əsgərovanın sözlərinə görə, elə vaxtlar olur ki, uşaqlar tam dil açmadıqları, yaxud danışıqlarında olan qüsurun fərqində olduğu üçün ətrafdakı insanların onu başa düşməkdə çətinlik çəkdiyini anladığından ünsiyyətdən qaçırlar. Bəzən də valideynlər uşaqlarına qarşı o qədər həssas olur ki, onlar artıq nəsə deməyə ehtiyac duymurlar. Uşaq yemək istəməsə belə, valideyn onu tez-tez yedizdirir, üşüyürsə, uşaq hər ehtimala qarşı geyindirilir və beyində "anam mən deməsəm də edəcək" kimi bir fikir formalaşır: "Bütün bu səbəblər uşaqlarda danışmamağa qarşı istəksizlik yarada bilər. Belə vaxtlarda uşaqdan nəyisə izah etməsini istəmək, "aydın olmadı, bir az daha geniş izah et" demək, onları danışmağa motivasiya etmək, onun fikirlərinə həssas yanaşmaq lazımdır ki, uşaq danışmağa meylli olsun. Cavabını bildiyiniz sualları belə uşaqdan soruşun, sonra onun verdiyi cavaba təəccüblənin, yaxud reaksiya verin ki, uşaq söhbətin sizə nə qədər önəmli olduğunu anlasın və danışmağa daha da həvəslənsin".

Əksər hallarda uşaqlar danışdığı zaman kəkələyir ki, bu da onların söhbətdən qaçmasına səbəb olur. Yaşıdlarının ona qarşı təəccüblü, yaxud lağ kimi yanaşması, böyüklərin uşaqlara yazığı gəlirmiş kimi davranması uşaq psixologiyasına təsir etməklə yanaşı, onların nitqini də çox geri salmış olur. Loqoped bildirir ki, uşaq dil açmağa başladığı zaman dilində ilişmələrin yaranması normal haldır. Dayanmaq, düşünmək, sözləri qırıq-qırıq demək, düz deyə bilməmək yeni dil açan uşaqlara xas xüsusiyyətdir. Lakin zaman keçdikcə bu halların aradan qalxması müşahidə olunmalıdır. Söz ehtiyatı artıqca, uşaq cümlənin sonuna gəldikdə əvvəlini unutmaq kimi bir vərdişdən uzaqlaşdıqca onların nitqi də aydınlaşmalıdır: "Uşağın 3 yaş 8 aylıq, 4 yaşdan sonra hələ də nitqində problemlər varsa, artıq loqopedə müraciət etmək vaxtıdır. Çünki bu yaşdan sonra dildə yaranan qüsurların yardımsız düzəlmə şansı çox azdır. 3 yaşa qədər olan uşaqların dilində qüsur, kəkələmə, sözləri düzgün tələffüz edə bilməmək normal haldır. Çünki heç danışmayan uşaq birdən dil açır, danışmağa meyllidirsə eyni anda böyüklər kimi daha düzgün və daha çox danışmaq istəyir. Nəticədə dildə ilişmələr meydana çıxır. 4 yaşdan sonra uşaq tamamilə normal danışmağa hazır olur. Problem yaranırsa bu zamanla keçib gedəsi bir problem olmur".

Bəzən elə uşaqlar olur ki, onlar söhbət etdikdə həyəcanlanır, tələsir, sanki fikri izah etməsə qiyamət qopacaq kimi bir təəssürat yaranır. Belə hallarda da dildə dolaşmalar meydana gəlir. Ən yaxşı üsul uşağı sakitləşdirmək və ona sonuna kimi dinləyəcəyiniz hissini bəxş etməkdir. Uşaqların bu dönəmdə sağlam ünsiyyət qurması üçün ailəsinin və çevrəsindəki insanların ona qarşı başa düşən olması lazımdır. Xüsusən gün ərzində ana ilə vaxt keçirən uşaqlar bütün gün analarından gələcək suallara, söhbətlərə açıq olur. Buna görə, analar gün ərzində etdiklərindən, etmək istədiklərindən uşağa danışmalıdır. Onunla "sən uşaqsan, bilməzsən" tərziylə deyil, böyük insan kimi ünsiyyət qurmaq lazımdır. Gündəlik yemək yedizdirmək, geyindirmək və bu kimi işlər zamanı məhz bunlardan danışmaq, onların diqqətini çəkmək lazımdır. Bu üsul uşağın söz ehtiyatını artırmaq üçün ən gözəl bir yoldur. Əgər uşaq deyilən bir sözdə səhvə yol verirsə, ona eyni sözün doğrusunu təkrar etdirmək üçün məcbur etməyin. Bu uşaqda səhv etdiyini və bunun da ətrafdakılar tərəfindən hiss edildiyini bilmək hissi verəcək ki, bu birbaşa onun danışmaqdan küsməsinə bir səbəbdir. Ən yaxşısı səhv deyilmiş sözü valideyn özü düz formada deyib uşağa doğru model olmalıdır.

Həmsöhbətimizin sözlərinə görə, bu gün valideynlərin etdiyi ən böyük səhv uşaqlarla uşaq kimi, hətta ondan da betər danışmalarıdır: "Çox rast gəldiyimiz bir haldır ki, ana öz övladını elə ağız büzərək əzizləyir ki, böyük bir insan belə ananın nə dediyini anlaya bilmir. Bu, yanlış bir üsuldur. Uşaq nə qədər balaca olursa-olsun, onunla normal danışmaq lazımdır. Əks halda, bu danışıq tərzi də uşağın normal danışmasına pis təsir edir. Valideynlər 4 yaşdan sonra uşaq nitqini mütləq nəzarətdə saxlamalıdır".


Şərhlər:
Baxılıb: 1353
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz