Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Övladınız sizə qulaq asmır? - Yeniyetmə ilə davranış qaydaları
Övladınız sizə qulaq asmır? - Yeniyetmə ilə davranış qaydaları
Göndərən: Narınc Rüstəmova
Şərhlər:
Baxılıb: 1533
Səs ver:
ÖVLADINIZ SİZƏ QULAQ ASMIR?
Yeniyetmə ilə davranış qaydaları


Uşaqlar böyüdükcə problemləri də böyüyür. Əgər dünənə qədər əsas qayğımız uşağı gəzintiyə aparanda olmaz” deyə başa salmaq idisə, bu gün o, artıq özü bizə necə yaşamağın lazım olduğunu öyrətməyə başlayıb. Artıq tez-tez onun davranışları qarşısında çıxılmaz vəziyyətdə qalırıq. Bəs, nə etmək olar? Qarşılıqlı anlaşmanı necə əldə edə bilərik?

Yeniyetmə ilə uşaq kimi davranmaq olmaz. Ona böyük kimi davranmaq isə hələ tezdir. Valideynlər, adətən yeniyetməlik dövründə olan övladlarının onlara qulaq asmadığı, sanki eşitmədiyi üçün, yeniyetmələr isə əksinə, valideynlərin həddindən artıq tapşırıq verməsi, azadlıqlarına imkan yaratmaması üçün şikayətlənirlər.

Müşahidə edirik ki, yeniyetmələr istər musiqiyə, istərsə də dostlarına daha həvəslə qulaq asır, sıra valideynlərə çatanda isə vəziyyət dəyişir. Valideyn qışqırıb hədələsə belə heç bir faydası olmur. Bu təəccüblü deyil. Təcrübələrə görə, yeniyetmələrin tərbiyə prosesində çətinlik törədən amillərdən ən başlıcası "övladım məni eşitmir”dir. Deməli, onun bizi eşitməsi üçün başqa metodlara müraciət etməliyik.

Gəlin, o metodlara birgə nəzər salaq:
1. Uşağın diqqətini özünə cəlb etməyin ən sadə yolu çox deyil, az danışmaqdır. Qəribə də olsa, bu halda onun sizi eşitmək ehtimalı daha çoxdur. Uşaqların,eşitdiklərinə cavab vermək üçün düşünüb daşınmağa ehtiyacları var. Belə ki, siz övladınıza sual verir və ya nəyisə xahiş edirsinizsə, heç olmasa üç saniyə gözləyin. Bu zaman uşaq daha çox informasiya qəbul edəcək və yəqin ki, nəticədə normal cavab verəcək.

2. Özünüz diqqətli dinləyici olun. Nümunə götürəcəyi bir insan olmasa, sizin böyüməkdə olan övladınız da diqqətli dinləyici olmaz. Əmin olun, övladınızdan tələb etdiyiniz hərəkət üçün özünüz ona nümunə ola bilərsiniz. Həyat yoldaşınızı, dost və doğmalarınızı və əlbəttə ki,uşağın özünü dinlədiyinizi göstərin. Övladınıza öyüd-nəsihət verdiyinizdən iki dəfə artıq onu dinləyin.

3. Ona nəyin düzgün olmadığını deməyə çəkinməyin, düşünməyin ki, o, özünü necə aparmağı bilir. Sadəcə olaraq bunu mənəviyyat dərsişəklində deyil, dostcasına söhbət əsnasında deyin. Ən yaxşısı öz davranışınızla nümunə göstərin.

Siz – böyüklər ailədə öz ünsiyyətinizə diqqət yetirin. Bəlkə, əsas məsələ saniyə elə burdadır? Əbəs yerə deməyiblər ki, biz öz uşaqlarımıza nə qədər mənəvi keyfiyyətlər öyrətsək də, onlar onsuz da özlərini valideynləri kimi aparacaqlar. Düzgün davranış qaydaları haqqında söhbətləri ailə üzvləri ilə birgə yemək zamanı aparmağı sınayın: istənilən bir mövzu ətrafında səmimi və nəzakətlə söhbət edin.

4. Heç bir zaman mübahisələrə girməyin. Nümayişkaranə şəkildə əsəb və incikliyinizi göstərməyin. Dilə tutmaq, nəsihət vermək, acıqlanmaq – bu yollar effektli deyil, əksinə sözü gedən davranışı daha da təhrik edir. Araşdırmalar göstərir ki, yeniyetmələr kobudluqla və cavab qaytarmaqla böyüklərin diqqətini çəkməyin faydasız olduğunu görəndə, bundan əl çəkirlər. Belə ki, neytral olun və cavab verməyin. Məsələn, diqqətinizi başqa işə yayındırın, bu da işə yaramasa ayrı otağa çəkilin. Kobudluğundan əl çəkənə qədər, sadəcə olaraq söhbəti davam etdirməyin və bunu həmişə edin.

5. Övladınız özünü yanlış və səhv aparırsa, ona iradınızı başqa insanların və ya yaşıdlarının yanında deyil, yalnız təklikdə bildirməyiniz vacib şərtdir. Əks təqdirdə onun daha böyük kobudluğuna zəmin yaratmış olarsınız – unutmayın, övladınız artıq balaca deyil və öz ünvanına deyilən istənilən tənqidi çox ağrılı qəbul edə bilər, xüsusilə də bu, digər insanlar arasında baş verərsə!

6. Onun doğru və hörmətə layiq davranışlarını mümkün qədər tez-tez təqdir edin – bu, istədiyiniz nəticəni almağın ən sadə yoludur. Müşahidələr göstərir ki, yeniyetmələrin valideynləri təəssüf ki, çox zaman bunun əksini edirlər: yaxşı işlərə diqqət etmək əvəzinə, hər zaman "neqativə köklənirlər”. Belə ki, siz öz "kobud” uşağınızdan hər hansı nəzakət və hörmət görən kimi onu mütləq tərifləyin və bu cəhdlərini qiymətləndirin, hətta sözü gedən davranış tam olaraq istənilən kimi alınmayıbsa belə, hər halda o, bunun üçün çalışıb. Övladınızın buna nə qədər sevindiyinin şahidi olacaqsınız. (Ardı var.)

Əziz valideynlər, ən əsası övladınıza çətin sayılan yeniyetməlik dövründə dəstək olun!

Ceyran Həsənli
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu


Şərhlər:
Baxılıb: 1533
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz