Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Zəmanə dəyişib, biz də dəyişməliyik
Zəmanə dəyişib, biz də dəyişməliyik
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 860
Səs ver:
Sizdə elə olubmu ki, uşağı nəyəsə ( geyinməyə, tökdüyü oyuncaqları yığışdırmağa və s .) məcbur etmisiniz, lakin görmüsünüz ki, bu əbəsdir, uşaq tərslik edir və siz onu cəzalandırmısınız, sonra özünüzü günahkar hiss etmisiniz? Nə vaxtsa olub ki, siz özünüzə söz vermisiniz ki, bütün işlərimi atacam, ancaq uşağımla məşğul olacam, mənə əziz olan insanlarla vaxt keçirəcəm, özümü bütünlüklə onlara həsr edəcəm. Lakin böyük təəssüf hissi ilə anlamısınız ki, bu mümkün deyil.
Düşünürəm ki, uşaqda nizam-intizam yaratmazdan öncə valideyn ilk növbədə özündə dəyişiklik yaratmalıdır. Necə deyərlər birinci özündə intizam yarat sonra uşağında. Bunun üçün özünükontrol və özündə nizam-intizam yaratmaq lazımdır.Bu məqalədə siz özünükontrolun tərbiyədə necə effek verdiyinin, nəyi, necə etmək lazım olduğunu biləcəksiniz.
Valideynlər hərdən uşaqdan çox şey gözləyirlər. onlar uşağı yükləyirlər. Onlar üçün şərtdir ki, uşaq onlar deyəni etsin, bəs özləri necə öz dediklərinə əməl edirlərmi?

Valideyn oyuncaq üstündə vuruşan iki uşağa yaxınlaşır və onları məzəmmət edir: " Bu nədir, oyuncaq üstündə vuruşursunuz? Mən sizə göstərərəm oyuncaq üstə vuruşmaq, başqasının əlindən nəyisə almaq nə deməkdir! Oyuncaq artıq mənimdir."  Bu məsələnin həlli yolu deyil. Belə deyən valideyn unudur ki, o heç də öz problemlərini dediyi kimi sülh yolu ilə həll etmir. Bəzən valideynlər uşaqların yanındaca dalaşırlar, bir-birrinin üstünə qışqırırlar və əvəzində uşaqlarından tələb edirlər ki: «Nə badə vuruşarsınız ha!».
Əgər istəyirsinizsə ki, uşağınız mehriban, ağıllı olsun, onda ilk növbədə özünüz mehriban, üzügülər, müdrik valideyn olmalısınız. Birinci bilmək lazımdır ki, siz uşağınızın tərbiyəsində nəyə nail olmaq istəyirsiniz, daha nəyi istəmirsiniz yox. Bunun üçün uşaqla münasibəti sevgi əsasında qurmaq lazımdır, qorxu üstündə yox. Özünüz sevməyi bacarırsınızsa, onda balanıza da özünü və ətrafdakıları sevməyi öyrədəcəksiniz.
Belə bir hekayə var :" Biri var idi, biri yox idi. Bir ana ördək var idi. Onun çox uşağı var idi. O bilmirdi ki, onlarla nə etsin. Ana səhər balalarına yemək, verərdi, danlayardı, tənbeh edərdi ,axşam gəlincə yorğun — yorğun onları yatırtmağa tələsərdi ki, bir az dincəlsin.". Siz özünüzü bu Ana ördək kimi hiss etmisiniz, onun yerində olmusunuzmu? Amma bu gün, sabah, hər vaxt uşaqlarınızla nə etmək lazım gəldiyini bilsəydiniz, necə də xoşbəxt olardınız. Elə deyilmi? Uşaqlar nəyisə düz etməyəndə onları danlamaq, cəzalandırmaq əvəzində onları başa salmaq, düzgün rəftarı öyrətmək necə də yaxşı olardı. Uşaqlar tərslik edəndə onların tərsliyini qarşılıqlı əməkdaşlığa çevirməyi bacarmaq yaxşı olardı, yoxsa klassik ögey ana rolunda çıxış etmək? Əgər uşağınız özünükontrolu itirsəydi, onun üstünə qışqırıb, acıqlanmaqdansa, siz ona özünü ələ almağı, sakitləşməyi  öyrədə bilərdinizmi?
Zəmanə dəyişib, biz də dəyişməliyik.
Insan stress anında özünü necə aparır? Biz özümüz işlərimiz düz gətirməyəndə və ya  kimlərsə irad tutanda ki, sən uşağını düzgün tərbiyə etmirsən-deyə , özümüzü necə aparırıq? Nə olur onda bizə, müsbət cəhətlərimiz hara yoxa çıxır, görəsən? İşlərin yaxşı gedəndə insan öz- özünü sevir, uşaqlar özlərini yaxşı aparanda, bizim dediklərimizi edəndə onları sevmək daha asandır, yoldaşımız biz deyən kimi olanda onu da sevmək asanlaşır, elə deyilmi? Lakin həmişə belə olmur, hər şey planlaşdırdığımız kimi olmur. Həyatın elə anları olur ki, qəti qərar qəbul etmək lazım gəlir, daha  «mən nə edim, bacarmıram» — şikayətlənməyi yox.
Bunun üçün özünükontrol vacibdi. Bunun 7 yolu var. Bunları öyrənməklə, konfliktlərə, xoşagəlməz vəziyyətlərə düşünülməmiş reaksiya vermərik, uşaqlara nəzarəti itirmərik. Özünükontrolun metodlarını özünüzdə tərbiyə edin. Bunlar aşağıdakılardır:

1. Heç kəs sizi əsəbləşməyə vadar edə bilməz.
2. Onun probleminə öz probleminiz kimi yanaşın.
3. Dəyişməyə məcbur edə biləcəyiniz yeganə şəxs siz özünüzsünüz.
4. Ona yaxınlaşmağa çalışın, uzaqlaşmağa yox.
5. Bir- birinizin yaxşı cəhətlərini görməyə çalışın.
6. Vəziyyəti olduğu kimi qəbul edin.
7. Konflikt- yeni bir şey öyrətmək üçün ideal fürsətdi- deyə düşünün.
Uşaqlarınızla fəxr edin, onda onlar da sizinlə fəxr edəcəklər. Bu bir — birinizə yaxınlaşmağınıza səbəb olacaq.
«Yox» sözünü elə deyin ki, sizi eşitsinlər. Bu qarşılıqlı hörmət hissini formalaşdıracaq.
Uşağın tərsliyini dostluq münasibətinə çevirin. Bu gələcəkdə sizinlə əməkdaşlığa səbəb olacaq.
Uşağınız isterika anında onun vəziyyətinin səbəbini araşdırın. Bu mərhəmət hissini yaradacaq.
Uşaqlarınıza səhvlərindən nəticə çıxarmağı öyrədin. Bu onların məsuliyyətli böyüməsinə kömək edəcək.
Necə deyərlər nə əkərsən, onu da biçərsən.


Şərhlər:
Baxılıb: 860
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz