Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlarda fobiyalar: Günahkar kimdir?
Uşaqlarda fobiyalar: Günahkar kimdir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1176
Səs ver:
Qorxu görünən və görünməyən təhlükələrin qarşısında göstərilən təbii bir reaksiyadir. Qorxular təhlükələrə qarşı xəbərdarlıqdır. İnsanı nədənsə qaçmağa, gizlənməyə ya da mübarizə apararaq qorunmağa məcbur edir. Uşaqlarda aşkarlanan qorxular uşağın yaşına görə dəyişir.

Həyatının ilk illərində uşaqlarda qorxu hissi daha çox olur. Öyrəndikləri çoxaldıqca, özünə inamları artdıqca, bilmədiklərini öyrəndikcə qorxuları daha da azalır. 2-3 yaşındakı uşaq ildırım çaxmasından, elektrik süpürgəsi kimi yüksək səslərdən qorxur. 3-4 yaşında isə polisdən, oğrudan, dilənçidən, qaranlıqdan, torbaçı xaladan qorxmağa başlayır. 4 yaşındakı uşaqlar həkimdən, itdən, yıxılıb yaralanmaqdan, əzilən bir yerinin qanadığını görməkdən qorxurlar. 6 yaşındasa isə şeytan, xortdan, ruh, yanğın, zəlzələ kimi hadisələr uşaq fobiyalarının yaranmasına səbəb olur. Bu yaşdakı uşaqlar hadisələri şişirdərək, yanlış yönə istiqamətləndirərək,başqa nələrəsə oxşadaraq onlardan qorxulu nəticələr çıxardırlar.

Qorxunu sakitləşdirmə, susdurma, zəbt etmə, qarşısını almaq, gözdağı vermək üsulu kimi istifadə edən ana-ataların uşaqları daha da qorxaq olurlar. «Susmasan səni itlərə verəcəyəm», " Görərsən, axşam ata evə gələndə səni öldürəcək", «Sakit dayanmasan Turanın anası olacam», «Səsini kəsməsən sənə iynə vuracağam», "Tez yatmasan xortdan gəlib səni aparacaq", "Əgər məni çox istəyirsənsə, dəcəllik etmə" kimi xəbərdarlıq və gözdağı uşağın şüuraltına yerləşir, qorxular yaradır və uşağın psixi dünyasını alt-üst edir.

Ürkək, qorxaq ata-analar, uşaqlarını qorxutmasalar da, bu qorxaqlıq və ürkəkliklərini uşaqlarına keçirirlər. Hədsiz qorunan uşaqlarda qorxular daha da artır. Hədsiz qorumaq nəticəsində uşaqların özünə güvən hissləri getdikcə azalır və uşaqlar bilik əldə etməkdən, fikirlərini ifadə etməkdən, yenilik etməkdən qorxur. Məsələn, 5 yaşlı uşağa (tez-tez nəzarət etmək şərtilə) tək həyətə düşməyə icazə verilsə, dostları lə istədiyi kimi oyun oynamaq şansı verilsə, bu uşaq üçün daha yaxşı olar. Həm fobiyaların qarşısı alınar, həm də uşağın özünə güvən hissi azalar.

Ana və ata tərəfdən yaranmayan fobiyalar da var. Keçirilən qəza, evə oğrunun girməsi, yanğın, zəlzələ, su basqını, ildırım, ölümlə nəticələnən davalar, şiddətli və qorxulu filmlər, qaranlıq bir otaqda bağlanmaq və .s.

Gecə qorxuları da, uşaqda gecə çarpayısına getmək istəməmək, anasıyla yatmaq istədiyində kaprizlər edib hədsiz ağlamaq, anası ilə atasının arasında yatmaq istəməsilə ortaya çıxır. Bu qorxuların çoxu ana-ata davaları, bu davalar nəticəsində işlənən "Çıx rədd ol get",«Səni məhv edəcəyəm», "Cəhənnəm ol", «Səni öldürəcəyəm» yaxud «Məni sən öldürəcəksən», «Sənin üzündən öləcəyəm» kimi kobud ifadələr nəticəsində yaranır. Ana-atanın intim münasibətlərinə şahid olan uşaq bunu atasının anasını döyməsi, öldürməsi kimi başa düşür və qavrayır. Nəticədə uşaqda gecə qorxuları yaranır. Bunun da həlli yolununu anası ilə, yaxud ana-atasının arasında yatmaqda görür.

Uşağı qorxulardan uzaqlaşdırmaq üçün yuxarıda qeyd etdiyimiz səbəbləri aradan qaldırmaq, yəni yuxarıda qeyd olunan və oxşarı sözləri uşağa deməmək, cinsəl münasibətlərin uşağın görməsini qarşısını almaq lazımdır. Çünki bunlar başqa bir psixi problemlərin də yaranmasına səbəb olur.


Şərhlər:
Baxılıb: 1176
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz