Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qurban bayramı uşaqlara necə izah edilməlidir?
Qurban bayramı uşaqlara necə izah edilməlidir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1635
Səs ver:
Hər kəsə saflıq, təmizlik gətirən Qurban bayramı İslam aləminin ən möhtəşəm və müqəddəs bayramından biridir.

Bildiyimiz kimi, Qurban bayramına sayılı günlər qalıb. Bununla bağlı hamı müəyyən hazırlıqlara başlayıb. Bəs biz uşaqların bu bayrama hazır olub olmadıqlarından xəbardarıq?

Pedaqoq Elif İpək bu bayramda Allaha adanmış qurbanların kəsilişinə şahid olan uşaqların psixoloji durumu haqqında qısa məlumat verib.

Qurban bayramı uşaqlara necə izah edilməlidir?

Məlumdur ki, bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini imkansızlarla bölüşmək, onları sevindirməkdir. Ancaq qurbanlıq heyvanın az yaşlıların gözlərinin qabağında hissələrə ayrılması bir çox uşaqlar üçün travmatik hal yarada bilər. Bu halda qurbanın necə kəsilməsinə diqqət etməliyik.

Günümüzdə televiziya və internet vasitəsilə bir çox cizgi filmləri uşaqlara fiziki zorakılıq göruntülərini ən açıq şəkildə nümayiş etdirir. Bu cür görüntüləri izləyən uşaqların gözləri önündə qurban kəsmək bəzi hallarda şüur altı qalıcı travmalara yol aça bilər. Bu cür görüntüləri davamlı olaraq izləyən uşaqların yanında qurban kəsmək isə sanki "Dostuna vurma, heyvanlara zərər vermə, amma mən bu heyvanı kəsəcəyəm" deməkdir. Təbii ki, ailələr bu cümlədən istifadə etməyəcəyi aydın məsələdir. Ancaq uşaqlar bunu düzgün başa düşməyə bilərlər. Əsasən də 9 - 11 yaş arasında olan uşaqlar mücərrəd məfhumları qavramaq  yetkinliyinə malik deyillər.

Məktəbəqədər yaşda olan uşaqlar bu hadisəni başa düşmürlər və onlarin nəzərində qurban mərasimi filmə bənzəyir.

Bəs uşaqlara necə başa salmalıyıq?

İlk öncə uşaqlara bayramın mənəvi tərəfini aşılanmalıdır:

"Bayramın nə demək olduğunu və onun mahiyyətini uşaqlara ,yaş qruplarına uyğun şəkildə başa salmaq lazımdır. Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaq, zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Beləliklə, bu bayramın və ayinin də əsasında xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur".

 Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın.


Şərhlər:
Baxılıb: 1635
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz