Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağın düzgün şəkildə əmizdirilməsi
Uşağın düzgün şəkildə əmizdirilməsi
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1940
Səs ver:
Uşağın düzgün şəkildə əmizdirilməsi ananın orqanizmində gedən laktasiya prosesinin düzgün formalaşması, uşağın doyuzdurulması, ananın döş giləsinin müxtəlif zədələnmələrdən qorunması üçün çox vacibdir.

1. Uşağı düzgün əmizdirmək üçün ana, ilk növbədə, öz döşünü düzgün saxlamağı öyrənməlidir ki, əmizdirmə vaxtı uşaq onu asanlıqla və düzgün şəkildə götürsün. Belə ki, ana əli ilə döşü elə saxlamalıdır ki, onun baş barmağı yuxarı tərəfdə - uşağın burnu olan yerdə, şəhadət və digər barmaqları isə aşağı tərəfdə - uşağın alt dodağına paralel olsunlar. Uşağın açılan ağzının hərəkətini məhdudlaşdırmamaq üçün ananın şəhadət barmağı döş giləsindən bir qədər uzaq - ən azı 5 sm məsafədə olmalıdır.

Döşün "qayçı” şəklində (şəhadət və orta barmaqlar arasında) tutulması üsulundan istifadə etməyin! Çünki bu halda ananın döş axarları güclü şəkildə sıxılır. Bu isə həm uşağın doymamasına, həm də ananın döşündə durğunluğun yaranmasına səbəb ola bilər.

 


2. Ana uşağı elə saxlamalıdır ki, başının əsasını və çiyinlərini ananın ovcuna dayanmış olsun. Ananın əli uşağın ənsə nahiyəsini sıxmamalıdır. Körpənin qarnı mütləq ananın qarnına söykənməlidir.

3. Ana uşağın qarnını sıx şəkildə özünə tərəf tutaraq (qarın-qarına) döş giləsini onun burnu istiqamətində tutur. Döş giləsi bilavasitə uşağın ağzı istiqamətində tutularsa, onun alt və üst çənəsi giləyə çox yaxın bir məsafədə qapandığı üçün anada ağrı hissiyyatı baş verə bilər.

4. Bundan sonra uşağın ağzını geniş açmasını gözləmək lazımdır (əsnəmədə olduğu kimi). Uşaq ağzını geniş şəkildə açır (onun dili aşağı damağa tərəf endirilmişdir), onun başı azca arxaya tərəf əyilir. Ana uşağı döşünə yaxınlaşdırır və uşaq ananın döş giləsini və areolanı özü ağzına alır. Diqqət yetirmək lazımdır ki, areolanın aşağı hissəsi yuxarı hissəsinə nisbətən, uşağın ağzında daha dərin yerləşsin.

Döşü uşağın ağzına "itələmək" lazım deyil. Sadəcə olaraq, döşü götürməyə hazır olan uşağı anaya daha sıx tutmaq, döşü uşağa düzgün vermək və onu götürməsinə kömək etmək lazımdır.

 


Normal halda əmizdirilmə zamanı, ananın döş giləsindən başqa, bütün giləətrafı dairəsi də (areola) uşağın ağzına yerləşdirilmiş olmalıdır. Əgər uşaq öz ağzı ilə yalnız ananın döş giləsini tutarsa, bu zaman o, çox az miqdarda süd əmə biləcək. Bu isə onun doya bilməməsinə, nəticə etibarı ilə çəkinin normal artmamasına, ananın döş giləsinin travmatik zədələnməsinə səbəb olacaq. Əmmə zamanı uşağın alt və üst dodaqları bir qədər çölə doğru çevrilmiş olur.

5. Uşağın əmizdirilməsi zamanı ana heç bir ağrı hiss etməməlidir. Əgər əmmə zamanı uşaq ananı incidirsə (yəni döşündə ağrı hiss olunursa) buna heç də dözmək lazım deyil. Bunun səbəbi körpə tərəfindən ananın döşünün düzgün götürülməməsi ola bilər. Ehtiyatla döş giləsini onun ağzından çıxarın. Bunun üçün ana çeçələ barmağını körpənin ağzının küncünə salır, əmmə zamanı yaranan vakuum pozulur və ana döş giləsini körpənin ağzından rahat çıxara bilir. Döş giləsini dartaraq zorla uşağın ağzından çıxarmaq olmaz – bununla döş giləsinə zədə yetirmək olar! Daha sonra döşü, düzgün şəkildə olmaqla, uşağa yenidən vermək lazımdır.

Uşağı yedizdirmək üçün onun acından ağlamasını gözləməyin. Çünki bu zaman "hirslənmiş” uşaq ananın döşünü düzgün "tutmaya” bilər. Belə ki, hər zaman uşağa diqqət yetirməklə onun nə vaxt ac olduğunu müəyyən etməyə çalışmaq lazımdır!

6. Uşaq ananın südünü düzgün əmdikdə, onun yanaqları xaricə tərəf şişmiş (doldurulmuş) şəkildə (daxilə tərəf çəkilmiş yox) olur. Uşağın çənəsi nisbətən dərin şəkildə olmaqla ananın döşünə dayaqlanmışdır. Uşağın burnu ya kənarda olur, ya da döşə yüngülcə toxunur. Bu halda uşaq nəfəsini çox sərbəst şəkildə alıb-verə bilir. Əgər uşaq burnu ilə ananın döşünə daha çox sıxılmış olarsa, bu, onun nəfəs alıb-verməsini çətinləşdirir. Bunun səbəbi isə, uşağın çənəsinin ananın döşünə kifayət qədər yaxın saxlanmaması, başının isə bir qədər önə tərəf əyilməsidir. Bu halda, uşağın burnunun yanında döşü sıxmaq lazım deyil ki, uşaq rahat nəfəs ala bilsin. Bunun nəticəsində, süd axarının sıxılması səbəbindən laktostaz kimi fəsadlaşma baş verə bilər. Bu zaman sadəcə olaraq, uşağı azca aşağıya tərəf çəkərək, anaya doğru daha sıx şəkildə saxlamaq məsləhət görülür. Nəticədə, uşağın boynu düzlənir, çənəsi döşə daha dərin şəkildə dirənir, burnu isə sərbəstləşir.

Əmizdirmənin ilk günlərində müəyyən problemlər yarana bilər. Bu təbiidir. Bir qədər hövsələli olun! Az bir müddət keçdikdən sonra ana öz övladı ilə "ümumi dil taparaq” əmizdirməni çox asanlıqla apara biləcəklər.


Şərhlər:
Baxılıb: 1940
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz