Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əmizdirən ananı nələr narahat edir?
Əmizdirən ananı nələr narahat edir?
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1512
Səs ver:
Əmizdirmə təbii proses olsa da, onun tənzimlənməsi (xüsusilə ana bunu təzə öyrənməyə başladıqda) anadan xeyli səbir və müəyyən biliklərin olmasını tələb edir.

Əmizdirməyə təzə başlayan anaların əksəriyyəti qorxur ki, ana südü uşağa çatmayacaq və uşaq ac qalacaq. Bu qorxu altında olan anaların bir çoxu uşaqlarını süni süd qarışıqları ilə qidalandırmağa da hazır olurlar ki, təki uşaq ağlamasın, ac qalmasın. Lakin bu böyük səhvdir ki, bunun nəticəsində əmizdirmənin tənzimlənməsi prosesi olduqca çətinləşə bilər.

Əksər hallarda uşağa süd kifayyət edir və ananın narahatçılığı əsassız olur. Bu məqalədə anaları narahat edən və südün kifayət edib-etməməsinə işarə etməyən bəzi məqamlar haqda danışmaq istərdik.

- Ana döşünün dolmasını hiss etmədikdə, bu südün az olmasından xəbər vermir. Anaların əksəriyyəti üçün, uşağı əmizdirməyə başladıqları ilk bir neçə həftədən sonra, döşün dolmasını hiss etməmələri normal hal hesab olunur. Çünki bu zaman ananın orqanizmi sadəcə olaraq uşağın tələbatına uyğunlaşmış olur.

- Ana döşündən çox az miqdarı süd sağa bilsə də, bu uşağın ac qalmasından xəbər vermir. Bir çox analar kifayət qədər süd sağa bilməsələr də, onların körpələri ac qalmırlar və öz çəkilərini normaya uyğun olaraq artırırlar.

- Əmizdirildikdən sonra uşaq ağlayır. Uşağın əmizdirilmədən sonra ağlaması, onun ac qalmasından ola bildiyi kimi, müxtəlif digər səbəblərdən də ola bilər (məsələn, qarnında olan sancılar və s.).

- Uşaq uzun müddət ərzində əmir və ya tez-tez döş istəyir. Bu heç də bütün hallarda uşağın ac qalmasından xəbər vermir. Nəzərə almaq lazımdır ki, bütün uşaqlar (həmçinin böyüklər də) eyni olmurlar. Körpələrin bəziləri 10-20 dəqiqə əmizdirildikdən sonra ananın döşünü ağızlarından buraxırlar, bəziləri isə ananın döşünü yarım saat və daha çox müddət ərzində əmirlər. Körpənin nə qədər və neçə dəfə əmməsi barədə xüsusi bir göstəriş yoxdur.

- Bəzi hallarda analar belə bir eksperiment aprırlar: ana südü ilə əmizdirildikdən sonra uşağa butulkada süni uşaq qidası ("smes") verirlər. Anaların bir çoxu hesab edir ki, əgər bu zaman uşaq bu qidanı da qəbul etmək istəyirsə, demək o, doymamışdır – ac qalmışdır. Lakin bu, heç də belə deyil! Bu test heç də müsbət və xeyirli hesab olunmur. Çünki son nəticə etibarı ilə, bu üsul, uşaq üçün xeyli dərəcədə əhəmiyyətli və vacib olan ana südü ilə əmizdirilməni poza bilər.

- Bəzi anaları onların südünün göyümtül rəngdə olması narahat edir. Onlar düşünürlər ki, südləri kifayət qədər yağlı və keyfiyyətli deyil ki, bu da uşağın doyması və sağlam inkişafı üçün yetərli olmaya bilər. Ancaq südün bu rəngdə olması onları narahat etməli deyil. Çünki yalnız ilkin ana südü nisbətən yağlı və dolğun sarı rəngdə olur. Daha sonra ananın döşü növbəti mərhələ kimi "keçici" süd (onun rəngi nisbətən açıq sarı olur), daha sonra isə göyümtül rəngdə olan yetkin süd hazırlayır.


Şərhlər:
Baxılıb: 1512
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz