Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevgi ilə böyüdək
Sevgi ilə böyüdək
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1362
Səs ver:
Hər bir valideyn öz övladının gələcəyindən narahatdır. Onun necə bir insan olaraq yetişəcəyini düşünür. Niyə də olmasın? Axı onlar bizim ən dəyərli varlıqlarımızdır. Onlar nəinki öz ailəsinin, hətta bütün cəmiyyətin gələcəyidir. Hər uşaq ailəsinin güzgüsüdür. Orada bütün yaşananlar, baş verənlər uşaqda əks olunar. Ağ vərəq kimidirlər. Nə yazsan, onu da oxuyacaqsan. Bu xəbərimdə sizə Maria Montessorinin uşaq tərbiyəsində vacib bildiklərindən yazacağam. Ümid edirəm ki, valideynlər və valideynliyə namizədlər üçün lazımlı olacaq.
Sevgi ilə böyüdək

1. Uşaqlar ətrafında nə görürsə, ondan dərs alır, örnək götürür.

2. Əgər uşaq tez-tez tənqid edirlərsə, o, pisləməyi öyrənəcək.

3. Əgər uşaq tez-tez təriflənərsə, o qiymətləndirməyi öyrənəcək.

4. Əgər uşağa düşmənçiliyi nümayiş etdirsək, o, döyüşməyi öyrənəcək.

5. Əgər uşağa düzgün olmağı öyrətsəniz, o, ədaləti öyrənəcək.

6. Əgər uşağı ələ salsanız, o, utancaq olmağı öyrənəcək.

7. Əgər uşaq özünü təhlükəsizlikdə hiss edirsə, o, inanmağı öyrənəcək.

8. Əgər uşaq insan arasında pərt edirlərsə, o, hər zaman özünü günahkar hiss edəcək.

9.
Əgər uşağa tez-tez haqq hazandırılırsa, o, özü ilə yaxşı davranmağı öyrənir.

10. Əgər uşağa tez-tez həssas davranılırsa, o, səbrli olmağı öyrənir.

11. Əgər uşağı tez-tez həvəsləndirsəniz, o, özünə güvənir.

12. Əgər uşaq dostluq aurasında böyüyürsə və özünü arzuedilən hiss edirsə, o, dünyada sevgi gözü ilə baxır.

13. Uşaq haqqında nə onun yanında, nə də onun yoxluğunda pis heç nə danışmayın.

14. Övladınıza hər şeydə yaxşılığı öyrədin. O qədər yaxşılıq öyrədin ki, pisliyə yer qalmasın.

15.
Sizə ünvanladığı suala qulaq asın və hər zaman cavablandırın.

16. Səhv addım atmış uşağa hörmət edin və az sonra ona doğrunu başa salın. Səhvini düzəltməyin yollarını başa salın.

17. Axtarışda olan övladınızın köməkçisi, axtardığını tapmış övladınızın isə kölgəsi olun.

18.
Uşaqla ünsiyyət qurarkən özünüzə olan bütün müsbət cəhətlərdən yararlanın. Ətrafında yalnız sevgi, dostluq, mehriban və isti münasibət görsün.


Şərhlər:
Baxılıb: 1362
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz