Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Duruş pozğunluğunu yüngülə almayın
Duruş pozğunluğunu yüngülə almayın
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 695
Səs ver:
Valideynlər uşaqlara diqqət etməli

Uşaqlarda doğru bir onurğa arxadan baxıldığında kəllə sümüyü ilə boyun onurğasının birləşmə yerindən quyruq hissəsinə qədər onurğa dik bir doğru halında enməli, çiyin yüksəklikləri və ləyən sümüyü xəttləri sağ və sol tərəfdə bərabər olmalı, yandan baxıldığında baş ilə çiyin eyni xəttdə olmalı, kürək və bel əyrilikləri həddindən artıq çıxıx ya da həddindən artıq düz olmamalıdır. 

Onurğanın yana əyriliyi (skolyoz), kürək onurğasının arxaya doğru həddindən artıq qövslənməsi (kifoz) kimi müxtəlif duruş pozğunluqları vardır. Uşaqda skolyoz və ya kifoz düşünülməsi vəziyyətində mütləq bir həkimə müraciət edilməsi lazımdır. Bunun xaricində bədənin pis istifadə edilməsi və vərdişə bağlı duruş pozuqluqları vardır. Bu tip duruş pozuqğunluqları doğru oturma, bədəni istifadə edərkən doğru dayanmağa çalışma, kürək, boyun və bel əzələlərini gücləndirici məşqlər və idmanla önlənə bilər və önlənməlidir. 

Duruş pozğunqluqlarını önləyəcək məsləhətlər

-Masa, kürsü və kompüterin uyğun ergonomik şərtlərə görə təşkil edildiyindən əmin olun. Kompüter monitoru göz xəttində olmalı, kürsüdə oturarkən ayaqlar yerə basmalı, dizlərin səviyyəsi omba səviyyəsindən bir az daha yüksəkdə olmalı və çiyinlər rahat mövqedə olmalıdır. 

-Üzmə, qaçış, basketbol, rəqs, konki kimi idman və fəaliyyətlər uşağın həm əzələlərini gücləndirəcək həm də özünə inamlarını artıracaq. 

-Uşağınızı yetkinlik haqqında məlumatlandırın. Çünki xüsusilə buluq çağında qızlar bədən inkişaflarını göstərməmək üçün donqar dayana bilər. 

-Uşağınızın kürsüdə ya da kompüter başında uzun müddət hərəkətsiz qalmasına icazə verməyin. Müəyyən aralıqlarla qalxıb gəzməsini və oturarkən bəzi gərmə hərəkətləri etməsini təmin edin. 

-Uşağın gözlərində pozğunluq varsa kompüteri və ya kitabı daha yaxşı görə bilmək üçün başını və boyunu irəli doğru çıxardaraq baxacaq, bu da zamanla boyunun qabaqda olmasına gətirib çıxarar. 

-Uşağınızın çox ağır çanta daşımasına icazə verməyin. Çox ağır çantalar zamanla kürək ağrılarına və duruş pozğunluqlarına yol aça bilər. Çantanın ağırlığı uşağın bədən ağırlığının 10%-ni aşmamalıdır. Ağırlığın hər iki çiyində bərabər şəkildə dağılması lazımdır. Buna görə kürək çantaları daha çox təklif edilər. 

-Çantanı hazırlayarkən ağır və qalın kitablar bədənə yaxın, yüngül olanlar uzaqda olacaq şəkildə yerləşdirilməlidir.
 
/Mənbə.Qadınlar.biz/ 


Şərhlər:
Baxılıb: 695
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz