Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ana mən hardan gəldim sualına necə cavab vermək olar?
Ana mən hardan gəldim sualına necə cavab vermək olar?
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 3384
Səs ver:
Bu haqqda Cinsi məlumatlar kitabı sizə köməkçi ola bilər

Körpə necə edilər?

4-6 yaş qrupundakı uşağınız üçün "körpə etməyi" bu şəkildə hekayələşdirə bilərsiniz: 

"Bir adam və qadın qarşılaşdıqlaında, bəzən bir-birlərini sevər və aşiq olarlar. Birlikdə zaman keçirmək və bir ailə qurmaq istəyərlər." 

"Kişi və qadın bir-birlərinə sarılar və bir-birlərini oxşayarlar, bu da onlara böyük bir zövq verər. Bax o zaman körpə edə bilərlər. Kişi, içində 'sperma' deyilən hüceyrələr olan bir maye çıxarar. Eşq edərlərkən ata cinsi orqanını ananın cinsi orqanının, yəni vaginanın içinə salar. Ananın qarınındakı 'rəhm' deyilən yerə sperma hüceyrələrini buraxar." 

"Ata sperma hüceyrələrini ananın rəhminə buraxdığı zaman, sperma hüceyrələri quyruqları sayəsində 'yumurta hüceyrəsi' deyilən bir hücereye doğru üzər. Hamısı yumurtaya çata bilməz. İçlərindən biri yumurtanın içinə girməyi bacardığı zaman isə körpə meydana gəlməyə başlar. Ondan sonra da körpə ananı qarınında gedərək böyüyər." 

Körpə ana qarınında necə yaşar?

Bu problemin cavabı üçün, yenə "4-6 Yaş Uşaqlar Üçün Cinsi Məlumatlar" kitabının işığında belə bir hekayə izah edə bilərsiniz: 

"Körpə, ananın qarınının içindəki bir su kisəsində yaşar. Ətrafında hava yoxdur, içməsi üçün süd də. Yenə də böyüyər. Yavaş - yavaş başı yumrulaşar, barmaqları uzanar." 

"Körpə ana qarınında ehtiyac hiss etdiyi hər şeyi anasından alar. Ananın qarınında, körpənin qarınını anasının bədəninə bağlayan və körpəyə ehtiyac duyduğu qidalarla havanı verən 'göbək bağı' adı verilən bir növ xortum vardır. 

Körpə necə doğular?

"Doqquz ayın sonunda körpə anasının qarınından çıxmağa hazır olar. Ana da həkimlərin hər şeyin yolunda olub -olmadığını nəzarət etməsi üçün xəstəxanaya gedər." 

"Körpə ananın qarınından vagina yoluyla çıxar. Ana gücənərək onun çölə çıxmasına köməkçi olar, sonra da göbəyi kəsilər. Beləcə ana doğum etmiş olar." 

Bədəni kəşf etmə oyunu

"7-9 Yaş Uşaqlar Üçün Cinsi Məlumatlar" kitabında qız və oğlan uşaqlarının, bədənlərini tanıma mərhələsində başlarına gələ biləcəklər belə izah edilir: 

"Körpələr və uşaqlar da özlərini oxşamaqdan, cinsi orqanlarına toxunmaqdan xoşlanarlar. Sizin yaşınızdakı qızlar və kişilər də özlərini oxşamağı, aynada bədənlərini izləməyi ya da birlikdə bədənlərini kəşf etmə oyunları oynamağı sevərlər. Çünki zövq, öyrənilə bilən və həyat boyu dadı çıxarılan bir şeydir. Amma qızlar və kişilər, yetkinlik dövründən əvvəl cinsi əlaqəyə girə bilməzlər." 

Menstruasiya nədir?

Yetkinlik, qızlıqdan qadınlığa, cavanlıqdan kişiliyə yaşanan müddətlər, uşaq etmək, cinsi əlaqə, doğum idarəsi, cinsi yolla bulaşan xəstəliklər, körpənin meydana gəlməsi, doğum, doğum sonrası körpənin həyatı, mastürbasiya eynicinsəllik, cinsi istismar kimi təməl məlumatların izah edildiyi "10-13 Yaş Uşaqlar Üçün Cinsi Məlumatlar" kitabında, uşağa "menstruasiya nədir?" sualı belə izah edilir: 

Menstruasiya, hər ay vagina yoluyla bədəndən çölə atılan qan axışıdır. Bu dövr qızların yetkinlik dövründə başlar və təxminən olaraq 50 yaşına qədər davam edər. Vaginadan çölə yavaş - yavaş və az miqdarda qan axışı olar. Bu dövrdə qadınlar iç paltarlarını çirklətməmək və təmiz qalmaq üçün tampon ya da gigiyenik bez adı verilən qoruyucular istifadə edərlər. Menstruasiya dövrü hər ay üç ilə beş gün arasında çəkər, bu dövrdə qızlarda qarın ağrısı ola bilər."

/Mənbə: Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 3384
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz