Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məktəbdən Qorxan Uşaq.
Məktəbdən Qorxan Uşaq.
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3319
Səs ver:
Təhsil ili başlayanda bütün ailələrdə və məktəbə gedəcək uşaqlarda adi bir təlaş və həyəcan olar. Uşaqlarda meydana gələn məktəb qorxusu çoxdusa ailələr bir psixoluqla əməkdaşlıq edib uşağa məktəbin gözəlliklərini və əhəmiyyətini izah edə bilərlər. Uşaqlara: məktəbə başlamanın çox gözəl, xoşbəxt, şirin bir hadisə olduğu məktəbə getmənin böyüməklə birlikdə olduğu fikri peyvənd edilməlidir. "Bax artıq böyüdün, məktəbli oldun" deyilir. Məktəbə başlamanın uşaqlar baxımından bir başqa gözəl tərəfi isə məktəb alış-verişidir. Uşaqlar yalnız özləri üçün bazarlığa gedilməsindən və onlara bir çox şey alınmasından ruhi olaraq çox böyük bir həzz alırlar. Hər halda məktəbə yeni başlayacaq olan uşaq məktəbə  başlama mövzusunda mütləq hazırlanmalıdır. Bu hazırlama çox gözəl bir mühitə girəcəyi, bir çox ostları olacağı şəklində başa salınmalıdır. Ümumiyyətlə tək uşaqlı ailələrdə daha çox gördüyümüz: amma çox uşaqlı ailələrdə də görə bildiyimiz məktəbə getmək istəməmək, məktəbdən qorxmaq və ya bir başqa izahatla anadan və ya evdən ayrıla bilməmək hadisələrinə tez-tez rast gəlinir. Bu mövzuda edilməsi lazım olanlar:
1 - Uşaq nə qədər böyük olursa olsun, məktəbə yeni başlayacaqsa onu məktəb üçün hazırlayın.
2 - Məktəbə getmək istəmirsə sərt tədbirlərə əl atmayın.
3 - İlk bir həftə siz də onunla birlikdə gedin.
4 - Xüsusilə uşaqlar üçün reaksiyalarınıza fikir verin onlar hər şeyi hiss edirlər. Xüsusilə siz özünüzü məktəbin gözəl, təhlükələrdən uzaq , əmin bir yer olduğuna hazırlayın.
5 - Uşağın yanında kədərlənmək, ağlamaq onun başını daha da qarışdıracaq. Narahat və ya çaxnaşmalı hallarınızı ona bildirməyin.
6 - Əgər ana özünü idarə ede bilməəcəksə uşağı ilk gün ata məktəbə aparmalıdır.
7 - Uşağı məktıbı ruhlandırın, cəsarətləndirin.
8 - İlk günlər əgər qorxu reaksiyaları göstərdisə  məktəb çıxışında onu qarşılayın.
Vacib Və Sıx Yayılan Məktəb Qorxusu. 
Uşağa məktəbə başlamanın çox həyəcan verici olduğunu izah edin ki məktəbə maraq hissi oyansın. Onu cəsarətləndirin və böyüdüyünü izah edin. Bu böyümə deyilən şeyin yaxşı, müsbət və qazanclı bir şey olduğunu başa salın. Uşaqla öz məktəb xatirələrinizdən olan xoş, zarafatcıl nümunələri paylaşın. Bəzən uşaq məktəbə başlama ilə birlikdə bir qərarsızlıq, qayğı yaşaya bilər. Nə olacaq görəsən? Ailəmdən tamamilə ayrılacam?deyə suallar özünə verməyə başlar.Belə bir vəziyyətdə olduqca sakit olun. Xoşgörüşlü, qərarlı və səbirli olduğunuzu uşağa göstərin. Ana ilə ata eyni qərarda və rəftarda olmalıdır. Ana məcburiyyət tərəfdarı olar ata isə bir müddət getməsin desə, uşaqdakı qərarsızlıq, suallar daha da artacaq. Belə bir vəziyyətdə valideynlər ortaq rəftarda olmalıdır. Uşaqdakı bu reaksiyanın altında nələr olduğunu anlamağa çalışmalıdır. Bir çox uşaq məktəbə başlarkən bu cür narahatlıqlara qapılır. Bu cür narahatlıqları aşmanın mümkün olduğunu bilməli və qətiliklə qorxuya qapılmamalısız. Müəllimlə əməkdaşlıq etmək və bir psixoloqdan kömək istəmək  ən doğru qərarlardır. Çünki hadisə ilk həftə həll olunmasa daha da uzanmasına, böyüməsinə və tərəflərin kədərlənib yorulmasına səbəb olar. Uşaq qarşısında qarşısında saki həyacansız və qərarlı olmağı öyrənməlisiz. Ailənin etməli olduğu, hirslənmədən, məcbur etmədən, təzyiq etmədən sakit olmağa çalışaraq uşağı başa salmağa çalışmaqdır. Həddindən artıq həyəcan yaradaraq və ya ağlayaraq ailədə probləmlər yarada bilərsiz. Ailəyə, uşağın göstərdiyi müqavimət, məktəbə getmək istəməmə reaksiyasının müvəqqəti olduğu, qısa bir müddət sonra hər şeyin normal vəziyyətə dönəcəyi izah edilməlidir. Ediləcək bir başqa şey də uşaqla birlikdə məktəbə getmək lakin məktəb bağçasında uşağı müəlliməyə təslim etdikdən sonra məktəbdən ayrılmaqdır. Gözləmək, əyləndirilmək, onun hər dediyini etmək hadisəni uzadacaq və daha istənməyən ölçülərə aparacaq. Müəllim bu mövzuda sizi məlumatlandıraraq özü sizə hər mövzuda köməkçi olacaq. Məktəbdə uşağın yüksək səslə ağlaması, sizin arxanızdan qışqırması və sizi buraxmaması, dərslərə birlikdə girməyi istəməsi qorxu, çaxnaşma və qarışıqlıq reaksiyası ilə sizi imtahandan keçirərək səbrinizi ölçmə yoludur. Siz məktəbdən ayrılma cəsarətini göstərməklə o sakitləşə bilər.Çünki bu yaşdakı uşağın yoldaşa ehtiyacı vardırvə artıq oyuncaqlarla deyil həmyaşıdlarıilə oynaması onda məktəbə qarşı marağı artıracaq. Ananı buraxma istəməməsi, həddindən artıq ağlamaq, qışqırmaq reaksiyalarını göstərmək və ananın ayrılmasına icazə verməmək reaksiyasını bağça uşaqlarında da tez-tez görürük. Yenə edilməsi lazım olan qərarlı olmaqdır. Əgər bu mövqe mümkün olduğ qədər tez qoyulmazsa daha çox yorulacaqsınız. Ailə bu kədərli ana hər səhər dözməmək üçün uşağı bağçaya göndərməkdən vazgeçəcəklər. Bu vəziyyət, uşaq üçün əhəmiyyətli bir mühit olan bağça mühitinin itirilməsinə səbəb olacaq. Bu vəziyyət ibtidai məktəbdə ortaya çıxarsa, ibtidai məktəbə göndərməmək olmaz. Hətta bəzi ailələr bu mövzuya görə uşaqlarının bir illərini gecikdirirlər. Bu da uşağın  bir ilinin hədər olmasına baxmayaraq bir sonrakı il  eyni qorxu yenidən özünü göstərə bilər. Nəticə olaraq bağça təcrübəsi yaşamamış, geniş ailə mühitində böyüyən uşaqlarda olduqca sıx görülən bu reaksiya sizin uşağınızdan da varsa, sakit olun, qəti və qərarlı bir yol göstərin, müəllimlə tərəfdaş olun,bu vəziyyətin keçici olduğunu bilin, lakin uşağı günahlandırmaq, qorxutmaq  yoluna əl atmayın .Əlinizdən gəldiyi qədər məktəbi tez tərk etməyə çalışın. Bu vəziyyətin çox çətin olduğunu anlaya bilirəm. Bu mövzuda qorxu və qayğılarınıza nəzarət etməyə çalışın. Bu uşağınız üçün həyatının ən əhəmiyyətli dövrlərindən biridir. Əgər uşağınızın məktəb qorxusu 1,5 ayı keçməsinə baxmayaraq hələ də davam edirsə mütləq bir uşaq psixoluqundan kömək istəyin.
Psixoluq: Alanur Özalp
Tərcümə etdi: Sadəcə Mən





Şərhlər:
Baxılıb: 3319
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz