Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağın cinsi bölgəsindən öpməyin, yoxsa... - XƏBƏRDARLIQ
Uşağın cinsi bölgəsindən öpməyin, yoxsa... - XƏBƏRDARLIQ
Şərhlər: 4
Baxılıb: 635
Səs ver:
Mütəxəssislər ana və ataları diqqətli olmağa çağırırlar. Uşağınıza ruhi, ya da fiziki baxımdan zərər vermək istəmirsinizsə, bəzi davranışlardan və sözlərdən uzaq durmalısınız. Türkiyəli pedaqoq Zeynep Şimşək bu baxımdan ailələrə xəbərdarlıqlar edir. Sevgi insanların bir-birləri arasında yaratdıqları şüurlu müsbət bir bağdır. Sevgi bir ehtiyacdır. Hər kəsin sevgini ifadə etmə və sevgini tələb etmə forması fərqlidir. Uşağı necə sevmək lazımdır? Qadınlar.biz bütün bu mövzularla bağlı türkiyəli mütəxəssisin fikirlərini təqdim edir.

Z. Şimşek ilk növbədə bildirir ki, sevginin ifadə edildiyi ən gözəl və etibarlı mühit da ailə içində olanıdır. Xüsusilə valideynlərin uşaqlarına duyduqları sevgi və sevgini göstərmə formaları vacib məqamdır: “Bu heç də o demək deyil ki, biz valideynlərə uşaqlarını necə sevməyi öyrədirik. Əlbəttə, bu məsələyə müdaxilə etmirik. Amma uşağınızın ictimai və psixoloji baxımdan inkişafına təsirləri səbəbindən bu mövzunun əhəmiyyətindən bəhs etməkdə fayda var. Son zamanlar sosial şəbəkələrdə, yerli və xarici mətbuatda çox qarşıma çıxan, uşaqlarıyla bəzi pozalar verən ailələr görürəm. Məsələn, “Aşkımla lunapark keyfi”, dodaq-dodağa öpüşmək, “bal dodaqlım” və s. sözlər iştifadə etmək. Bu davranışlar valideynlərin uşaqlarını çox sevdiklərini göstərmə səyidir. Amma bu, uşağın məhrəmiyyət duyğusunun zədələnməsidir”.

Əsla etməyin!

• Uşaqları dodaqlarından öpməyin
• Altlarını dəyişdirərkən, təmizləyərkən intim yerlərinə çox toxunmayın, hətta öpməyin
• “Aşkım”, “sevgilim” kimi xitablarla müraciət etməyin
• Qüruruna toxunan ləqəblər qoymayın
• Zorla şəkil çəkdirməyin və sosial şəbəkədə paylaşmayın

Bunlar uşaqları psixoloji olaraq səhv istiqamətləndirməyə itələyən davranışlardır. Dolayısı ilə desək, uşağınız böyüdükdə sizi və ya başqa birini dodağından öpmək istəsə, əsla normal qarşılamayacaqsınız: “O halda bu, doğru bir sevgi nümayişi deyil. Uşağınıza “xüsusi yerlərinə başqasının toxunmasına icazə vermə” dedikdə o da “Bəs sən niyə toxunursan?” deyə bilər. Əgər siz belə etməkdə davam etsəniz, uşaq da başqa adamın bədəninə toxunmasını normal qəbul edəcək, hətta özü də bunu başqasına edəcək”.

Doğru sözlərdən istifadə edin
Böyümə çağında diqqət çəkmək istədiyi yaşlarında bu dəfə özü fotolar paylaşmaq istədikdə sizin qarşı çıxmağınız da qarşıdurmaya səbəb olacaq. Bu dəfə isə siz anlayış göstərməlisiniz. Hər valideyn uşağına sevgisini ən çox və doğru şəkildə hiss etdirmək istəyir. Ancaq bunu doğru bədən dili ilə və düzgün, yerində deyilmiş sözlə etmək vacibdir.


Şərhlər: 4
Baxılıb: 635
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
YalniZ-ArZu
Hec vaxt opmerem,hec toxunmuramda...bu ne demekdir ,opulmeye yer azligidir meger?
2 noyabr 2016 00:01
# 4
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
vipbetul
doqru yazilardir
1 noyabr 2016 20:04
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
duymecik
Duz sözlerdi. Ama insan cox istediyinden özune hakim ola bilmir

Cinsi bölgeden öpmek qeti elemerem ama
1 noyabr 2016 17:48
# 2
Bəzən mənə yalan danışana inanmış kimi davranıram, yazıqdı əməyi boşa getməsin 122
Dilaycan
Esla etmemisem bu sadaladiqlarinizi..
Cinsi bolgesinden opmek meseleside mene hecc catmadi,bele bir sey olarmi?????????????????
1 noyabr 2016 17:44
# 1
Heyat gozel olsaydi dogulduqda aglamazdiq.Heyat temiz olsaydi oldukde yuyulmazdiq.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz