Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Söyüş söyən uşağı necə tərbiyə etməli?
Söyüş söyən uşağı necə tərbiyə etməli?
Göndərən: Ayten Melek
Şərhlər: 7
Baxılıb: 282
Səs ver:
Hər bir ailə uşaqların sağlamlığını düşündükləri qədər, onların tərbiyəsinə də önəm verirlər. Uşağın tərbiyyəsi dedikdə onun düzgün davranışı və mədəni nitqi nəzərdə tutulur. Lakin cox zaman valideynlər nə qədər nəzarət etsələr belə uşaqların dilindən xoşagəlməz ifadələr eşidirlər.
Bəs, uşaqlar bu sözləri haradan öyrənir? Uşaqlar işlətdiyi ifadələrin mənasını bilirlərmi? Niyə çox hallarda uşaqlar belə ifadələri işlətməkdən zövq alırlar? Uşaqların nitqindəki xoşagəlməz ifadələri necə tərgizmək olar?
Öncə onu demək istəyirəm ki, uşaqlar adətən 3-12 yaş arasında xoşagəlməz sözlərdən daha çox istifadə edirlər. Lakin 6 yaşdan sonra uşaqlarda daxili plan və özünə nəzarət gücləndiyindən bu cür ifadələri ehtiyyatla işlədirlər. Lakin azyaşlılarda, xüsusilə də 3-4 yaşında olan uşaqlarda bu bir az çətin alınır. Uşaqlar ilk dəfə xoşagəlməz ifadələri 3 yaşlarından etibarən ifadə etməyə başlayırlar. Usaqlar öz "eqo”sunu, "mən”ini bu dövrdə kəşf edirlər. Ona görə də bu dövr "eqosentrizm” mərhələsi adlanır. Uşaq artıq öz səxsiyyətini tanımağa başlayır. Bu dövrdə uşaqlar ətrafını kəşf etməyə can atır, psixi və intelektual inkişafları üçün ətrafı öyrənirlər. Lakın uşaqların psixi inkişafında ilk "böhranlı” yaş dövrü inadkar olduqları və istədiyi kimi hərəkət etməyə can atdıqları mərhələdir. Xüsusən, bu yaşda uşaqlar ətrafında gördüyü hər şeyin onlara məxsus olduğunu zənn edər, nəyisə əldə edə bilmədikdə isə ya ağlayar, ya ətrafı dağıdar, ya da müxtəlif xoşagəlməz ifadələr işlədərək, söyüş söyərək böyüklərə tabe olmaq istəməzlər.

Uşaqlar hər bir xoşagəlməz davranış və ya ifadələri ilk dəfə ailə üzvlərindən mənimsəyir. 3 yaşından etibarən uşaqlarda kişi və qadın modeli ana və atanın fonunda yaranır. Hər bir oğlan uşağı atasının, qızlar isə anasının davranışlarını təqlid etməyə başlayır. İstər yaxşı, istərsə də pis uşaqlar görduklərini mənimsəyir, oxşar hadisələr zamanı ifadə etməyə başlayırlar. Əgər valideynin zarafatla və ya hirslə dediyi sözü uşaq eşidirsə, onu hansısa bir situasiyada ifadə edecəkdir. Bunu etdikdə ətrafdakı böyüklər olanları gülüşlə qarşılayarlarsa, uşaq bunun əyləncəli və xoş bir şey olduğunu zənn edib ətrafdakıları güldürmək üçün bunu tez-tez təkrarlaya bilər. Amma sonradan ailə üzvləri olanlara görə uşağı cəzalandırarsa, uşaqda ailəsinə qarşı güvənsizlik və aqressiv davranışlar formalaşa bilər. Çünki ilk dəfə bu hərəkətinə görə heç bir cəza almayıb sonradan cəzalandırıldı. Buna görə də usağınızın ağzından ilk dəfə xoşagəlməz söz eşitdiyiniz zaman bunu gülümsəyərək qarşılamayın. Əvəzində nisbətən təəccüblənib, özünüzü elə aparın ki, sanki bu sözün mənasını özünüz də bilmirmisiniz. Sonra isə uşağınızdan işlətdiyi sözün mənasını soruşun. Görəcəksiniz ki, dediyi sözün mənasını heç özü də bilmir. Bu zaman mövzunu uzadaraq uşağı sıxmayın. Sadəcə ona bunun yaxşı bir söz olmadığını və bu sözü bir də işlədərsə, üzüləcəyinizi deyin.

Bundan başqa uşaqlar bu dövrdə qrupda uşaqlar arasında öz mövqeyini möhkəmləndirmək, özünü lider hesab etmək, yaşıdlarından fərqlənmək üçün söyüşlərdən istifadə edə bilər.
Valideynlərə məsləhət görürəm ki, uşağınızın nitqində xoşagəlməz ifadələr eşitdiyiniz zaman qeyri-adi davranışlar göstərməyin. Uşağınızla bu mövzuda oyunlar oynayın. Əgər uşağınız söyüşlərdən tez-tez istifadə edirsə, onun işlətdiyi sözü dəyişdirin. Bunu bir oyun halına gətirin. Məs: uşağınız əsəbləşib kiməsə "gic" deyirsə, siz ona deyin ki, "gəl biz bu sözu dəyişək, gic olan adamlara "piko" deyək”. Uşağınıza bu maraqlı gələcək. Bu zaman uşağınız həm aqressiya, həm emosiyasını boşaldacaq, həm də etikadan kənar sözlərdən istifadə etməyəcək. Uşağınıza əyləncəli olsun deyə, söyüşlərin əvəzinə maraqlı, gülməli, məzəli, mövcud olmayan ifadələr seçə bilərsiniz. Eyni zamanda mümkün olduqca uşağınıza nağıllar danışın. Nağılın baş qəhrəmanı söyüş söyən bir personaj olsun, amma o söyüş söydükcə onun anası, atası kədərlənsin. Lakin nağıl danışdığınız zaman uşağınıza deməyin ki, "Bax sən də belə söyüşlər söyürsən, biz də ona görə kədərlənirik". Ona görə ki, uşağınız özü nağıldakı mənanı anlayacaq.
Sonda valideynlərə demək istəyirəm ki, hər bir uşaq cilalanmamış almazdır. Onu brilyanta çevirmək isə sizin öhdənizə düşür.


Şərhlər: 7
Baxılıb: 282
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
aLoNe AnGeL
ele usaqlar taniyiram ve bu hereketin ne qeder pis oldugunu men onlara soyleyirem cunki valideynler "usaqdida niye danlayirsan?"deyirler onda basimdan qaynar su tokurler de elebil hecne demirem daha bu sozden basqa -usaq sizindi ozunuz bilersiz!
he birde tekce soyus olsa derd yaridi hemde vurmaqda var isin icinde tepikmi deyim boks mu deyim ta neler neler men usagi vurmuram amma sadece qisqirmaqla kifayetlenirem vursam lap sirtiqlanar deye cekinirem
usagi vursam vursa yene biraz haqli olar amma hec bir sey elemeden otururam gelir tepik vurur..deyirem boks kisesi deyileme men ay usaq
14 sentyabr 2016 21:04
# 7
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
vipbetul
valideyinlercin lazimli melumatdir
14 sentyabr 2016 19:11
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
Sitat: BARBI
Usaq soyusu ya evden ya da kucedeki usaqlardan oyrene biler. Soyus soymek pis verdisdir. Valideyne cox mesuliyyet dusur. Valideyn usaga soyusun pis oldugunu demelidir.,
14 sentyabr 2016 18:38
# 5
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
NURANE
en nifret elediyim weydi usagin soyus soymesi
ele usaglar varki hec valideyinleri soyus soyen deyil ama usaglar pisdi xeber de maraqli oldu twk
14 sentyabr 2016 18:28
# 4
zalimin zulmu varsa seveninde Allahi var
YalniZ-ArZu
Sitat: MODABAZ
Hec mene catmırfa uwaq nıye soyuw soysun bızım qonsunun uwaqları var vallah men ollara Salam verende ollar mene salam evezıne soyuw soyur onuda deyımkııhemın soyuwlerı valıdeynlerı ozlerı oyredıbler

terbiyesizlikdi...tebii ki,boyukler oyredir,uwaq soyuwu hardan bilir yoxsa?Bizim milletin bezi numayendeleri soyuw soyen uwagi ozlerine fexr bbilirler.bizim de taniwlarin icinde var ele uwaq,men onu dindirmeye qorxuram,uwaqlari da onla oynamaga qoymuram,terbiyeleri pozulmasin.
Menim oglum wukur hele bir kelime de soyuw bilmir,cunki hec vaxt bizim,yani valideynlerin agzinnan soyuw ewitmeyib.Kenardan da ewitse pis soz oldugun bilir ve hec vaxt tekrarlamir.
14 sentyabr 2016 18:08
# 3
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
BARBI
Usaq soyusu ya evden ya da kucedeki usaqlardan oyrene biler. Soyus soymek pis verdisdir. Valideyne cox mesuliyyet dusur. Valideyn usaga soyusun pis oldugunu demelidir.,
14 sentyabr 2016 18:02
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
MODABAZ
Hec mene catmırfa uwaq nıye soyuw soysun bızım qonsunun uwaqları var vallah men ollara Salam verende ollar mene salam evezıne soyuw soyur onuda deyımkııhemın soyuwlerı valıdeynlerı ozlerı oyredıbler
14 sentyabr 2016 17:40
# 1
Heyata daim gulmek lazimdii
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz